"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Prezident İranın yol və şəhərsalma nazirini videoformatda qəbul edib – YENİLƏNİB

25 Yanvar 2022 - 14:40
in MANŞET
FacebookVatsap

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.

Bunu da oxuyun

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Elchi.az xəbər verir ki, iranlı naziri salamlayan Prezident İlham Əliyev dedi:

– Hörmətli cənab nazir, hörmətli İran nümayəndə heyətinin üzvləri Azərbaycana Xoş gəlmisiniz. Mən çox şadam ki, sizin Azərbaycana səfəriniz azad edilmiş torpaqlardan başladı. Siz dünən İrandan birbaşa Füzuliyə, Füzuli Beynəlxalq Hava Limanına təyyarə ilə gəlmisiniz, həm Füzulidə, həm Zəngilanda olmusunuz və biz bunu çox yüksək qiyməytləndiririk.

Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranmışdır. Müharibədən sonra İran-Azərbaycan əlaqələri bu istiqamətdə daha da geniş vüsət almışdır. Regional əməkdaşlığın yaradılması üçün hazırda çox ümidverici 3+3 əməkdaşlıq platforması yaradılmışdır. Artıq birinci görüş keçirildi. Əminəm ki, bu görüşlər müntəzəm olaraq keçiriləcək və region ölkələrinin maraqlarını təmin edəcək. Eyni zamanda, əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar. İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verildi, İran tərəfi ilə ilkin danışıqlar aparıldı və indi konkret nəticələr gözləyirik.

Siz azad edilmiş torpaqlarda olan dağıntıları dünən öz gözlərinizlə görmüsünüz. Ermənistan işğal dövründə bizim bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib. Ona görə bu böyük ərazidə – 10 min kvadratkilometrdən böyük olan ərazidə indi quruculuq işlərinə start verildi, amma gördüyünüz kimi, bu, çox genişmiqyaslı bir işdir. Yüzlərlə şəhər və kənd demək olar ki, yer üzündən silinib. Bərpa işlərinə start verildi və dediyim kimi, ümid edirəm ki, İran şirkətləri bu işlərdə fəal iştirak edəcəklər.

Siz dünən, eyni zamanda, Zəngəzur dəhlizinin yaradılması üçün aparılan işlərlə də tanış olmusunuz. Həm avtomobil yolu, həm dəmir yolu artıq uğurla inşa edilir və Ermənistandan da biz müsbət xəbərlər alırıq. Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır.

Bir sözlə, ümid edirəm ki, müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq. Əlbəttə ki, İran İslam Respublikasının bu işlərə töhfəsi də çox önəmlidir.

Digər məsələlərə gəldikdə, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması, Xudafərin Su Elektrik stansiyalarının inşa edilməsi, Astaraçay üzərində körpünün inşa edilməsi – bütün bu və digər məsələlər dünən Şahin Mustafayevlə müzakirə olunub və hökumətlərarası komissiyanın işində əlbəttə ki, prioritetlər sırasında olacaq.

Onu da bildirməliyəm ki, noyabrın sonlarında İran İslam Respublikasının Prezidenti cənab Rəisi ilə keçirdiyim görüş çox uğurlu, əhəmiyyətli idi və İran-Azərbaycan əlaqələri üçün yeni imkanlar açır. Bu, əlaqələrimizin, dostluq, qardaşlıq əlaqələrimizin yeni səhifəsinin açılması deməkdir.

Bir daha xoş gəlmisiniz.

İranlı nazir Rüstəm Qasimi dedi:

– Allahın adı ilə. Cənab Prezident, mən Sizi salamlayıram və Sizə, Azərbaycan xalqına cansağlığı, Azərbaycan dövlətinə uğurlar arzu edirəm. İran İslam Respublikasının Prezidenti cənab doktor Rəisinin səmimi salamlarını Sizə çatdırıram.

İran dövləti və İran xalqı adından şəxsən Sizə, Azərbaycan dövlətinə, Azərbaycan xalqına ərazilərin geri qaytarılmasında əldə etdiyiniz uğurlar və bu müharibədə qazandığınız Qələbə münasibətilə təbrik çatdırıram. Qeyd etdiyiniz kimi, Sizinlə cənab Prezident Rəisi arasında keçirilən görüş iki ölkə münasibətlərində yeni bir səhifə yaradacaq.

Biz dünən azad edilmiş əraziləri gördük, orada aparılan quruculuq və yenidənqurma işləri ilə yerində tanış olduq. Ümid edirəm ki, bu gün cənab Şahin Mustafayevlə və eləcə də Azərbaycan Respublikasının digər nazirləri ilə keçirəcəyim görüşlərdə iki ölkə arasındakı əlaqələr və müştərək layihələr barədə bir daha fikir mübadiləsi aparacağıq.

Onüçüncü hökumət, yəni, cənab İbrahim Rəisinin prezidentliyi dövründə dövlətimiz bütün qonşu ölkələrlə, xüsusilə də mədəni, tarixi və ictimai bağları daha çox olan Azərbaycan Respublikası dövləti və xalqı ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir.

X X X

Prezident İlham Əliyev İran dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

Söhbət zamanı ikitərəfli əlaqələrə dair müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

***

saat 12:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.

Elchi.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.Foto

Prezident İlham Əliyev
Prezident İlham Əliyev
Previous Post

Prezident İranın yol və şəhərsalma nazirini videoformatda qəbul edib – YENİLƏNİB

Next Post

Əli Əsədovla Belarusun Baş naziri arasında telefon danışığı olub

Bənzər yazılar

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

13 Oktyabr 2026 - 16:48

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrandakı əməliyyatda həddindən artıq irəli getmiş ola biləcəyini, çünki administrasiyanın kiminlə qarşı-qarşıya olduğunu anlamadığını bəyan...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş geyim tələblərinin icra vəziyyətinin öyrənilməsi...

Tramp ilə Zelenski arasında gərginlik artır

Tramp ilə Zelenski arasında gərginlik artır

12 Oktyabr 2026 - 17:36

Vəzifəyə gəldiyi gündən bəri ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskini tez-tez tənqid edib və Ukrayna ilə bağlı sələfi...

Next Post
Əli Əsədovla Belarusun Baş naziri arasında telefon danışığı olub

Əli Əsədovla Belarusun Baş naziri arasında telefon danışığı olub

Əli Əsədovla Belarusun Baş naziri arasında telefon danışığı olub

Əli Əsədovla Belarusun Baş naziri arasında telefon danışığı olub

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.