"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Prezidentin iradları türkiyəli məmurların dilindən – “10 dəfə bahadır”

14 Oktyabr 2015 - 18:23
in İQTİSADİYYAT
FacebookVatsap

“Bu gün Azərbaycan ərazisindən yük daşımaları aparılır, ancaq bəzi hallarda yüklərin həcmi azalır”.

Bunu da oxuyun

ADY: Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir

Qızılın qiyməti son üç ayın ən yüksək səviyyəsinə yüksəlib

Bu günün valyuta məzənnələri

Xəbər verdiyimiz kimi, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin iclasında bildirib.

“Qafqazinfo”nun marja.az-a istinadən məlumatına görə, dövlət başçısı qeyd edib ki, Azərbaycan ərazisindən yük daşımalarının azalmasının obyektiv səbəbləri ilə bərabər, subyektiv səbəbləri də mövcuddur. Prezident subyektiv səbəblərdən biri kimi Azərbaycanın təklif etdiyi şərtlərin əlverişsiz olmasına işarə edib:

“Bu gün yüklər uğrunda mübarizə gedir. Bu gün yeni tranzit marşrutları açılır. Bölgə ölkələri rəqabət aparır. Bu da təbiidir, o vaxta qədər ki, bu, sağlam rəqabətdir. Azərbaycan da burada passiv bir müşahidəçi olmamalıdır. Bəzi hallarda gözləyirik kimsə gəlib bizim qapımızı döysün ki, gəlin biz sizdən yük keçirək. Biz özümüz təşəbbüs göstərməliyik, yükləri müəyyən etməliyik, yaxşı şərtlər ortaya qoymalıyıq. Ona görə, bu, çox ciddi məsələdir”.

Sirr deyil ki, Türkiyə daşıyıcıları Avropa ilə Asiya arasında yük daşımalarda xeyli paya malikdirlər. Türk TIR-ları daşımalarda Azərbaycan ərazisindən istifadə etməkdə maraqlıdırlar. Amma, xərclər həddindən artıq çox olduğundan Türkiyənin daşıyıcıları da Azərbaycan Prezidentinin qaldırdığı problemi dilə gətirirlər.

Onlar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin qiymətlərinin baha olmasından, yol haqqından, gömrükdə ləngimələrdən, tələb edilən rüşvətlərdən şikayət edirlər. Türkiyə daşıyıcıları qeyd edirlər ki, bəzi azərbaycanlı qardaşları onları “Yeriyən dollar” kimi görürlər.

“DÜNYANIN ƏN BAHA BƏRƏ QİYMƏTİ”

Sayt yazır ki, İranla yanacaq və keçiş haqqı gərginliyinə görə, Asiyaya daşımalar üçün Azərbaycan üzərindən Xəzər marşrutunu istifadə etməyə maraqlı olan Türkiyə daşıyıcıları, marşrutun daha fəal hala gətirilməsi üçün Bakıda Nəqliyyat Nazirliyində toplantı keçirib. Türkmənistan, Azərbaycan və Türkiyədən olan rəsmilərin iştirakı ilə 9 oktyabrda keçirilmiş texniki müşavirədə Orta Asiya ticarətində istifadə edilən Xəzər marşrutundakı yüksək qiymət problemi müzakirə edilib. Toplantıda, İran əvəzinə Azərbaycanı istifadə edərək Xəzəri keçən Ro-Ro gəmilərinə (yük avtomobillərini (TIR) daşıyan Bərə gəmiləri) gediş-qayıdışı nəzərdə tutan sabit qiymət sisteminin tətbiq edilməsi, ödənişlərdə 50 faiz güzəşt edilməsi, biletlərin gediş/qayıdış olaraq satışına başlanması və Türkmənistandakı viza prosedurlarının sadələşdirilməsi kimi məsələlər gündəmə gətirilib. Toplantıda özəl sektoru təmsil edən Türkiyə Beynəlxalq Daşıyıcılar Cəmiyyətinin (UND) İdarə Heyətinin sədri Fatih Şener, “Xəzər dənizindən Ro-Ro keçişi məsələsində kifayət qədər iclas keçirilib. İndi artıq bu iclasları dayandırıb hərəkətə keçmək zamanıdır. Dünyanın ən bahalı Bərə qiyməti ilə biz Xəzər marşrutunu istifadə edə bilmərik” deyib.

TÜRKİYƏ BİR QƏPİK KEÇİD HAQQI ALMIR

Şener, Azərbaycan və Türkmənistanın Xəzərin hər iki sahilində limanları və gəmiləri olduğunu ifadə edərək, “Hər iki tərəf öz gəmisindən aşağı liman ödənişi aldığı halda, qarşı ölkə gəmisindən yüksək haqq alır. Azərbaycan gəmisi üçün Türkmənbaşı, Türkmənistan gəmisi üçün Bakı Limanı çox bahalıdır. Bizim üçün hər iki liman da bahalıdır. Olan, hər iki tərəfdə də yüksək haqq ödəyən Türk yük avtomobillərinin sahiblərinə olur. Eyni şəkildə, Türkiyə avtomobillərinə görə, Azərbaycan və Türkmənistanda yol pulları ödənilir. Türkiyə bu ölkələrin avtomobillərindən bir qəpik pul almadığı halda, hər iki ölkə də bizdən yüksək tranzit haqqı alır. Türk yük avomobillərinə görə, Azərbaycanda orta hesabla 400 dollar və Türkmənistanda da 650 dollar olaraq ödənilən tranzit haqqı ləğv edilməlidir”,- deyə bildirib.

“10 DƏFƏ BAHA QİYMƏTƏ DAŞIYIRLAR”

Türkiyənin TIR-larını daşıyan Bərə gəmilərinin Türkmənbaşıya dolu gedib boş qayıtmasından danışan Şener, bunları qeyd edib: “TIR-ları daşıyan Bərə gəmiləri Türkmənbaşıya dolu gedib boş qayıdırlar. Belə ticarət olmaz. Boş gəlməkdən kim qazanır? Bu yük avtomobilləri qayıdan zaman da eyni yolda daşınmalıdır. Onsuz da boş gələn gəmilər bu TIR-ları geri gətirsə nə olar? TIR-lar geri dönüşdə yüksək haqları ödəməmək üçün Türkiyəyə İran üzərindən geri qayıdırlar. Gəmi biletləri gediş/qayıdış olaraq satılmalı və güzəşt edilməlidir. Aralıq dənizdə və Qara dənizdə Bərə gəmilərində TIR-lar 1 mil/1 dollar qiymətlə daşınarkən, Xəzərdəki Bərələrdə bunun 10 dəfə baha qiymətdə olması qəbuledilməzdir”.

RUSİYA LİMANLARI ALTERNATİV OLA BİLƏR

Türkmənbaşı Berdıməhəmmədovun ötən ay Türk daşıyıcılarına Bərə qiymətində endirim müjdəsi verdiyini xatırladan Şener, “Azərbaycan yüksək qiymətdə israr edərsə, iki dəfə çox yükgötürmə qabiliyyəti olan Türkmən gəmilərinin Xəzərdəki sayı hər il artacaq, bəlkə də TIR-larımız Bakıdan deyil, Xəzərdəki Rusiya limanlarından Türkmənbaşı limanına keçəcək. Bizim başqa yolumuz yoxdur” ifadələrini istifadə edib.

Fatih Şener iddia edib ki, Azərbaycan gəmiləri Türkmənistan gəmiləri ilə müqayisədə daha yaşlıdır. O, Türkmənistanın aldığı ikinci iri bərə gəmisi olan “BƏXTİYAR”ın çaylarda suyun yüksəlməsindən sonra dekabr ayında Xəzər dənizinə gələcəyini və xidmətə başlayacağını deyib.

“QİYMƏTLƏR DÜŞƏRSƏ 25 MİN AVTOMOBİL KEÇƏR”

“Qiymətlərin düşməsi halında ildə 5 min yük avtomobili daşınan Xəzərdən 25 min avtomobil keçə bilər” deyən Şener, “Bu sayədə liman müəssisəsi, Xəzər Dəniz Gəmiçiliyi daha çox pul qazanar. Yol üzərindəki bütün Azərbaycan sahibkarları da bundan xeyir götürər” şərhini verib.

“Azərbaycanın şərq-qərb marşrutunda önəmli bir marşrut olmaq istədiyini bilirik. Bunun üçün də tranzit yüklərin daşınmasını Bakıdan kənara çıxartmaq üçün Ələt Limanının inşasına başlayıb. Eyni şəkildə Türkmənistan tərəfi də bu marşruta dəstək məqsədilə Türkmənbaşı limanını müasirləşdirməyə başlamış və Azərbaycan gəmilərindən iki dəfə çox yük götürə bilən yeni gəmilər almışdır”,- Fatih Şener əlavə edib.

“SON ÜMİDİMİZ PREZİDENTLƏRİN GÖRÜŞÜDÜR”

O qeyd edib ki, “İpəkyolu” orta koridoru bir neçə nəfərin kefinə bağlı ola bilməz. Xəzər marşrutu artıq bürokratların deyil, siyasətçilərin mövzusudur.

“Türkiyə, Azərbaycan və Türkmənistan prezidentləri yaxında görüşəcəklər. Biz, prezidentlərin Xəzər marşrutunun dirçəldilməsi üçün güclü iradələrinin olduğunu bilirik. Görüş zamanı Xəzər marşrutunun da müzakirə ediləcəyini və problemlərin həll ediləcəyini ümid edirik”.

“Tarix boyu ticarət yolları haradan keçmişdirsə, zənginlik də oraya getmişdir” deyən Fatih Şener bölgənin inkişafı üçün Xəzər vasitəsilə tarixi orta koridorun işləməsinin vacibliyini vurğulayıb.

Previous Post

Prezidentin iradları türkiyəli məmurların dilindən – “10 dəfə bahadır”

Next Post

Azərbaycanda 4 min nəfərə ölkədən çıxış qadağası qoyulub

Bənzər yazılar

ADY: Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir

ADY: Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir

24 Avqust 2026 - 19:17

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 25 avqustdan Xırdalan–Biləcəri mənzilində aparılan təmir işləri ilə əlaqədar olaraq Bakı–Xırdalan–Bakı və Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutları üzrə...

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Qızılın qiyməti son üç ayın ən yüksək səviyyəsinə yüksəlib

24 Avqust 2026 - 11:00

Dünya bazarında qızılın qiyməti son üç ayın ən yüksək səviyyəsinə yüksəlib. Elchi.az xəbər verir ki, Bakı vaxtı ilə saat 10:05-də...

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

24 Avqust 2026 - 09:25

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Elchi.az-ın məlumatına görə, avqustun 24-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə...

Bloomberg: Tramp iyunda birjada mindən çox əməliyyat həyata keçirib

Bloomberg: Tramp iyunda birjada mindən çox əməliyyat həyata keçirib

23 Avqust 2026 - 12:36

ABŞ Prezidenti Donald Tramp iyun ayında ümumi dəyəri 78,1 milyon dollardan 263,1 milyon dollaradək qiymətləndirilən mindən çox qiymətli kağız əməliyyatı...

Next Post

Azərbaycanda 4 min nəfərə ölkədən çıxış qadağası qoyulub

Azərbaycanda 4 min nəfərə ölkədən çıxış qadağası qoyulub

Son xəbərlər

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən aparılacaq

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən aparılacaq

24 Avqust 2026 - 19:28
DİM rezidentura namizədlərinə müraciət etdi

Ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyatın vaxtı bilinib

24 Avqust 2026 - 19:20
ADY: Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir

ADY: Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir

24 Avqust 2026 - 19:17
DİM bu imtahanın nəticələrini elan etdi

İxtisas seçiminin nəticələri açıqlanıb, 58 947 nəfər ali məktəblərə qəbul olunub – YENİLƏNİB

24 Avqust 2026 - 19:15
300 minə yaxın məzunun attestatı elektron imza ilə təsdiqlənib

300 minə yaxın məzunun attestatı elektron imza ilə təsdiqlənib

24 Avqust 2026 - 19:10
İtaliya Ukraynaya yeni yardım paketi hazırlayır

İtaliya Ukraynaya yeni yardım paketi hazırlayır

24 Avqust 2026 - 19:04
Xətai rayonun bəzi ərazilərinə içməli su fasilələrlə veriləcək

Xətai rayonun bəzi ərazilərinə içməli su fasilələrlə veriləcək

24 Avqust 2026 - 18:53
Bu il 44 min uşaq bağçalara qəbul olunub

Bu il 44 min uşaq bağçalara qəbul olunub

24 Avqust 2026 - 18:45
İndiyədək 121 909 nəfər I sinfə qəbul üçün elektron sistem vasitəsilə sorğu yaradıb

İndiyədək 121 909 nəfər I sinfə qəbul üçün elektron sistem vasitəsilə sorğu yaradıb

24 Avqust 2026 - 18:38
Ağdamda açıq sahədə yanğın başlayıb

Ağdamda açıq sahədə yanğın başlayıb

24 Avqust 2026 - 18:27
Bağdadda “Həşd əl-Şaabi”nin yüksəkrütbəli nümayəndəsi Əbu Cəfər əl-Kəabi saxlanılıb

Bağdadda “Həşd əl-Şaabi”nin yüksəkrütbəli nümayəndəsi Əbu Cəfər əl-Kəabi saxlanılıb

24 Avqust 2026 - 18:19
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib

Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib

24 Avqust 2026 - 18:09
Paşinyandan Rusiyaya xəbərdarlıq: Başqa variant yoxdur, biz deyən olacaq

Paşinyandan Rusiyaya xəbərdarlıq: Başqa variant yoxdur, biz deyən olacaq

24 Avqust 2026 - 18:00
Rusiya və Ukrayna Belarusda vətəndaş mübadiləsi aparıblar

Rusiya və Ukrayna Belarusda vətəndaş mübadiləsi aparıblar

24 Avqust 2026 - 17:46
Bakıda bu yol bağlanır

Bakıda bu yol bağlanır

24 Avqust 2026 - 17:40
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.