"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Prezident İlham Əliyev Qırğız Respublikasının yeni səfirinin etimadnaməsini qəbul edib

28 Oktyabr 2021 - 13:47
in GÜNDƏM
FacebookVatsap

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin etimadnaməsini qəbul edib.

Bunu da oxuyun

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi

ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

Dövlətimizin başçısını salamlayan səfir Kayrat Osmonaliyev deyib: Zati-aliləri, cənab Prezident, Qırğız Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməyimlə əlaqədar etimadnaməmi Sizə təqdim etməyi özümə şərəf sayıram. Mənə epoxal əhəmiyyətli hadisələr dövründə Bakıya gəlmək şərəfi nəsib olub. Bu hadisələr nəticəsində tarixi ədalət və tarixi həqiqət zəfər çaldı. Qırğız Respublikası, Qırğızıstan Azərbaycanın çətin günlərində həmişə bu çətinliklərə şərik olub, Azərbaycanın uğurlarına və nailiyyətlərinə sevinib.

İcazə verin, Qırğız Respublikasının Prezidenti Sadır Nurqojoyeviç Japarovun səmimi salamlarını çatdırım, ötən il və bu il pandemiya dövründə göstərdiyiniz köməyə görə təşəkkürünü bildirim. Sadır Nurqojoyeviç Sizi Qırğızıstana dövlət səfərinə dəvət edir və Sizinlə ən yaxın vaxtda görüşməyə çox şad olacaq. Təşəkkür edirəm.

Səfir Kayrat Osmonaliyev etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edbi.

Prezident İlham Əliyev: Sizi Azərbaycanda salamlayıram. İşinizin uğurlu olmasını, vaxtınızı yaxşı keçirməyi arzu edirəm. Mən də Qırğız Respublikasının Prezidentinə salamlarımı və ən xoş arzularımı çatdırmağınızı xahiş edirəm və onu da özü üçün münasib olan istənilən vaxtda Azərbaycana dəvət etmək istəyirəm.

Bizim xalqlarımızı ortaq köklər bağlayır və Türk Şurası çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırıq. Bildiyiniz kimi, Azərbaycanın rəhbərlik etdiyi Türk Şurasının dövlət başçılarının yaxın bir ayda növbəti Zirvə görüşü keçiriləcək. Biz sədrliyi Türkiyəyə ötürəcəyik. Əlbəttə, bu sammit ölkələrimizi daha da yaxınlaşdıracaq. Türkdilli dövlətlər arasında qarşılıqlı münasibətlər və əməkdaşlıq çərçivəsində həllini tələb edən məsələlər çoxdur. Bildiyiniz kimi, Azərbaycan bizim Şuranın üzvləri olan ölkələrin yaxınlaşması üçün həmişə böyük səy göstərib.

İkitərəfli münasibətlərə gəldikdə, biz əlaqələrin intensivləşəcəyinə ümid edirik. Hesab edirəm ki, mövcud potensial ötən illərdə tam həcmdə reallaşdırılmayıb. Buna görə əlbəttə ki, iqtisadi-ticari sahəyə diqqət yetirmək lazımdır, bu sahədə əmtəə dövriyyəsini artıra bilərik. Bundan əlavə, bildiyiniz kimi, Azərbaycan ölkənin hüdudlarından kənarda fəal sərmayə qoyur. Biz Qırğızıstanda investisiya layihələrini ətraflı müzakirə edə bilərik və əlbəttə, beynəlxalq arenada qarşılıqlı dəstək ölkələrimizi həmişə yaxınlaşdırıb. Əminəm ki, biz gələcəkdə də BMT məkanında, İslam Əməkdaşlıq Təşkilatı və əlbəttə, Türk Şurası, MDB və digər təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyəcəyik. İkinci Qarabağ müharibəsi dövründə biz Qırğızıstan xalqının dəstəyini hiss edirdik. Vətəndaşlardan çoxlu müraciətlər olurdu, həmrəylik hissləri bildirilirdi, biz bunu çox yüksək qiymətləndiririk. Hazırda Azərbaycanın dağıdılmış ərazilərinin bərpası dövrüdür və biz keçmiş məcburi köçkünləri maksimum qısa müddətdə öz əzəli torpaqlarına qaytarmaq üçün fəal iş aparırıq.

Azərbaycanda vaxtınızın yaxşı keçməsini arzu edirəm. Əminəm ki, bizim ölkəmizlə yaxından tanış olacaqsınız. Bildiyimə görə, siz artıq işğaldan azad edilmiş ərazilərdə olmusunuz, lakin qarşıda hələ yeni səfərlər olacaq. Özü də təkcə oraya yox, Bakıdan digər istiqamətlərə də. Buna görə düşünürəm ki, ölkəmiz haqqında tam təsəvvürünüz olacaq və bu, işinizdə sizə kömək edəcək. Sizə uğurlar arzu edirəm.

Səfir Kayrat Osmonaliyev: Cənab Prezident, ilk növbədə, Qırğızıstanın ünvanına səmimi sözlərinizə görə sağ olun. Bizim dövlətlərarası münasibətlərin təməli Sizin atanız, beynəlxalq miqyaslı görkəmli xadim tərəfindən qoyulub. Onun xatirəsini qırğızıstanlılar daim ehtiramla yad edirlər. Gələn il biz ölkələrimiz arasında dostluq və əməkdaşlıq haqqında müqavilənin imzalanmasının 25-ci ildönümünü, 2023-cü ildə isə diplomatik münasibətlər yaradılmasının 30 illiyini qeyd edəcəyik.

Siz düzgün olaraq deyirsiniz ki, biz beynəlxalq məkanda, BMT, Şanxay Əməkdaşlıq Təşkilatı, MDB, ATƏT, Qoşulmama Hərəkatı çərçivəsində, Türk Şurası məkanında, həmçinin mənzil-qərargahları Bakıda yerləşən TÜRKPA və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu formatında fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. Təəssüf ki, həqiqətən əldən buraxılmış imkanlar dövrü olub. Bu mənada biz çox şeyin əvəzini çıxmalıyıq.

***

11:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin etimadnaməsini qəbul edib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Previous Post

Prezident İlham Əliyev Qırğız Respublikasının yeni səfirinin etimadnaməsini qəbul edib

Next Post

Prezident Rumıniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Bənzər yazılar

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

09 Sentyabr 2026 - 19:04

Cari il üçün təsdiq olunmuş ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında "Hərbi əməkdaşlıq sahəsində...

Xocavənd rayonunda mina partlayışı baş verib

“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi

08 Sentyabr 2026 - 18:37

“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi. Elchi.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

08 Sentyabr 2026 - 11:40

Azərbaycanda humanitar minatəmizləmə fəaliyyəti zamanı ərazinin daha dəqiq öyrənilməsi, tədqiqatı üçün pilotsuz uçuş aparatlarından istifadə olunur. Elchi.az xəbər verir ki,...

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

07 Sentyabr 2026 - 15:16

Ermənistan hakimiyyəti Xankəndidən İrəvana qaçan və hələ də separatizm fəaliyyətini davam etdirən keçmiş qondarma rejimin “vəzifəli” şəxslərinin həbsinə hazırlaşır. Elchi.az...

Next Post
Prezident Rumıniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident Rumıniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident Rumıniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident Rumıniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Son xəbərlər

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

10 Sentyabr 2026 - 23:09
İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

10 Sentyabr 2026 - 23:02
İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

10 Sentyabr 2026 - 21:54
SEPAH: Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisi vurulub

SEPAH: Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisi vurulub

10 Sentyabr 2026 - 21:37
Mesajların hökmranlığı

Mesajların hökmranlığı

10 Sentyabr 2026 - 21:24
AFFA prezidenti Rövşən Nəcəf “Sabah”a Çempionlar Liqasında uğurlar arzulayıb

AFFA prezidenti Rövşən Nəcəf “Sabah”a Çempionlar Liqasında uğurlar arzulayıb

10 Sentyabr 2026 - 21:15
Suraxanıda təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

Suraxanıda təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

10 Sentyabr 2026 - 21:12
Şəmkirdə istixanada yanğın olub

Şəmkirdə istixanada yanğın olub

10 Sentyabr 2026 - 19:15
“Qalatasaray”ın sabiq ulduzu Braziliya klubuna keçdi

“Qalatasaray”ın sabiq ulduzu Braziliya klubuna keçdi

10 Sentyabr 2026 - 19:07
Britaniya polisi İran agentlərini ələ keçirib

Britaniya polisi İran agentlərini ələ keçirib

10 Sentyabr 2026 - 19:00
DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

Bu imtahanın nəticələri elan olundu

10 Sentyabr 2026 - 18:53
Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirində ilk rəqibləri müəyyənləşdi

Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirində ilk rəqibləri müəyyənləşdi

10 Sentyabr 2026 - 18:42
FHN-in Aran Regional Mərkəzi seminar keçirdi

FHN-in Aran Regional Mərkəzi seminar keçirdi

10 Sentyabr 2026 - 18:37
BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

10 Sentyabr 2026 - 18:24
Almaniya polisi təxribatçının qeyd dəftərini tapıb: Siyahıda 160-dan çox hədəf var

Almaniya polisi təxribatçının qeyd dəftərini tapıb: Siyahıda 160-dan çox hədəf var

10 Sentyabr 2026 - 18:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.