Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya şöbəsinin müdiri Teymur Bünyadovun dəfn mərasiminə əklil göndərib.
Elchi.az-ın məlumatına görə, əklil mərhumun II Fəxri xiyabandakı məzarı üzərinə qoyulub.
Xatırladaq ki, Teymur Bünyadov aprelin 8-də 94 yaşında vəfat edib.