Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko bildirib ki, Kiyev iki dəfə çox “Challenger 2” tankı alacaq.
Elchi.az xəbər verir ki, o, bu barədə “Azadlıq” radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna 14 “Challenger 2” tankının əvəzinə 28 tank alacaq. Həmçinin, Kiyev 24 ədəd 155 mm-lik “AS-90” özüyeriyən artilleriya qurğusu əvəzinə 33 ədəd alacaq.
Bundan əlavə, Ukrayna digər silahlar, o cümlədən təyyarələr əldə etmək üçün variantlar axtarır. Silah tələbləri bütün NATO üzvlərinə göndərilir. Həmçinin, Böyük Britaniya Ukrayna hərbçiləri üçün təlim müddətini 2,5 dəfə artırıb.
Yeganə