"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Prezidentin MTN-i bitirən fərmanı – səbəb nədir…

15 Dekabr 2015 - 09:37
in GÜNDƏM, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Prezidentin MTN-i bitirən fərmanı - səbəb nədir...Milli Təhlükəsizlik Nazirliyi tarix oldu; Eldar Mahmudovun reputasiyasına ciddi zərbə vurduğu qurumun səlahiyyətləri yeni yaradılan iki dövlət xidməti arasında bölündü; Xarici Kəşfiyyat Xidmətinin müstəqil quruma çevrilməsi də regionda yaranmış indiki gərgin situasiyada diqqət çəkir; təhlükəsizlik üzrə ekspertlər yeni yaradılan qurumlar haqda danışdı

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqda fərman imzalayıb.

Prezidentin imzaladığı sərəncamlara əsasən, Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə Mədət Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə isə Orxan Sultanov təyin ediliblər. Beləliklə, iki aya yaxındır ki, gündəmi məşğul edən  “milli təhlükəsizlik naziri kim olacaq” sualına prezident nöqtə qoyub. 
Fərmandan da göründüyü kimi, MTN iki müstəqil xidmətə ayrılıb və reputasiyası yerlə bir olan qurum tarixin arxivinə çevrilib. Əslində prezidentin MTN-in adını dövlət qurumları içərisindən çıxarması gözlənilən addım idi. Çünki Eldar Mahmudov və onun general bandası MTN-in adını sözün həqiqi mənasında batırmışdılar. “Milli təhlükəsizlik” kimi mühüm sözü özündə ehtiva edən bu qurum “mahmudovçular”ın əməlləri sayəsində elə bir ağır zərbə almışdı ki, onu bərpa etmək mümkünsüz görünürdü.
Aralarında bir neçə  generalın da olduğu qanunsuz dəstənin 19 üzvü hazırda həbsdədir və onlar artıq  təkcə sabiq əməliyyatçı deyillər, həm də keçmiş MTN-in keçmiş əməkdaşlarıdır. Prezident MTN-in adı üzərindəki “mahmudovçu qara ləkəni” götürmək, buradakı həm də vicdanlı poqon adamlarını qorumaq üçün bu qurumu ləğv etdi. Eldar Mahmudov müasir tarixə təkcə burada törətdiyi əməllərə görə deyil, həm də MTN-i gömən adam kimi də düşdü.
Xarici Kəşfiyyat Xidmətinin müstəqil quruma çevrilməsi də regionda yaranmış indiki gərgin situasiyada diqqət çəkir. Çünki indi elə bir həssas vəziyyətdir ki, çevik qərarlar verilməsi zəruridir.
***
Dəyişikliklərlə bağlı fikirlərini öyrəndiyimiz sabiq MTN zabiti, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib ki, verilmiş qərar doğrudur: “2 il əvvəldən MTN haqda suallara cavab verəndə deyirdik ki, imkan daxilində MTN-dəki iki qurumun – kəşfiyyat və əks-kəşfiyyatın ayrılması xüsusi xidmət orqanının xeyrinədir. Azərbaycanın yerləşdiyi bölgənin özəllikləri Xarici Kəşfiyyat Xidmətinin müstəqil olmasını, müstəqil çevik qərarlar verməsini zəruri edir”.
İ.İsmayıl deyir ki, MTN-də baş verənlərin fonunda dəyişikliklərin olması təbiidir: “Bu dəyişikliklər MTN-də baş verənlər bir tərəfə çıxarılandan sonra baş tutsaydı, təmizləmələr, söz-söhbətlər başa çatandan sonra həyata keçirilsəydi daha doğru olardı. Görünür, dövlətdə belə qərara gəliblər ki, dəyişikliyə indidən getmək daha yaxşıdır”.
İ.İsmayıl Xarici Kəşfiyyat Xidmətinə rəis təyin edilən Orxan Sultanovun peşəkar kəşfiyyatçı olduğunu söylədi: “Peşəkar kəşfiyyatçılar adətən kölgədə qalırlar. Bildiyimizə görə, savadlı, qabiliyyətli şəxsdir. Bu sahə üzrə peşəkarlardandır”.
Uzun müddət təhlükəsizlik orqanlarında çalışmış, təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev MTN bazasında yaradılan xidmətlərin Azərbaycan dövlətinin güclənməsinə xidmət edəcəyinə əmin olduğunu deyib: “Bu gün dünyanı idarə edən supergüclü dövlətlərdə Milli Təhlükəsizlik Agentliyi ilə yanaşı Federal Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti fəaliyyət göstərir. Bu baxımdan Azərbaycanda da bu iki xidmətin yaradılması zamanının tələbidir. Bu, dünya praktikasında tətbiq olunan metodlardan biridir. Kəşfiyyat və əks-kəşfiyyatın ayrılması doğrudur. Qurumun biri kəşfiyyatla, digəri isə əks-kəşfiyyatla məşğul olacaq. Bundan Azərbaycan qazanacaq, itirməyəcək. Təbii ki, ayrılmalardan sonra da hər iki qurumun özündə struktur dəyişikliyi ediləcək. Struktur dəyişikliyi MTN-in bütün heyətinin sərəncama göndərilməsi və yeni strukturun formalaşdırılması üçün yenidən ştata qaytarılmasını zəruri edir. Ümumiyyətlə, təcrübədə belədir ki, kim layiqdirsə, işi bacarırsa, eyni zamanda kəşfiyyat və əks-kəşfiyyat sistemində səriştəsi varsa, onlara böyük ehtiyac olur və bu istiqamətdə onların ştata qaytarılması məqsədəuyğundur”.
A.Nağıyev deyir ki, bu qurumların ayrılması haqda illər əvvəldən müzakirələr vardı: “Qurumların adında milli sözünün olmaması o anlama gəlmir ki, bu qurumlar Azərbaycan xalqına yad qurumlardır. Hər iki qurum Azərbaycan xalqının, Azərbaycan dövlətinin təhlükəsizliyinin təmin olunmasına xidmət göstərəcək. Yenə də eyni funksiyaları yerinə yetirəcəklər. Daha çevik, daha operativ qərarların qəbul olunması, həyata keçirilməsi təmin olunacaq”.
A.Nağıyev Xarici Kəşfiyyat Xidmətinə rəhbər təyin olunan Orxan Sultanov haqda bunları dedi:“Professional kəşfiyyatçıdır”.
Prezidentin bu fərmanına münasibət öyrənmək üçün vaxtilə analoji təkliflə çıxış etmiş milli təhlükəsizlik nazirinin sabiq 1-ci müavini Sülhəddin Əkbəri də danışdırdıq.
Sabiq MTN-çi bildirdi ki, verilən qərarı olduqca müsbət qiymətləndirir: “Dövlət başçısı görünür ki, bu sahədə verilən təkliflərə diqqətlə yanaşır. Amma onu da qeyd etmək istəyirəm ki, təkcə bu təklifin qəbul olunması özlüyündə nə Azərbaycanın kəşfiyyat xidmətinin, nə də təhlükəsizlik xidmətinin güclənməsinə gətirib çıxara bilməz. Bundan ötrü verilən təkliflərin hamısı kompleks şəkildə nəzərə alınmalıdır. Və xüsusən də kadrların hazırlanması sahəsinə xüsusi diqqət yetirilməlidir. Birincisi, MTN-də tamamilə təmizlənmə əməliyyatı aparılmalıdır. Müəyyən standartlara cavab verməyən kadrların hamısı oradan uzaqlaşdırılmalıdır. İkincisi isə oraya yeni kadrların cəlb olunmasında üç məsələyə xüsusi diqqət yetirilməlidir.
Birinci məsələ vətənpərvərlikdir. Çünki oraya seçilən kadr vətənpərvər olmasa, onun digər keyfiyyətləri nə qədər yüksək olursa-olsun, o funksiyanı yerinə yetirə bilməyəcək. İkincisi, yüksək intellektual səviyyə, analitik düşüncə qabiliyyəti olmalıdır. Üçüncüsü də peşəkar olmalıdır və yüksək keyfiyyətli təhsil almalıdır. Bunun üçün də akademiyada da təhsil strukturu yenidən qurulmalıdır”.
Previous Post

Prezidentin MTN-i bitirən fərmanı – səbəb nədir…

Next Post

Coğrafiyanın vəd etdiyi dividentlər…

Bənzər yazılar

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55

Kəlbəcər sakinləri ağır faciələrdən keçsələr də, öz əzmini, inamını və qürurunu əsla itirməyiblər. Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir...

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

12 Sentyabr 2026 - 10:20

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ün canlı efirində regionda baş verən proseslərlə bağlı sualları cavablandırıb....

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

11 Sentyabr 2026 - 21:37

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günündə Xankəndi və Şuşa şəhərlərində bir sıra məkanlara...

Sentyabrın 14-də Omanda Hörmüzlə bağlı kritik görüş keçiriləcək

Sentyabrın 14-də Omanda Hörmüzlə bağlı kritik görüş keçiriləcək

11 Sentyabr 2026 - 18:14

İran hakimiyyəti Fars və Oman körfəzləri ölkələrinin xarici işlər nazirləri səviyyəsində bazar ertəsi Omanda keçiriləcək görüşündə iştirak etməyi planlaşdırır. Elchi.az...

Next Post

Coğrafiyanın vəd etdiyi dividentlər...

Coğrafiyanın vəd etdiyi dividentlər...

Son xəbərlər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

12 Sentyabr 2026 - 13:39
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

12 Sentyabr 2026 - 13:14
Şirvanda oğurluq edən şəxs saxlanılıb

Şirvanda oğurluq edən şəxs saxlanılıb

12 Sentyabr 2026 - 12:48
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

12 Sentyabr 2026 - 12:25
İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

12 Sentyabr 2026 - 11:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.