Xalq arasında “donuz qripi” adlandırılan H1N1 virusu çox vaxt təhlükəli fəsadlara yol açır. Bunu Seçenov Universitetinin Hospital terapiya kafedrasının professoru Sergey Yakovlev deyib.
Elchi.az xəbər verir ki, Professorun sözlərinə görə, gənc və sağlam insanlar donuz qripindən evdə, xalq müalicəsi, qızdırma salan dərmanlardan istifadə etməklə və bol su içməklə müalicə oluna bilər.
Ancaq vəziyyət pisləşsə, yenə də xəstəxanaya getməlisən, mütəxəssis izah etdi.
O, həmçinin vurğulayıb ki, ahıllar, xroniki xəstəlikləri olan xəstələr donuz qripinin ilkin əlamətləri görünəndə dərhal tibb müəssisəsinə müraciət etməlidirlər.
“Bu qrip tənəffüs və ürək funksiyaları üçün çox ciddi fəsadlara səbəb ola bilər” deyə ekspert “Arquments and Facts”a müsahibəsində bildirib.
Bundan əvvəl Rospotrebnadzorun rəhbəri Anna Popova bildirmişdi ki, donuz qripinin simptomları tez-tez yoluxduqdan sonra bir neçə saat ərzində özünü göstərir.
Şayəstə