"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

“Prezidentin bu mesajı düşməni mənəvi-psixoloji cəhətdən əzən, sındıran mesajdır”

29 Sentyabr 2022 - 20:38
in MÖVQE
FacebookVatsap

“Artıq 2 ildir ki, biz 44 günlük Vətən Müharibəsinin başlandığı günü əziz şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edirik. Hər il sentyabrın 27-də ölkəmizin bütün şəhər və kəndlərində şəhid məzarları bütün xalq tərəfindən ziyarət olunur, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dualar oxunur, ehsanlar verilir. Bu mənada 27 Sentyabr Anım Günü həm də milli birlik, həmrəylik təqviminə çevrilib”.

Bunu da oxuyun

Zelenski Polşa ilə münaqişənin ilkin nəticələri ilə üzləşir

Avropa Putinin hipersəs raketlərinə qarşı müdafiəni gücləndirir

İsrail Ordusu HƏMAS-ın bölmələrindən birinin komandirini zərərsizləşdirib

Elchi.az xəbər verir ki, bu barədə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov FB hesabında qeyd edib:

“Prezident və Ali Baş Komandan İlham Əliyevin də Anım Gününü harda və hansı şəraitdə, hansı ovqatda qeyd etməsi xüsusi əhəmiyyət daşıyır. Xatırlayırsınızsa, keçən il birinci Anım Günündə şəhidlərimizə, itkin düşmüş soydaşlarımıza və qətlə yetirilmiş mülki vətəndaşlarımıza ehtiram əlaməti olaraq paytaxtımızsda möhtəşəm yürüş keçirildi. Prezident və Ali Baş Komandan, habelə birinci xanım Mehriban Əliyeva, kursantlar və hərbçilər şəhidlərimizin fotolarından ibarət plakatlarla yürüş edərək şəhidlərimizin ölməz olduğunu, onların qəlbimizdə daim böyük məhəbbətlə yaşayacaqlarını nümayiş etdirdilər. Bu il ikinci Anım Günündə isə dövlət başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində yollandılar, orada 27 sentyabr-Anım Gününə həsr olunmuş xatirə lövhəsinin açılışını edərək, qarşısına gül dəstələri qoydular, müqəddəs şəhidlərimizi ehtiramla yad etdilər.
Niyə məhz Qaraxanbəyli? Çünki Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdurrahmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərindəki yüksəkliklər müharibənin ilk günündə -sentyabr ayının 27-də düşməndən təmizlənib. Və ilk şəhidlərimizi də məhz bu ərazilərdə gedən döyüşlər zamanı vermişik. Bax, bu mühüm məqam əsas kimi götürülərək şəhidlərimizin şərəfinə Qaraxanbəyli kəndinin yaxınlığında qaya parçasında abidə ucaldılıb. Bu bütün qəhrəman oğullarımızın şərəfinə ucaldılmış rəmzi bir abidədir. Bu abidənin açılışını bizim soydaşlarımız böyük məmnunluq hissilə qarşıladılar. Ermənilərin reaksiyası isə zənnimcə, ayrıca bir müzakirə mövzusu olmalıdır.
Sözügedən abidənin açılışı 44 günlük müharibədəki məğlubiyyətlərindən sonra ermənilərə vurulmuş növbəti ağır psixoloji zərbələrimizdən biri oldu. Belə bir abidənin açılışı ermənilərdə ruh düşkünlüyünü daha da artırır, natamamlıq kompleksini daha da gücləndirir. Ermənilər get-gedə daha da motivasiyasız və hədəfsiz bir topluma, kütləyə çevrilir. Məhz bu baxımdan Prezident İlham Əliyevin ikinci Anım Gününü Qaraxanbəyli kəndində şəhidlərimizin şərəfinə abidənin açılışı ilə qeyd etməsi mühüm psixoloji-siyasi önəm daşıyır.
Dövlət başçımız təkcə sözüylə deyil, həm də hərəkətləri ilə, işləri ilə düşmənlərimizə mesaj ünvanlayır. “Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın!” mesajı da məhz bu baxımdan olduqca səciyyəvi mesajdır. İlham Əliyevin bu mesajı düşməni mənəvi-psixoloji cəhətdən əzən, sındıran mesajdır. Bizim özümüzdə isə bu mesaj milli birlik və həmrəylik hissini daha da gücləndirir. Mən əminəm ki, Vətən Müharibəsi günlərində ruhumuza hakim kəsilən birlik və həmrəylik əhval-ruhiyyəsi bundan sonra heç zaman əskilməyəcək və bizi yeni böyük hədəflərə doğru aparacaq!”.

Şayəstə


Previous Post

“Prezidentin bu mesajı düşməni mənəvi-psixoloji cəhətdən əzən, sındıran mesajdır”

Next Post

“Qarabağ”ın Fransadakı matçının biletləri satışa çıxarıldı

Bənzər yazılar

Zelenski Polşa ilə münaqişənin ilkin nəticələri ilə üzləşir

Zelenski Polşa ilə münaqişənin ilkin nəticələri ilə üzləşir

08 İyun 2026 - 11:23

Strana.ua: Zelenski Polşa ilə münaqişə fonunda Moldova üzərindən Londona uçdu. Elchi.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Polşa ilə gərginliyin artması...

Avropa Putinin hipersəs raketlərinə qarşı müdafiəni gücləndirir

Avropa Putinin hipersəs raketlərinə qarşı müdafiəni gücləndirir

08 İyun 2026 - 10:15

Böyük Britaniyanın Baş naziri Ser Keyr Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts bazar günü gecəsi Dauninq...

İsrail Ordusu HƏMAS-ın bölmələrindən birinin komandirini zərərsizləşdirib

İsrail Ordusu HƏMAS-ın bölmələrindən birinin komandirini zərərsizləşdirib

07 İyun 2026 - 13:54

İsrailin Müdafiə Ordusu və xüsusi xidmət orqanı HƏMAS-ın "Nuhba" bölməsinin komandiri Zakar Əbu Kərimi zərərsizləşdirib. Elchi.az -ın "Ynet" istinadən məlumatına...

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27

ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Binyamin Netanyahu ilə qatıldığı bir proqramda telefon danışığı zamanı sızdırılan "töhmət və qışqırıq"...

Next Post
“Qarabağ”ın Fransadakı matçının biletləri satışa çıxarıldı

"Qarabağ"ın Fransadakı matçının biletləri satışa çıxarıldı

“Qarabağ”ın Fransadakı matçının biletləri satışa çıxarıldı

"Qarabağ"ın Fransadakı matçının biletləri satışa çıxarıldı

Son xəbərlər

ABŞ Oman yaxınlığında sanksiya altındakı tankerə zərbə endirib

ABŞ Oman yaxınlığında sanksiya altındakı tankerə zərbə endirib

08 İyun 2026 - 18:10
Bakcell yeni baş icraçı direktor təyinatını elan etdi

Bakcell yeni baş icraçı direktor təyinatını elan etdi

08 İyun 2026 - 17:58
Qrossi: MAQATE İranın nüvə silahı hazırladığını iddia etməyib

Qrossi: MAQATE İranın nüvə silahı hazırladığını iddia etməyib

08 İyun 2026 - 17:45
Türkiyə, Azərbaycan və Gürcüstan XİN rəhbərləri İstanbul Bəyannaməsini imzalayıb

Türkiyə, Azərbaycan və Gürcüstan XİN rəhbərləri İstanbul Bəyannaməsini imzalayıb

08 İyun 2026 - 17:38
Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşdü

Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşdü

08 İyun 2026 - 17:28
Ceyhun Bayramov İran ətrafında baş verənlərin regiona təsirindən danışıb

Ceyhun Bayramov İran ətrafında baş verənlərin regiona təsirindən danışıb

08 İyun 2026 - 17:23
Polis Novxanıda əməliyyat keçirdi: Gizli narkobunker aşkarlandı – VİDEO

Polis Novxanıda əməliyyat keçirdi: Gizli narkobunker aşkarlandı – VİDEO

08 İyun 2026 - 17:18
İsrail ordusu Livan ərazisindən növbəti atəş açıldığını bildirib

İsrail ordusu Livan ərazisindən növbəti atəş açıldığını bildirib

08 İyun 2026 - 17:09
İntensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ

İntensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ

08 İyun 2026 - 17:00
Türkiyə XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi

Türkiyə XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi

08 İyun 2026 - 16:52
Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik

Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik

08 İyun 2026 - 16:44
Sahibə Qafarova Vyetnamın Baş prokuroru ilə görüşüb

Sahibə Qafarova Vyetnamın Baş prokuroru ilə görüşüb

08 İyun 2026 - 16:39
FAO: Dünyada şəkər 7%-dən çox bahalaşıb

FAO: Dünyada şəkər 7%-dən çox bahalaşıb

08 İyun 2026 - 16:33
Pezeşkian: Nə döyüş meydanını, nə də danışıqlar masasını tərk etmişik

Pezeşkian: Nə döyüş meydanını, nə də danışıqlar masasını tərk etmişik

08 İyun 2026 - 16:27
Dünya çempionatı tarixinin ən yaxşı oyunu açıqlandı

Dünya çempionatı tarixinin ən yaxşı oyunu açıqlandı

08 İyun 2026 - 16:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.