"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Prezidentin İtaliya səfəri: Avropa KİV nələri yazdı?

04 Sentyabr 2022 - 11:57
in SİYASƏT
FacebookVatsap

Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri bu ölkənin çoxsaylı kütləvi informasiya vasitələrinin böyük marağına səbəb olub.

Bunu da oxuyun

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

Səfər çərçivəsində keçirilmiş görüşlər, Prezident İlham Əliyevin Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzinin təşkil etdiyi beynəlxalq forumdakı çıxışı zamanı səsləndirdiyi fikirlər və yerli KİV-lərə açıqlamaları ilə bağlı İtaliya mətbuatında 100-dək məqalə, məlumat və videoreportaj yayımlanıb.

Qeyd edək ki, İtaliya KİV-ləri Azərbaycan Prezidentinin bu ölkəyə səfərindən öncə də səfərin əhəmiyyətinə və planlaşdırılan görüşlərin ikitərəfli əməkdaşlığın genişləndirilməsindəki önəminə geniş yer ayırıb.

Çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-İtaliya münasibətləri

Prezident İlham Əliyevin sentyabrın 1-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və Baş nazir Mario Draqi ilə görüşlərinə dair İtaliyanın RAİ televiziya kanalında gün ərzində reportajlar yayımlanıb. Reportajlarda bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyi, görüşlərdə çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunduğu bildirilib.

Prezident Sercio Mattarella və Baş nazir Mario Draqi ilə keçirilmiş görüşlərlə bağlı İtaliya Prezidentinin və Nazirlər Şurasının mətbuat xidmətlərinin məlumat və videoreportajları “La7”, “il Messaggero”, “il Sole 24 Ore”, “Affari Italiani”, AGI”, “Agenzia Nova”, “Libero Quotidiano”, “Borsa Italiana”, “Italpress”, “Italia Informa”, “Notize Yahoo”, “Tg cal24”, “La Sicilia”, “Mi-lorenteggio”, “Gazzetta di Parma”, “L’Edicola del Sud”, “Blog Sicilia”, “Audio press”, “Giornale Partite Iva” kimi mətbuat orqanları da daxil olmaqla çoxsaylı kütləvi informasiya vasitələrində yayımlanıb.

Materiallarda Azərbaycan Prezidentinin İtaliyaya səfərinin əhəmiyyəti təhlil olunub və səfərin iki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığın daha da gücləndirilməsinə xidmət edəcəyi vurğulanıb.

İtaliya-Azərbaycan Universiteti – ikitərəfli münasibətlərdə yeni səhifə

Səfər çərçivəsində Prezident İlham Əliyevin Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin binasının açılışında iştirakı və İtaliya-Azərbaycan Universitetinin yaradılmasına dair imzalanmış sənədlərin mübadiləsi mərasimində söylədiyi fikirlərlə bağlı İtaliyanın aparıcı xəbər agentliklərindən olan “Askanews” tərəfindən hazırlanan və yayılan məlumatlar “Notize Yahoo”, “Notizie Accadero”, “Conquista del lavoro”, “Notizie Tiscali”, “Il Giornale d’Italia”, “Finance Yahoo”, “Agenzia Nova”, “İtalpress” kimi mətbuat orqanlarında da dərc olunub.

Azərbaycan Prezidentinin çıxışı zamanı sənədlərin mübadiləsi mərasiminin Romanın tarixi məhəlləsində yerləşən səfirliyin yeni binasında keçirilən ilk tədbir olduğunu vurğuladığı, bu binada keçirilən ilk tədbir məhz təhsil sahəsinə aid olmasının İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi kimi qiymətləndirdiyi və iki ölkənin təhsil sahəsində genişmiqyaslı əməkdaşlığa başladığını qeyd etdiyi bildirilib. Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılması tarixi hadisə kimi qiymətləndirilib və bunun iki ölkənin dostluq əlaqələrinin mühüm nümunəsi olduğu vurğulanıb.

“İl Sole 24 Ore” qəzeti isə İtaliya-Azərbaycan Universiteti ilə bağlı geniş məqalə dərc edib. Məqalədə Prezident İlham Əliyevin fikirlərinə xüsusi yer ayrılıb. Qeyd olunub ki, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsində Azərbaycanın ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlər mübadilə edilib. Prezident İlham Əliyevin İtaliya-Azərbaycan Universitetinin İtaliya-Azərbaycan dostluğu mərkəzi olacağına əminliyini ifadə etdiyi qeyd olunub.

İki ölkənin çox güclü siyasi-iqtisadi əlaqələr qurduğu, İtaliyanın Azərbaycanın birinci ticarət tərəfdaşı olduğu və ötən il qarşılıqlı ticarət dövriyyəsinin 9,6 milyard, cari ilin yeddi ayında isə 11 milyard dollara çatdığı bildirilib.

Prezident İlham Əliyev: TAP-ın sərmayədarları boru kəmərinin genişləndirilməsini müzakirə edirlər

İtaliyanın nüfuzlu qəzetləri və xəbər agentlikləri Prezident İlham Əliyevin sentyabrın 2-də Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzinin təşkil etdiyi “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda əsas qonaq qismində iştirakına və beynəlxalq tədbirin plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı səsləndirdiyi fikirlərə geniş yer ayırıb. “Adnkronos”, “Notize Yahoo”, “La Ragione”, “Finance Yahoo”, “MSN”, “il Sole 24 Ore”, “Finanza 24h”, “Ultime Notizie”, “Flamina&dintorni” kimi xəbər portallarında dərc olunan yazılarda Prezident İlham Əliyevin İtaliya ilə Azərbaycanın olduqca fəal siyasi dialoq qurduğunu, iqtisadi, enerji və təhsil sahəsində əlaqələrin inkişafını vurğuladığı bildirilib. Bir il yarım öncə istifadəyə verilən Trans-Adriatik (TAP) boru kəməri ilə Avropaya 13,5 milyard kubmetr təbii qaz nəql edildiyi, bu həcmin 11,7 milyard kubmetri İtaliyanın payına düşdüyü və cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəqlinin planlaşdırıldığı qeyd olunub.

Materiallarda Azərbaycan Prezidentinin ötürmə qabiliyyəti 10 milyard kubmetr olan TAP boru kəmərinin hazırda tam gücü ilə işlədiyini, bu həcmin ən azı 20 milyard kubmetrə çatdırılmasının zəruriliyini bildirdiyi, bunun üçün əlavə maliyyə vəsaiti tələb edildiyini və Azərbaycanın investor kimi buna hazır olduğunu, lakin digər investorların da bu işdə iştirakının zəruriliyini qeyd etdiyi vurğulanıb. Prezident İlham Əliyevin Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Azərbaycanın qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan çox ölkədən rəsmi müraciət aldığını qeyd etdiyi bildirilib.

Azərbaycan Prezidenti: Avropaya təbii qaz ixracını iki dəfə artırmağa hazırıq

Prezident İlham Əliyev səfər çərçivəsində İtaliyanın ən nüfuzlu mətbuat orqanlarından olan “il Sole 24 Ore” qəzetinə geniş müsahibə verib. Müsahibə qəzetin həm çap versiyasında, həm də internet səhifəsində dərc olunub.

Azərbaycan Prezidenti müsahibəsində ölkəmizin təsdiq edilmiş təbii qaz ehtiyatlarının həcminin 2,6 trilyon kubmetr təşkil etdiyini, Avropaya nəql edilən qazın həcminin iki dəfə artırılmasının nəzərdə tutulduğunu, İtaliya, Yunanıstan və Bolqarıstanla müqavilələrin imzalandığını, qitənin digər ölkələrinə qaz nəqlinin qiymətləndirildiyini bildirib. Prezident İlham Əliyev İtaliyanın Azərbaycanın karbohidrogen resurslarını Avropanın digər yerlərinə ötürəcək ölkə olacağına əminliyini ifadə edib.

İtaliya şirkətlərinin işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev bunun iki ölkənin münasibətlərimizin nə dərəcədə yaxın olduğunu göstərdiyini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanda bərpaolunan enerji-külək, günəş və su elektrik stansiyalarının qurulmasında daha çox İtaliya şirkətini dəvət etmək üçün böyük planların olduğunu vurğulayıb. İtaliya şirkətlərinin Azərbaycan tərəfindən maliyyələşdirilən və Azərbaycanda İtaliya şirkətlərinin icra etdiyi müqavilələrin dəyərinin 10 milyard dollardan çox olduğu qeyd edilib.

Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yaxşı təmsil olunduğunu vurğulayıb. İki ölkənin əlaqələrinin enerji və ticarət sahələri ilə məhdudlaşmadığını bildirən Azərbaycan Prezidenti ADA Universiteti və İtaliyanın beş universiteti əməkdaşlığı başladığını, İtaliya-Azərbaycan Universitetinin binası inşa edildiyini və 2024-cü ilin sonunadək hazır olacağını deyib.

İtaliya və Azərbaycan strateji tərəfdaşlığın gücləndirilməsinə doğru

Azərbaycan Prezidentinin səfərinin yekunları ilə bağlı İtaliyanın nüfuzlu “il Giornale” qəzetində analitik məqalə dərc olunub. Habelə “Askanews” xəbər agentliyinin səfər vaxtı Prezident İlham Əliyevin iştirak etdiyi tədbirlərdə söylədiyi fikirlər, keçirdiyi görüşləri ilə bağlı məqalə və videoreportajlar hazırlayıb. Həmin məlumatlar İtaliyanın çoxsaylı mətbuat orqanları, o cümlədən “il Sole 24 Ore”, “il Messaggero”, “Quotidiano”, “Notizie Tiscali”, “Affari İtaliani”, “il Dolomiti”, “Virgilio”, “Notizie Tiscali”, “Tiscali TV”, “il Tempo”, “Notizie Yahoo”, “Finance Yahoo”, “il Giornale d’Italia”, “MSN”, “Libero Quotidiano”, “Today”, “Notizie” və digər kütləvi informasiya vasitələri tərəfindən də yayılıb.

Habelə “Kmetro0”, “Scenari Internazionali”, “Sardegnagol”, “Giornale Diplomatico”, “Gazzetta Diplomatica”, “Globus Magazine”, “Agenzia Nova” kimi mətbuat orqanlarında da səfərlə bağlı geniş məqalələr dərc olunub.

Previous Post

Prezidentin İtaliya səfəri: Avropa KİV nələri yazdı?

Next Post

ABŞ cəhənnəmə çevrilir, Bayden düşməndir… – Tramp

Bənzər yazılar

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12

7 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində “Avaza” Milli Turizm Zonasında keçirilən Mərkəzi...

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47

7 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində “Avaza” Milli Turizm Zonasında keçirilən Mərkəzi...

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33

Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində Azərbaycan tərəfindən həmmüəllif qismində dəstəklənən və fəal şəkildə irəlilədilən “Piyada əleyhinə...

Belçika səfiri azərbaycanlı tələbələri “Avropada Təhsil” sərgisinə dəvət etdi

Belçika səfiri azərbaycanlı tələbələri “Avropada Təhsil” sərgisinə dəvət etdi

07 Oktyabr 2026 - 16:27

Bütün azərbaycanlı tələbələri şənbə günü keçiriləcək “Avropada Təhsil” sərgisini ziyarət etməyə dəvət edirəm. Elchi.az xəbər verir ki, bunu Belçika Krallığının...

Next Post
ABŞ cəhənnəmə çevrilir, Bayden düşməndir… – Tramp

ABŞ cəhənnəmə çevrilir, Bayden düşməndir… - Tramp

ABŞ cəhənnəmə çevrilir, Bayden düşməndir… – Tramp

ABŞ cəhənnəmə çevrilir, Bayden düşməndir… - Tramp

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.