"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

Prokurorluqda işləmək istəyənlərin nəzərinə…

11 Aprel 2023 - 19:17
in HADİSƏ
FacebookVatsap

Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edir.
Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, müasir Azərbaycan dövlətinin memarı Ümummilli lider Heydər Əliyevin zamanı qabaqlayan milli dövlətçilik ideya və düşüncələrinə əsaslanan siyasətini davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə zamanın ruhuna, yeni siyasi, iqtisadi, sosial reallıqlara uyğun olaraq həyata keçirilən ardıcıl və sistemli islahatlar nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atılıb, gənclərin bütün sferalarda fəal iştirakına geniş imkanlar yaradılıb. Respublikamızda gənclərə hərtərəfli diqqət və qayğının göstərilməsi, onların potensialından daha geniş istifadə edilməsi, dövlət idarəetməsində yaxından iştirak etməsi təmin edilməklə, uğurla həyata keçirilən dövlət gənclər siyasətinə əsasən prokurorluq orqanlarında gənc mütəxəssislərin qulluğa qəbulu istiqamətində tədbirlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə prokurorluq orqanlarına işə qəbulla əlaqədar keçirilmiş 24 müsabiqənin nəticələri üzrə uğur qazanmış gənc hüquqşünaslar hazırda prokurorluq işçilərinin 88.9 faizini təşkil edir. Müsbət haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş və hazırda onların bir hissəsi rəhbər vəzifələrdə çalışır.
Qeyd edilən tədbirlərin davamı olaraq prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün Baş Prokurorluq tərəfindən 50 ştat vahidi üzrə növbəti müsabiqə elan edilir.
Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcəkdir.
Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
“Prokurorluq haqqında” qanuna əsasən prokurorluğa işə qəbul edilmirlər:
– ikili vətəndaşlığı olan şəxslər;
– digər dövlətlər qarşısında öhdəlikləri olanlar;
– din xadimləri;
– məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;
– alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);
– əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;
– əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;
– qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar.
Hazırda koronavirus epidemiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə Nazirlər Kabineti tərəfindən xüsusi rejimdə iş normalarına dair verilmiş təlimata uyğun olaraq prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur və bu məqsədlə sənədlərin qəbulu üçün prosedurlar tam sadələşdirilib.
Belə ki, müsabiqədə iştirak etmək arzusunda olan və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən namizədlər 12 aprel 2023-cü il tarixdən etibarən müvafiq ərizə və aşağıdakı sənədlərin “PDF” faylı formasında skan edilərək Baş formasında skan edilərək Baş Prokurorluğun kadr_qebul@prosecutor.gov.az ünvanına elektron formatda göndərməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər:
– şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;
– ali təhsil haqqında (hüquqşünaslıq və ya beynəlxalq hüquq ixtisası üzrə) diplomun (xarici dövlətdə təhsil almış namizədlər həmçinin diplomun Azərbaycan Respublikası ərazisində tanınması barədə şəhadətnamənin) və diploma əlavənin notariat qaydasında təsdiq olunmuş surəti;
– kadrlar uçotunun şəxsi vərəqəsi; yüklə
– tərcümeyi-hal; yüklə
– 4×6 sm ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkil.
Tərcümeyi-halda əks olunacaq məlumatlar barədə (nümunə): yüklə
QEYD: Kadrlar uçotunun şəxsi vərəqəsi və tərcümeyi-hal blankları A3 ölçüdə çap olunmalı və içərisindəki bütün qrafaları aydın, səliqəli, göy rəngli diyircəkli qələmlə şəxsən namizədin özü tərəfindən əlyazma üsulu ilə yazılıb doldurulmalıdır.
Sənədlərin qəbulu barədə elektron poçt ünvanı vasitəsilə müraciət edən şəxslərə məlumat veriləcəkdir.
Test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplayan namizədlər yazılı imtahana buraxılacaqdır.
Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ sənədlərin siyahısı və müsabiqə ilə bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, o cümlədən Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) məlumat veriləcəkdir.
Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Bunu da oxuyun

MN-in intellektual bölmələrində yeni seçim meyarları müəyyənləşib

Bakıda restoranda yanğın söndürüldü – YENİLƏNDİ

Neftçalada itkin düşən kişinin meyiti kanalda tapılıb

Previous Post

Prokurorluqda işləmək istəyənlərin nəzərinə…

Next Post

Ordumuzun cavabı: Ermənilər yaralıları çıxara bilmirlər

Bənzər yazılar

MN-in intellektual bölmələrində yeni seçim meyarları müəyyənləşib

MN-in intellektual bölmələrində yeni seçim meyarları müəyyənləşib

16 Noyabr 2026 - 17:45

Müdafiə Nazirliyində yüksək intellektual potensiala malik gənclərin bilik və bacarıqlarından hərbi xidmət dövründə səmərəli istifadə olunması məqsədilə həyata keçirilən layihə...

Bakıda restoranda yanğın söndürüldü – YENİLƏNDİ

Bakıda restoranda yanğın söndürüldü – YENİLƏNDİ

16 Noyabr 2026 - 16:11

Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa...

Neftçalada itkin düşən kişinin meyiti kanalda tapılıb

Neftçalada itkin düşən kişinin meyiti kanalda tapılıb

16 Noyabr 2026 - 12:29

Neftçalada itkin düşən kişinin meyiti su kanalında tapılıb. Elchi.az xəbər verir ki, Mürsəqulu kənd sakini 1969-cu il təvəllüdlü Şahin Məhəmməd...

Azad edilmiş ərazilərdə daha 185 mina, 1343 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 185 mina, 1343 PHS aşkarlanıb

16 Noyabr 2026 - 11:37

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (02.11.2026 - 15.11.2026) məlumat açıqlanıb....

Next Post
Ordumuzun cavabı: Ermənilər yaralıları çıxara bilmirlər

Ordumuzun cavabı: Ermənilər yaralıları çıxara bilmirlər

Ordumuzun cavabı: Ermənilər yaralıları çıxara bilmirlər

Ordumuzun cavabı: Ermənilər yaralıları çıxara bilmirlər

Son xəbərlər

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

16 Noyabr 2026 - 17:59
MN-in intellektual bölmələrində yeni seçim meyarları müəyyənləşib

MN-in intellektual bölmələrində yeni seçim meyarları müəyyənləşib

16 Noyabr 2026 - 17:45
Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirdi

Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirdi

16 Noyabr 2026 - 17:26
“Qalatasaray”ın oyununun keçiriləcəyi stadion dəyişdirildi

“Qalatasaray”ın oyununun keçiriləcəyi stadion dəyişdirildi

16 Noyabr 2026 - 17:18
Vaxtı keçmiş kolbasa və süd məhsulları aşkarlanıb

Vaxtı keçmiş kolbasa və süd məhsulları aşkarlanıb

16 Noyabr 2026 - 17:10
Berlində şagirdlərə Zəfər Gününün tarixi əhəmiyyətindən danışıldı – FOTO

Berlində şagirdlərə Zəfər Gününün tarixi əhəmiyyətindən danışıldı – FOTO

16 Noyabr 2026 - 16:57
Qara dənizdə batan gəminin bütün heyət üzvləri xilas edilib – Aralarında Azərbaycan vətəndaşları da var

Qara dənizdə batan gəminin bütün heyət üzvləri xilas edilib – Aralarında Azərbaycan vətəndaşları da var

16 Noyabr 2026 - 16:49
Respublika fənn olimpiadalarında iştirak üçün son iki gün

Respublika fənn olimpiadalarında iştirak üçün son iki gün

16 Noyabr 2026 - 16:37
Argentinada başına top dəyən futbolçu vəfat edib

Argentinada başına top dəyən futbolçu vəfat edib

16 Noyabr 2026 - 16:25
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

16 Noyabr 2026 - 16:19
Bakıda restoranda yanğın söndürüldü – YENİLƏNDİ

Bakıda restoranda yanğın söndürüldü – YENİLƏNDİ

16 Noyabr 2026 - 16:11
Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir

Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir

16 Noyabr 2026 - 16:04
Gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə təlim proqramı təşkil olunub

Gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə təlim proqramı təşkil olunub

16 Noyabr 2026 - 12:49
Neftçalada itkin düşən kişinin meyiti kanalda tapılıb

Neftçalada itkin düşən kişinin meyiti kanalda tapılıb

16 Noyabr 2026 - 12:29
Modriç Messi ilə eyni göstəriciyə çatdı

Modriç Messi ilə eyni göstəriciyə çatdı

16 Noyabr 2026 - 12:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.