"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

“Pul müqabilində iki dəfə telefonda sekslə məşğul olduq” – ŞOK TƏFƏRRÜAT

16 Oktyabr 2014 - 16:01
in HADİSƏ
FacebookVatsap

1Göyçay rayon sakinləri İldırım Rəhimov, Elbrus Rəhimov , Elbrus Zeynalov, Fərqanə Zeynalova və Fədayə Əzizova hədə-qorxu yolu ilə tələbetmə, quldurluq və narkotik vasitələrdən istifadəetmə cinayətlərində ittiham olunublar. Teleqraf.com xəbər verir ki, İldırım Rəhimov 2011-ci il fevralın 26-da Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Ondan 6,41 qram qurudulmuş marixuana və 0,33 qram həşiş qətranı aşkar olunub. Bundan əlavə, İldırım Rəhimov qardaşı Elbrus Rəhimov, tanışları Fərqanə Zeynalova, Fədayə Əzizova və Elbrus Zeynalov iş adamı Ağabala Heydərovun əmlakını ələ keçirmək üçün plan qurublar. Plan Fədayə Əzizovanın Göyçay rayonu Ləkçılpraq kəndindəki evində hazırlanıb. Planlaşdırılan tələ…

Bunu da oxuyun

FHN silsilə maarifləndirmə tədbirləri keçirib

Tovuzda avtomobil su kanalına düşüb, 2 nəfər ölüb – FOTO – YENİLƏNİB

Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub

Həmin plana əsasən, 23 fevral 2011-ci ildə Fədayə Əzizova və Elbrus Zeynalov Fərqanə Zeynalovanı Ağabala Heydərova təklif etməyi qərara alıblar. Fərqanə iş adamı ilə görüşmək üçün onu evinə çağırıb. Ağabala da Fərqanə Zeynalovanın Göyçay şəhəri Natavan küçəsindəki mənzilinə gəlib. Ağabala mənzilə girəndən sonra İldırım və Elbrus Rəhimov qardaşlarının maneəsiz mənzilə daxil olmalarından ötrü Fərqanə giriş qapısını bilərəkdən bağlamayıb. Fərqanə daha sonra soyunaraq Ağabala Heydərova cinsi əlaqədə olmağı təklif edib. Bu zaman İldırım və Elbrus Rəhimovlar içəri daxil olublar. Mənzildə İldırım Rəhimov Ağabala Heydərova hücum edərək onu sillə ilə vurub. O, Elbrus Zeynalovdan aldığı bıçağı iş adamının boynuna dirəyərək, onun soyunmasını tələb edib. İş adamı yataqda necə şantaj olundu? Elbrus Rəhimov onun şalvarının cibindən 22 manatını götürüb. Bundan sonra Fədayə Əzizova, Elbrus Zeynalov və Fərqanə Zeynalova planın digər hissəsini icra ediblər. Onlar iş adamını Fərqanə ilə yatağa salıblar. Elbrus Rəhimov mobil telefon vasitəsilə Fərqanə Zeynalovanın və Ağabala Heydərovun yarımçılpaq vəziyyətdə fotoşəkillərini çəkiblər. Onlar Ağabala Heydərova Fərqanə Zeynalovanın telefonunun yaddaşında saxladığı əvvəlki intim danışıqlarına qulaq asdırıblar. 30.000 manatı verməyib, polisə şikayət etdi Mütəşəkkil dəstənin üzvləri həmin fotoları və səs yazılarını yaymaqıa Ağabala Heydərovu rüsvay edəcəkləri ilə hədələyiblər. Onlar Ağabalaya Fərqanə Zeynalova ilə yarımçılpaq vəziyyətdə bir yerdə olduqlarını göstərmək üçün ailəsini həmin mənzilə çağıracaqları ilə hədə-qorxu gəliblər. Dəstə üzvləri Ağabala Heydərovdan 50000 manat tələb ediblər. Ağabala Heydərov 30000 manat verməyə razılaşıb. Pulu fevralın 24-ə qədər gətirməsi üçün onu mənzildən buraxıblar. İş adamının polisə məlumat verməsinin qarşısını almaq məqsədilə Elbrus Rəhimov Ağabala Heydərovu Göyçay rayon avtovağzalına qədər müşayiət edib və oradan taksi ilə Mingəçevir şəhərinə yola salıb.

Fevralın 24-də İldırım Rəhimov dəfələrlə Ağabala Heydərova zəng edərək 30000 manatı tələb edib, əks halda ailə üzvlərinə qarşı zor tətbiq edəcəyi ilə hədələyib. Lakin Ağabalanın polisə şikayətindən sonra mütəşəkkil dəstənin üzvləri ifşa edilib. Məhkəmələrdə sürünən cinayət işi Bu cinayət işinə əvvəlcə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb və təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarıb. Lakin Şəki Apelyasiya Məhkəməsi cinayət işinə baxılması zamanı birinci instansiyası məhkəməsi tərəfindən kobud qanun pozuntusuna yol verildiyini aşkar edib və buna görə də hökm ləğv edilib. İş yenidən Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxslər həmin məhkəmənin hakimlərinə etiraz veriblər. Onların etirazı qəbul edilib və bu səbəbdən cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mübariz Məmmədovun sədrliyi ilə araşdırılıb. “Həmin şəxsi başa salmaq lazımdır ki, qadını narahat etməsin” İldırım Rəhimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, təqsirləndirilən şəxslərdən Elburus Rəhimov qardaşı, Elbrus Zeynalov isə tanışıdır: “Fərqanə və Fədayəni isə Elburus Zeynalovun bacıları kimi tanımışam. Elburus Zeynalov bir gün mənə dedi ki, onun bir nəfər ailəli tanış qadını var və həmin qadını Mingəçevirdən olan bir nəfər tez-tez zəng edərək narahat edir. Dedi ki, həmin şəxsi başa salmaq lazımdır ki, qadını narahat etməsin. Belə olanda Elbrus Zeynalova dedim ki, “narahat olma, həmin şəxsin ağzına bir-iki sillə vuraraq başa salacam””. “Gördüm ki, evdə bir kişi və bir qadın var” Təqsirləndirilən şəxsin sözlərinə görə, Elbrus Zeynalovun anasıgilə gedib: “Yolda Elbrusun evinə yaxnılaşdım. Gördüm ki, evdə bir kişi və bir qadın var. Başa düşdüm ki, Elbrus Zeynalovun dediyi qadın və kişi həmin şəxslərdir. Buna görə də həmin şəxslərə, adlarını sonradan bildiyim Ağabalaya və Fərqanəyə yaxınlaşdım. Onların hərəsinə bir neçə sillə vurdum. Fərqanəni də ona görə vurdum ki, nəyə görə Ağabala kimi əclafla münasibət saxlayır. Daha sonra isə Ağabalanın üstünə qışqıraraq dedim ki, burdan getsin və bir də bu qadını narahat etməsin.

Ağabala da evdə stolun üstündə olan telefonunu və 14 manat pulunu götürərək getdi”. Onun ifadəsinə görə, Ağabala gedəndən sonra onun açarının evdə qaldığını görüb: “Taksi çağırmaqla həmin açarı verdim ki, Ağabalaya çatdırsın. Bundan sonra isə Ağabala ilə hər hansı bir işim olmayıb”. İldırım Rəhimov həmçinin bildirib ki, heç vaxt narkotik vasitə qəbul etməyib və polis tərəfindən üstündə aşkar olunan narkotik vasitə də ona məxsus deyil: “Həmin narkotik vasitəni polis əməkdaşları özləri cibimə qoyublar”. “Onların arasında olan söhbətdə olmamışam” Elbrus Zeynalov bildirib ki, bacısı Fədayə Fərqanəni Mingəçevir şəhərindən olan Ağabala adlı şəxsin narahat etdiyini bildirib: “Mən də bu barədə İldırıma dedim. Lakin bu zaman bacım Fərqanənin adını deyil, başqa tanış qadının adını dedim. İldırım Ağabalaya bir-iki sillə vurub başa salacağını dedi. Özüm də bununla əlaqədar iki dəfə Ağabalaya zəng etdim. Lakin Ağabala yenə də Fərqanədən əl çəkməyib. Bir müddət sonra bacım Fədayə İldırıma zəng vurdu və Ağabalanın Fərqanəgilə gəldiyini dedi. İldırım da bundan sonra Fərqanəgilə gedərək orada Ağabalanı gördü. Onların aralarında olan söhbətdən məlumatlı olmamışam. Fevralın 24-də polis əməkdaşları tərəfindən həbs edilmişəm”. “Ağabala mənimlə cinsi əlaqəda olmaq istəyib” Fərqanə Zeynalovanın sözlərinə görə, Ağabala Heydərovla Mingəçevir şəhərində sonuncunun işlətdiyi aptekdə tanış olub: “Məndə qadın xəstəliyi olduğu üçün həmin aptekə getdim. Dərman alanda Ağabala ilə tanış oldum. Ağabala tanışı olduğunu və həmin xəstəliklə əlaqədar məni aparata saldıracağını bildirdi. Tanışlıqdan sonra Ağabala mənə tez-tez poçtla pul göndərdi. Ağabala dəfələrlə evimə gəlib-gedib. Bu gəlişlərdə Ağabala mənimlə cinsi əlaqəda olmaq istəyib. Həkim mənə cinsi əlaqədə olmağı qadağan etdiyi üçün Ağabala ilə cinsi əlaqədə olmamışam. Bu zaman Ağabala təklif edib ki, pulun müqabilində telefon vasitəsilə cinsi əlaqədə olaq. Mən də telefonda Ağabalanın dediklərini edirdim. Ağabala bununla telefonda ləzzət alırdı. Daha sonra Ağabalanın bu hərəkətlərindən bezdiyim üçün onunla münasibəti kəsmək istədim. Lakin Ağabala məndən əl çəkmədi. Bu səbəbdən də məlum məsələlərlə bağlı bacım Fədayəyə dedim. Fədayə də öz növbəsində Ağabalaya zəng vurdu və məndən əl çəkməsini tələb etdi. Bundan sonra isə bir dəfə Ağabala bizə gəldi. Həmin vaxt əvvəllər tanmıdağım İldırım adlı şəxs də bizə gəldi.

O, Ağabalanı şillə ilə vuraraq evdən qovdu və bir daha ondan məni narahat etməməsini tələb etdi”. Hakimlər digər təqsirləndirilən və şahidlərin ifadəsini dinlədikdən sonra hökm elan ediblər. Məhkəmənin hökmü ilə İldırım Rəhimov 12 il 20 gün, Elbrus Rəhimov 11 il, Elbrus Zeynalov 10 il, Fərqanə Zeynalova 10 il, Fədayə Əzizova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Onların şikayətləri araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Fərqanə Zeynalovanın apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 6 ilə endirilib. Digər təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib.

Previous Post

“Pul müqabilində iki dəfə telefonda sekslə məşğul olduq” – ŞOK TƏFƏRRÜAT

Next Post

Azərbaycanda at kişini öldürdü

Bənzər yazılar

FHN silsilə maarifləndirmə tədbirləri keçirib

FHN silsilə maarifləndirmə tədbirləri keçirib

18 Avqust 2026 - 11:09

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. Bu barədə...

Tovuzda avtomobil su kanalına düşüb, 2 nəfər ölüb – FOTO – YENİLƏNİB

Tovuzda avtomobil su kanalına düşüb, 2 nəfər ölüb – FOTO – YENİLƏNİB

18 Avqust 2026 - 10:11

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Xatınlı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı...

Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub

Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub

18 Avqust 2026 - 09:52

Qəbələ rayonunun Hacallı kəndi, Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndi və Ağsu şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən...

Yevlaxda balıqçı kanala düşərək boğulub

Yevlaxda balıqçı kanala düşərək boğulub

18 Avqust 2026 - 09:45

Yevlaxda balıqçı kanalda boğularaq ölüb. Elchi.az xəbər verir ki, 1970-ci il təvəllüdlü Tofiq Süleymanov Yuxarı Şirvan kanalında qayıqla balıq tutarkən, idarəetmədə...

Next Post

Azərbaycanda at kişini öldürdü

Azərbaycanda at kişini öldürdü

Son xəbərlər

İdlibdə hərbi hava limanına 4 hava zərbəsi endirildi

İdlibdə hərbi hava limanına 4 hava zərbəsi endirildi

18 Avqust 2026 - 11:25
Rusiyadan İngiltərəyə PUA təhdidi: Nəticələri olacaq

Rusiyadan İngiltərəyə PUA təhdidi: Nəticələri olacaq

18 Avqust 2026 - 11:17
FHN silsilə maarifləndirmə tədbirləri keçirib

FHN silsilə maarifləndirmə tədbirləri keçirib

18 Avqust 2026 - 11:09
ABŞ-İran gərginliyindəki son inkişaflar: Tehran hücum mövqeyinə keçir

ABŞ-İran gərginliyindəki son inkişaflar: Tehran hücum mövqeyinə keçir

18 Avqust 2026 - 10:46
Claude süni intellekti mətnlərə gizli su nişanı əlavə edəcək

Claude süni intellekti mətnlərə gizli su nişanı əlavə edəcək

18 Avqust 2026 - 10:35
Ferrari-nin ilk elektrikli avtomobili 40 milyon dollara satıldı

Ferrari-nin ilk elektrikli avtomobili 40 milyon dollara satıldı

18 Avqust 2026 - 10:23
Tovuzda avtomobil su kanalına düşüb, 2 nəfər ölüb – FOTO – YENİLƏNİB

Tovuzda avtomobil su kanalına düşüb, 2 nəfər ölüb – FOTO – YENİLƏNİB

18 Avqust 2026 - 10:11
DİM bu imtahanın nəticələrini elan etdi

İndiyə qədər 70 minə yaxın abituriyent ixtisas seçimini təsdiqləyib

18 Avqust 2026 - 10:00
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub

Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub

18 Avqust 2026 - 09:52
Yevlaxda balıqçı kanala düşərək boğulub

Yevlaxda balıqçı kanala düşərək boğulub

18 Avqust 2026 - 09:45
Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti 91 dollara ticarət olunur

18 Avqust 2026 - 09:37
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

18 Avqust 2026 - 09:24
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızıl və gümüş yenidən ucuzlaşır

18 Avqust 2026 - 09:12
Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

17 Avqust 2026 - 21:29
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 21:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.