Baş Prokurorluğun Mətbuat xidmətinə yeni əməkdaş təyin edilib.
Bu barədə Elchi.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən Ucar rayon prokurorunun köməkçisi Aysel Həsənova bu vəzifəyə təyinat alıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat təsdiq olunub.
Qeyd edək ki, Aysel Həsənova ilə yanaşı 5 nəfər qadın əməkdaş da vəzifədə irəli çəkilərək Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin müvafiq şöbələrində prokuror vəzifələrinə təyin olunub.
Ümumiyyətlə, prokurorluq orqanlarında son vaxlar bir sıra xanım əməkdaş vəzifələrində irəli çəkilib. 2020-ci ilin may ayından hazırkı vaxtadək 41 nəfər qadın əməkdaş vəzifədə irəli çəkilib, onlardan 9 nəfər rəhbər vəzifələrdə çalışır.
Azərbaycan-Gürcüstan sərhədini qanunsuz keçən iki nəfər saxlanılıb
Gürcüstanda dövlət sərhədini qrup halında qanunsuz keçmə, külli miqdarda narkotik vasitənin qanunsuz yolla ölkəyə gətirilməsi və saxlanılması faktlarına görə iki...





















Son şərhlər