Abdullah Gülün Çankaya Köşkündə verdiyi qəbulda maraqlı hadisə baş verib
Türkiyə prezidenti Abdullah Gülün Çankaya Köşkündə verdiyi qəbulda maraqlı hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, qəbulda çəkilən bir görüntü xeyli diqqət çəkib. Görüntüdə Hayrünnisa xanım qonaqlardan biriylə danışır. Bu zaman söhbətin uzandığını düşünən prezident Gül yoldaşının qulağına əyilərək digər qonaqlarla da maraqlanmaları lazım olduğunu xatırladır.
Ancaq səs-küy səbəbindən yoldaşını eşidə bilməyən Hayrünnisa Gül söhbətini davam etdirir. Bunu görən prezident də çarəni yoldaşının çiyninə dəfələrlə toxunaraq xəbərdarlıq etməkdə görür. Bu görüntülər yayıldıqdan sonra insanlar arasında xeyli marağa səbəb olub.