“Bu gün biz çox tarixi bir hadisəyə, Zəngilana sakinlərin ilk köçürülməsinə şahid oluruq və bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm”.
Bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə açıqlamasında deyib.
“Bildiyiniz kimi, müharibədən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə start verilib. Zəngilanda da kifayət qədər böyük infrastruktur layihələri həyata keçirilir”, – Vahid Hacıyev bildirib.
Prezidentin xüsusi nümayəndəsinin sözlərinə görə, yaxın vaxtlarda Zəngilan Hava Limanı istifadəyə veriləcək. Vahid Hacıyev bildirib ki, növbəti aylarda da Ağalı kəndinə ailələrin köçürülməsi davam edəcək.
Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib
Rusiya İrana humanitar yardımın göndərilməsinə göstərdiyi köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdardır. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu...





















Son şərhlər