"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Pullu oxuyan tələbələrə hansı güzəştlər ediləcək?

17 Avqust 2017 - 13:24
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

TUBUXANIM QASIMZADƏ ASİYA ELMLƏR AKADEMİYASININ MÜXBİR ÜZVÜ SEÇİLİB – AZƏRBAYCAN ELMİNİN NÖVBƏTİ UĞURU

FHN Elmi-Tədqiqat Pediatriya İnstitutunda təlim keçirib – VİDEO

Sabahın hava proqnozu açıqlanıb

Qəbul imtahanlarında uğurlu nəticə göstərərək tələbə adını qazanan abituriyentlərin sənəd qəbulu avqustun 25-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi məlumatına görə, 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən DİM tərəfindən təqdim olunan 42669 plan yerlərinin (müsabiqədənkənar plan yerləri xaric) müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11775 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ötən il təhsil haqlarının yüksək olması səbəbindən bir çox özəl ali təhsil müəssisələrində illik ödəniş aşağı salınmışdı.

Özəl ali təhsil müəssisələri ödənişli əsaslarla oxuyan tələbələrə hansı güzəştlər edəcəklər?

Qərb Universitetinin mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədov AzVision.az-a bildirib ki, keyfiyyətli təhsili daha əlçatan etmək məqsədilə və yeni ixtisasların açılması ilə əlaqədar universitet illik təhsil haqlarını təxminən 50 faizə qədər aşağı salıb.

“Eyni zamanda qəbul imtahanlarında 450 baldan yuxarı nəticə göstərmiş tələbələr üçün təhsil haqlarında 10 faizdən 100 faizədək güzəştlər tətbiq edilir. Bundan əlavə yüksək qiymətlərlə oxuyan tələbələrə təqaüdlər təyin olunur və onlara təhsil haqlarında güzəştlər edilir. 350-dən yuxarı bal toplamış tələbələrin isə Qərb Universitetində dövlət sifarişi əsasında, ödənişsiz əsaslarla təhsil almaq imkanı var. Bir faktı da diqqətinizə çatdırım ki, illik təhsil haqları ödənişi məsələsində universitetimiz olduqca yumşaq mövqe tutur – belə ki, təhsil haqlarınının hissə-hissə ödənilməsi üçün imkan yaradılır. Eyni zamanda bilirsiniz ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil və ya şəhid olmuş şəxslərin övladları və valideyn himayəsindən məhrum olmuş tələbələr pulsuz təhsil hüququna malikdirlər”.

Azərbaycan Kooperasiya Universitetinin mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov bildirib ki, bu il qəbul olan tələbələrə təhsil haqqının ödənilməsində hər hansı güzəşt olunacağı müzakirə mövzusu deyil. “Bu il Azərbaycan Kooperasiya Universitetinin mövcud 19 ixtisasına qəbul olmaq üçün illik təhsil haqqı kifayət qədər aşağıdır. Universitetdə təhsil haqqı 1500-2000 AZN arasında dəyişir. Yalnız maliyyə ixtisasında 2500 AZN-dir. Ancaq elektron tələbə köçürmə portalı vasitəsilə Kooperasiya Universitetinə köçürülmək istəyən tələbələrə illik təhsil haqqının ödənilməsində 20% güzəşt tətbiq olunacaq. Eyni zamanda, təhsil haqqının il ərzində mərhələli şəkildə ödənilməsinə də şərait yaradılacaq”.

Odlar Yurdu Universitetindən isə bildirilib ki, qanunvericiliyə uyğun olaraq güzəştli təbəqəyə daxil olan tələbələr təhsil haqlarından azad edilirlər. Eyni zamanda 600-dən yuxarı bal toplayanlar üçün 100%, 580-600 bal toplayanlar üçün 75%, 550-579 bal toplayanlar üçün 50%, 500-549 bal toplayanlar üçün 25% güzəştlər ediləcək.

Xəzər Universitetindən verilən məlumata görə, universitetdə tələbələr üçün müxtəlif maliyyə yardımı proqramları mövcuddur. Bunlar təhsil haqqının ödənilməsində olan güzəştlər, adlı təqaüdlər və digər şəkildə həyata keçirilir.

“Qəbul imtаhаnlаrındа 500 və dаhа çох bаl tоplаyıbsa (birinci tədris ilinin nəticələrinə görə tələbənin GPА 85-dən аz оlаrsа, Univеrsitə bu güzəşti ləğv еtmək hüququnа mаlikdir), vаlidеynlərin biri və yа hər ikisi Xəzər Universitetində işləyirsə, bir аilədən 2 (iki) və dаhа çох tələbə Xəzərdə təhsil аlırsа, hər iki vаlidеynindən məhrum оlmuşdursа, Univеrsitədə təhsil аldığı dövrdə, gözlənilməz hаdisə nəticəsində (məsələn, qəflətən vаlidеynini itirməsi və. s) mаddi köməyə хüsusi еhtiyаc yаrаnаrsа həmin tələbələrə maliyyə güzəşti edilir”.

Previous Post

Pullu oxuyan tələbələrə hansı güzəştlər ediləcək?

Next Post

Sürücülərə ara məsafəsi ilə bağlı yeni TƏKLİF (VİDEO)

Bənzər yazılar

TUBUXANIM QASIMZADƏ ASİYA ELMLƏR AKADEMİYASININ MÜXBİR ÜZVÜ SEÇİLİB – AZƏRBAYCAN ELMİNİN NÖVBƏTİ UĞURU

TUBUXANIM QASIMZADƏ ASİYA ELMLƏR AKADEMİYASININ MÜXBİR ÜZVÜ SEÇİLİB – AZƏRBAYCAN ELMİNİN NÖVBƏTİ UĞURU

28 Noyabr 2026 - 14:02

Azərbaycan elminin beynəlxalq elmi məkanda təmsil olunması baxımından əlamətdar hadisələrdən biri də görkəmli alim, biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadənin...

FHN Elmi-Tədqiqat Pediatriya İnstitutunda təlim keçirib – VİDEO

28 Noyabr 2026 - 13:58

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhərində yerləşən K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda fövqəladə hallar zamanı davranış qaydaları...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

28 Noyabr 2026 - 12:19

Sabah hava necə olacaq? Noyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi...

CSCA imtahanına qeydiyyat başladı – UniDestin namizədlərə dəstək göstərir

CSCA imtahanına qeydiyyat başladı – UniDestin namizədlərə dəstək göstərir

28 Noyabr 2026 - 10:33

Çində ali təhsil almaq istəyən namizədlər üçün CSCA (China Scholastic Competency Assessment) imtahanının dekabr sessiyasına qeydiyyat başlayıb. Elchi.az xəbər verir...

Next Post

Sürücülərə ara məsafəsi ilə bağlı yeni TƏKLİF (VİDEO)

Sürücülərə ara məsafəsi ilə bağlı yeni TƏKLİF (VİDEO)

Son xəbərlər

Şahmat arxivindən: Zəhra Allahverdi son turdan əvvəl çempionluğu təmin edib

29 Noyabr 2026 - 04:56

Şahmat arxivindən: Aydın Süleymanlının Honkonqda Karlsen üzərində qələbəsi

29 Noyabr 2026 - 04:43
“Ya 1999-cu ildəki kimi bir terror hadisəsi baş verəcək, ya da…” – Qüdrət Həsənquliyevdən ŞOK AÇIQLAMALAR

“Ya 1999-cu ildəki kimi bir terror hadisəsi baş verəcək, ya da…” – Qüdrət Həsənquliyevdən ŞOK AÇIQLAMALAR

28 Noyabr 2026 - 20:17
TUBUXANIM QASIMZADƏ ASİYA ELMLƏR AKADEMİYASININ MÜXBİR ÜZVÜ SEÇİLİB – AZƏRBAYCAN ELMİNİN NÖVBƏTİ UĞURU

TUBUXANIM QASIMZADƏ ASİYA ELMLƏR AKADEMİYASININ MÜXBİR ÜZVÜ SEÇİLİB – AZƏRBAYCAN ELMİNİN NÖVBƏTİ UĞURU

28 Noyabr 2026 - 14:02

FHN Elmi-Tədqiqat Pediatriya İnstitutunda təlim keçirib – VİDEO

28 Noyabr 2026 - 13:58
Hakan Fidan müsəlman ölkələrinə çağırış etdi

Hakan Fidan müsəlman ölkələrinə çağırış etdi

28 Noyabr 2026 - 13:20
“Reuters”: Müğənniyə verilən şallaq cəzasının icrası İranda ictimai qəzəbi körükləyə bilər

“Reuters”: Müğənniyə verilən şallaq cəzasının icrası İranda ictimai qəzəbi körükləyə bilər

28 Noyabr 2026 - 12:57
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

28 Noyabr 2026 - 12:32
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

28 Noyabr 2026 - 12:19
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Əli Əsədov “Şərəf” ordeni ilə təltif edilib – SƏRƏNCAM

28 Noyabr 2026 - 12:03
Zelenski Ukrayna üçün mümkün təhlükəsizlik zəmanətlərinin detallarını açıqladı

Zelenski Ukrayna üçün mümkün təhlükəsizlik zəmanətlərinin detallarını açıqladı

28 Noyabr 2026 - 11:45
İran-Azərbaycan sərhədini pozmağa cəhd edən 2 Əfqanıstan vətəndaşı saxlanılıb

İran-Azərbaycan sərhədini pozmağa cəhd edən 2 Əfqanıstan vətəndaşı saxlanılıb

28 Noyabr 2026 - 11:29
Azərbaycan 10 ayda çay ixracından 6 mln. manatdan çox gəlir əldə edib

Azərbaycan 10 ayda çay ixracından 6 mln. manatdan çox gəlir əldə edib

28 Noyabr 2026 - 11:13
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

28 Noyabr 2026 - 10:40
CSCA imtahanına qeydiyyat başladı – UniDestin namizədlərə dəstək göstərir

CSCA imtahanına qeydiyyat başladı – UniDestin namizədlərə dəstək göstərir

28 Noyabr 2026 - 10:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.