ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami bildirib ki, ölkənin əsas problemlərindən biri narkotik kartelləri ilə bağlıdır. Elchi.az xəbər verir ki, bu barədə o, Twitter hesabında yazıb.
“Ukraynada xərclədiyimiz pulun bir hissəsinə fentanil böhranının əsas mühərriki olan Meksika kartelləri ilə problemi həll edə bilərdik” deyə o qeyd edib.
Ramasvami qeyd edib ki, ABŞ ordusu ilk növbədə ABŞ torpaqlarını qorumalıdır. O əlavə edib ki, kampaniyasının xarici siyasət məqsədləri Çindən “müstəqillik elan etmək” və Meksika narkotik kartellərini məhv etmək olacaq.
Bundan əvvəl ABŞ-ın Ukraynaya 2 milyard dollarlıq yeni yardım paketi elan etdiyi bildirilirdi. Yardım tədbirləri Pentaqonun anbarlarından silah tədarükünü nəzərdə tutmur. İstehsalçılar özləri onu Ukraynaya təhvil verəcəklər.
Havar Şəfiyeva