Problemlərin kökü İranın daxili siyasətidir

40

Daxili siyasətdə yaranmış kor nöqtələri asanlıqla düzəltmək mümkün deyil.
Elchi.az xəbər verir ki, bunu “Ekonomi Onlayn” saytına verdiyi video-müsahibədə islahatçı politoloq Abbas Əbdi deyib.
“Xarici siyasətdə normala qayıtmaq üçün heç bir yol, iqtisadiyyatda isə perspektivli təklif yoxdur və daxili siyasəti həll etmədən İranın problemlərini həll etmək mümkün deyil”, – Əbdi bildirib.
O, islahatların tərəfdarı olan tendensiyanın radikal tendensiyadan qat-qat güclü olduğunu, lakin sistemin hələ də nə edəcəyi ilə bağlı dəqiq nəticəyə gəlmədiyini vurğulayıb.