"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Prezident İlham Əliyev İtaliyanın xarici işlər nazirini qəbul edib – YENİLƏNİB

02 Aprel 2022 - 13:20
in MANŞET
FacebookVatsap

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bunu da oxuyun

Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir

Tramp Si Cinpinlə danışıqlardan sonra “möhtəşəm nəticələr” gözləyir

“Rusiyanın xeyir-duası olmadan nə Zəngəzur dəhlizi açılacaq, nə də…” – Deputatdan ŞOK proqnoz

Elchi.az xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

– Cənab nazir, sizi görməyə çox şadam. Azərbaycana xoş gəlmisiniz. Bu, bir-birimizi bir daha görmək üçün yaxşı fürsətdir. Romadakı görüşümüzlə bağlı mənim çox yaxşı xatirələrim var və həmçinin bu, gündəliyimizdə duran məsələləri müzakirə etmək üçün bir imkandır.

Gündəlikdə duran məsələlərin sayı həqiqətən də artır. Bu, əməkdaşlığımızın çox yaxşı əlamətidir. Əlbəttə ki, ölkələrimiz arasında çox güclü siyası əlaqələr tərəfdaşlığımızın güclü təməlini təşkil edir. 2014-cü və 2020-ci illərdə biz strateji tərəfdaşlıq üzrə iki mühüm bəyannamə imzaladıq. Bu da yaxın dost olmaq üçün qarşılıqlı iradənin mövcud olduğunu göstərir və biz artıq yaxın dostuq. Əlbəttə ki, mənim iki il bundan əvvəl İtaliyaya səfərim və 2018-ci ildə Prezident Mattarellanın Azərbaycana səfəri ilə bağlı çox yaxşı xatirələrim var. Səfərlər, müzakirələr və sənədlər – bunlar ölkələrimiz arasında güclü əlaqələrin olduğunu göstərir. Bildiyiniz kimi bu yaxınlarda mənim Baş nazir Mario Draqi ilə telefon söhbətim olub və biz sizin Azərbaycana səfərinizi də müzakirə etdik.

Beləliklə, bütün işlər uğurla gedir və əlbəttə ki, bizim ticarət tərəfdaşlığımızın yaxşı göstəricilərini görməyə məmnunam. Məlumata baxdım və gördüm ki, Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşıdır və İtaliyanın Cənub Qafqazla apardığı ticarətin 95 faizi Azərbaycanla aparılır. Rəqəmlər çox yaxşıdır, demək olar ki, ötən il 10 milyard ABŞ dolları olmuşdur. Əminəm ki, bu il İtaliyaya əlavə qaz təchizatına görə bu göstərici daha da artacaqdır. Əlbəttə ki, İtaliyanın bizim əsas ticarət tərəfdaşımız olması çox yaxşı əlamətdir. Enerji əməkdaşlığında yeni imkanlar var. Uzun illər ərzində Azərbaycan neft təchiz edən etibarlı mənbə olmuşdur və İtaliyaya neft təchizatının bir nömrəli mənbəyidir. İndi isə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması ilə önəmli qaz təchizatçısına çevrildik və biz qaz təchizatında 3-cü yerdəyik. İrəliləmək üçün potensial olsa, əlbəttə ki, biz bunu edəcəyik. Həmçinin ötən il bizim 7 milyard kubmetr qazı təchiz etməyimizlə bağlı göstərici də məni çox məmnun etdi və bu il bundan da çox olacaqdır.

Bütün bunlar əməkdaşlığın çox müsbət əlamətləridir, strateji və uzunmüddətli xarakter daşıyır. Buraya humanitar sahədə əməkdaşlığı da əlavə etməliyik. Bu gün çox mühüm hadisə – İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi olacaqdır. Yer artıq seçilib, hər şey hazırdır. Əminəm ki, bu, Azərbaycanda ən yaxşı universitetlərdən biri olacaqdır və beş italyan universiteti bu layihənin tərəfdaşı qismində çıxış edir. Həmçinin italyan şirkətlərinin azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində fəal iştirakı bizi sevindirir. Hazırda 3 şəhərdə İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da İtaliya şirkətləri tərəfindən həyata keçirilir. Elektrik enerjisi sektorunda işlər gedir.

Beləliklə, qeyd etdiyim kimi, gündəlik genişdir və genişlənir. Mən çox şadam ki, bu, bizim əməkdaşlığımızın yaxşı nəticəsidir. Bir daha xoş gəlmisiniz. Sizə Bakıda yaxşı vaxt keçirməyi arzu edirəm.

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio dedi:

– Təşəkkür edirəm, hörmətli cənab Prezident. Vaxt ayırdığınıza görə minnətdaram. Bildiyiniz kimi, ilk dəfədir ölkənizdə səfərdəyəm. Sizi təbrik edirəm, ölkəniz möhtəşəmdir. Mən əsrarəngiz Bakı şəhərini yalnız Formula 1 Qran-Prisi sayəsində görmüşdüm. Şəhər möhtəşəmdir, biz buraya avtomobillə gələndə gördük. Xüsusilə hazırkı vaxtda regionunuzda rəhbərliyiniz münasibətilə Sizi təbrik edirəm. Bildiyiniz kimi, bu il diplomatik münasibətlərimizin 30-cu ildönümüdür. Biz may ayında bu mühüm tədbiri qeyd edəcəyik.

Qonaq dövlətimizin başçısının 2020-ci ilin fevralında İtaliyaya səfərini möhtəşəm səfər kimi dəyərləndirərək dedi:

– Əfsuslar olsun ki, bu, pandemiyadan əvvəl İtaliyada sonuncu rəsmi səfər idi. Biz bunu xatırlayırıq. Bu, pandemiyadan əvvəl sonuncu yaxşı hadisə idi. Sizə bildirmək istərdim ki, qeyd etdiyiniz kimi, ölkələrimiz arasında mühüm əlaqələr var və iqtisadi əlaqələr çox yaxşı inkişaf edir. Düşünürəm ki, iqtisadi əlaqələr həmişə siyasi əlaqələrlə bağlı olur. İqtisadi əlaqələr artdıqca siyasi və tarixi əlaqələr də artır. Bizim birgə universitetimizin təməlinin qoyulması münasibətilə bu mühüm tədbirdə iştirak etmək imkanı əlaqələrimizin gücləndirilməsi istiqamətində daha bir addım olacaq. Siz TAP-ı qeyd etdiniz. TAP məhz bu dövrdə – sülh dövründə iqtisadi əlaqələrin yaradılmasının əhəmiyyətini nümayiş etdirir.

Luici Di Maio İtaliya Prezidenti Sercio Mattarellanın ölkəsinə səfərlə bağlı dəvətini dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirdi.

***

10:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Elchi.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Previous Post

Prezident İlham Əliyev İtaliyanın xarici işlər nazirini qəbul edib – YENİLƏNİB

Next Post

Azərbaycan və İtaliya XİN başçıları Bakıda görüşüb – FOTO

Bənzər yazılar

Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir

Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir

26 Sentyabr 2026 - 10:13

İndi dünyada digər önəmli amil təhlükəsizlikdir. Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir. Elchi.az xəbər verir ki, bu fikriləri Prezident İlham...

Tramp Si Cinpinlə danışıqlardan sonra “möhtəşəm nəticələr” gözləyir

Tramp Si Cinpinlə danışıqlardan sonra “möhtəşəm nəticələr” gözləyir

25 Sentyabr 2026 - 17:27

ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpinlə görüşü müsbət qiymətləndirib və gələcəkdə bunun əla nəticələr verəcəyini gözlədiyini bildirib. Elchi.az...

“Rusiyanın xeyir-duası olmadan nə Zəngəzur dəhlizi açılacaq, nə də…” – Deputatdan ŞOK proqnoz

“Rusiyanın xeyir-duası olmadan nə Zəngəzur dəhlizi açılacaq, nə də…” – Deputatdan ŞOK proqnoz

25 Sentyabr 2026 - 17:22

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Musavat.com-un suallarını cavablandırıb. Söhbətimizin məzmunu Cənubi Qafqaz, Ukrayna böhranı və digər...

Rutte NATO-nun zəifliyini etiraf etdi

Rutte NATO-nun zəifliyini etiraf etdi

25 Sentyabr 2026 - 14:00

"NATO-nun Avropadakı üzv ölkələri ABŞ-ın iştirakı olmadan Yaxın Şərqdə hərbi əməliyyatlar apara bilmirlər və buna görə də Vaşinqtonun rəhbərliyinə ehtiyac...

Next Post
Azərbaycan və İtaliya XİN başçıları Bakıda görüşüb – FOTO

Azərbaycan və İtaliya XİN başçıları Bakıda görüşüb - FOTO

Azərbaycan və İtaliya XİN başçıları Bakıda görüşüb – FOTO

Azərbaycan və İtaliya XİN başçıları Bakıda görüşüb - FOTO

Son xəbərlər

Vətən müharibəsinin başlamasından altı il ötür

Vətən müharibəsinin başlamasından altı il ötür

27 Sentyabr 2026 - 00:00
Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

26 Sentyabr 2026 - 17:00
ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

26 Sentyabr 2026 - 16:51
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

26 Sentyabr 2026 - 16:37
FHN-in strukturlarında Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

FHN-in strukturlarında Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

26 Sentyabr 2026 - 16:19
Prezident İlham Əliyevin sosial media hesablarında İnvestisiya Forumunda iştirakına dair video paylaşılıb – VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında İnvestisiya Forumunda iştirakına dair video paylaşılıb – VİDEO

26 Sentyabr 2026 - 15:58
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR müxtəlif şirkətlərlə sənədlər imzalayıb

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR müxtəlif şirkətlərlə sənədlər imzalayıb

26 Sentyabr 2026 - 15:40
Əliyev Yeltsinlə niyə görüşmüşdü? – Vaşinqtonda verilən cavab və BMT-nin xilası

Əliyev Yeltsinlə niyə görüşmüşdü? – Vaşinqtonda verilən cavab və BMT-nin xilası

26 Sentyabr 2026 - 15:02
Baş nazir Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb

Baş nazir Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb

26 Sentyabr 2026 - 13:49
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb

Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb

26 Sentyabr 2026 - 13:33
“Formula 2”də ikinci əsas yarışın qalibləri mükafatlandırılıb

“Formula 2”də ikinci əsas yarışın qalibləri mükafatlandırılıb

26 Sentyabr 2026 - 13:13
Bakı ərazisində vulkan püskürüb

Bakı ərazisində vulkan püskürüb

26 Sentyabr 2026 - 13:00
Anım gününün hava proqnozu açıqlanıb

Anım gününün hava proqnozu açıqlanıb

26 Sentyabr 2026 - 12:47
Qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub

Qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub

26 Sentyabr 2026 - 12:22
27 Sentyabr- milli iradənin, birliyin və qəhrəmanlığın rəmzi

27 Sentyabr- milli iradənin, birliyin və qəhrəmanlığın rəmzi

26 Sentyabr 2026 - 12:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.