"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

01 Yanvar 2015 - 01:26
in MANŞET
FacebookVatsap
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik6b89c83aa97d112eb620e90b92c9f44d edib.
APA-nın məlumatına görə, təbrik nitqində deyilir:

“Hörmətli xanımlar və cənablar!

Bunu da oxuyun

Lukaşenko: “Müharibədən qaçmağa çalışırıq, lakin hazır olmalıyıq”

“Çətindir, heç yatmıram” – Zelenski göz yaşlarına boğuldu

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Əziz həmvətənlər!

2014-cü il arxada qalır. 2014-cü il ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilmişdir. Ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim təsir imkanlarımız da genişlənir.

Bildiyiniz kimi, 2012-2013-cü illərdə Azərbaycan dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasında təmsil olunurdu.

155 ölkənin dəstəyi ilə biz bu haqqı qazanmışdıq. Bu il isə Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edirdi, Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına öz dəyərli töhfəsini vermişdir.

Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Qonşu dövlətlərlə və bütün digər dövlətlərlə səmərəli əməkdaşlıq edirik. İkitərəfli əlaqələrimiz inkişaf edir. Eyni zamanda, Azərbaycan çoxtərəfli formatda öz müsbət rolunu oynayır. Xüsusilə regional inkişaf məsələlərində Azərbaycanın rolu danılmazdır. Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə – siyasi, iqtisadi, enerji və digər layihələr icra edilə bilməz.

2014-cü ildə iqtisadi inkişaf təmin edilmişdir. Bu da çox önəmlidir, çünki bildiyiniz kimi, dünyada hələ də iqtisadi, maliyyə böhranı davam edir. Bütün bunlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir və bu inkişafın təməlində islahatlarımız dayanır. Təsadüfi deyil ki, dünyanın ən mötəbər iqtisadi qurumu olan Davos Ümumdünya İqtisadi Forumu rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görmüşdür. Bu, böyük və tarixi nailiyyətdir.

Qeyri-neft sektorumuzun inkişafı bizim üçün prioritet olaraq qalır. Şadam ki, bu il qeyri-neft sektorumuz təxminən 7 faiz artmışdır. Ölkə iqtisadiyyatına 27 milyard dollar sərmayə qoyulmuşdur. Bu da çox önəmli hadisədir. Çünki indi dünyada sərmayələrin cəlb edilməsi üçün mübarizə gedir. Azərbaycanda sərmayə qoyuluşu yüksək səviyyədədir. Əminəm ki, gələn il də belə olacaq.

Yoxsulluğun, işsizliyin səviyyəsi 5 faizdir. Bu da dünya miqyasında çox gözəl göstəricidir. Dövlət xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 8 faizini təşkil edir. Bu da nadir göstəricidir. Makroiqtisadi vəziyyət sabitdir. Valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur. Manatın məzənnəsi isə sabit olaraq qalır.

Siz yaxşı bilirsiniz ki, dünyada neftin qiymətinin düşməsi ilə əlaqədar müəyyən gərginliklər yaşanır, o cümlədən bizim bölgəmizdə. Azərbaycan isə sabitlik adasıdır, nümunəvi ölkədir. Ölkəmizdə istər siyasi, istər iqtisadi sabitlik təmin edilir və ediləcək. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayacaq və ildən-ilə xalqımızın rifah halı yaxşılaşacaqdır.

Sosial siyasətimiz bütün dövrlərdə bizim üçün əsas vəzifə olmuşdur. Bu il Azərbaycanda sosial infrastrukturun yaradılmasına böyük vəsait qoyulmuşdur, 60-dan çox tibb ocağı, 50-yə yaxın məktəb, uşaq bağçası tikilib təmir edilmişdir. Əminəm ki, gələn il də bu müsbət proseslər gedəcək.

Azərbaycanda inflyasiya 1,4 faizdir. Əhalinin pul gəlirlərinin artımı isə 5 faizə yaxındır. Maaşların, pensiyaların, sosial müavinətlərin ildən-ilə artırılması əlbəttə ki, insanların rifah halını yaxşılaşdırır.

Ən ağır vəziyyətdə olan soydaşlarımızın – məcburi köçkünlərin problemləri də uğurla həll edilir. Hər il 20 mindən çox köçkün yeni evlərə köçürülür. Bu il də bu məqsədlər üçün böyük vəsait ayrılmışdır və biz bu məsələni də tədricən həll edirik.

Ancaq əfsuslar olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu il də öz həllini tapmamışdır. Buna səbəb Ermənistanda kriminal, qanlı diktatura rejiminin mövcudluğudur. Ermənistan sülh istəmir. Bütün səylərini ona qoyub ki, sülh danışıqları aparılmasın, yaxud da ki, imitasiya naminə aparılsın. Bu il vasitəçilər fəallıq göstərmişdilər, bunu biz qeyd etməliyik. Rusiya, Amerika, Fransa – bu ölkələrin rəhbərləri ardıcıllıqla avqust, sentyabr, oktyabr aylarında üçtərəfli görüşlər keçirmişlər. Mən bunu yüksək qiymətləndirirəm və bu ölkələrə minnətdaram. Ancaq Ermənistan bu görüşlərdə özünü səmimi aparmamışdır. Bundan əlavə, Paris görüşündən iki həftə keçməmiş işğal edilmiş torpaqlarda genişmiqyaslı hərbi təlimlərə başlamışdır. Bu təlimlərin bir məqsədi var idi – Azərbaycanı provokasiyaya çəkmək, təxribat törətmək və danışıqlar prosesinə zərbə vurmaq. Eyni hadisəni biz yay aylarında görmüşdük. O vaxt da erməni təxribatçı qrupları Azərbaycan mövqelərinə hücum çəkmişdilər. Ancaq Azərbaycan Ordusu onlara layiqli cavab vermişdir, 50-dən çox işğalçı məhv edilmişdir. Bu ilin sonlarında da buna oxşar hadisə baş vermişdir. Yenə də Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu yerinə oturtdu. İşğalçı dövlət bilməlidir ki, qüdrətli Azərbaycan Ordusu istənilən vaxtda öz ərazi bütövlüyünü bərpa edə bilər. Sadəcə olaraq biz hələ ümid edirik ki, danışıqlar prosesi müsbət nəticə verə bilər və bu ümidi gücləndirən amillər kifayət qədər çoxdur. Bizim siyasi gücümüz, iqtisadi potensialımız, qüdrətli ordumuz var. Gələn il ordu quruculuğuna, ordumuzun inkişafına 5 milyard dollara yaxın vəsait ayrılacaq ki, bu da yoxsul, dilənçi Ermənistanın ümumi büdcəsindən iki dəfədən çoxdur.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapa bilər. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. İşğalçı qüvvələr Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bu, əsas prinsiplərdir. Biz bu prinsiplər əsasında istənilən müqavilənin imzalanmasına hazırıq.

Bu il Azərbaycanda “Sənaye ili” elan edilmişdir. Bildiyiniz kimi, sənaye potensialımız gündən–günə güclənir. Azərbaycan bu istiqamətdə çox böyük uğurlara imza atmışdır və bu sahədə görülən işlər bu il də istisna olmamışdır. Beləliklə, bu il 230-dan çox yeni sənaye müəssisəsi açılmışdır və bu da həm işsizliyin aradan qaldırılmasına, həm də ixrac potensialımızın inkişafına öz müsbət təsirini göstərir. Biz özümüzü əsas ərzaq məhsulları ilə artıq təmin edirik. Eyni mənzərəni tikinti materialları bazarında da görmək istəyirik və biz bu məqsədə çatırıq. Bildiyiniz kimi, icra edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının əsas məqsədi də məhz bundan ibarətdir.

Azərbaycan, eyni zamanda, yüksək texnologiyalara böyük investisiyalar qoyur və bu il bu sahədə yaddaqalan il olmuşdur. Bu il Azərbaycan ikinci peykinə sahib oldu. Noyabr ayında bu peyk Azərbaycana təhvil verildi və beləliklə, bizim indi iki peykimiz var: “Azərspace” və “Azərsky”. “Azərsky” peykinin xüsusiyyəti ondan ibarətdir ki, – dünyada cəmi 20 ölkə belə peyklərə malikdir, – bu peyk yer səthini yüksək dəqiqliklə müşahidə edir. Beləliklə, Azərbaycanın milli maraqları, təhlükəsizliklə bağlı maraqları tam şəkildə təmin olunur, eyni zamanda, kosmik sənayemiz də inkişaf edir.

Korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır. “ASAN xidmət” bu sahədə xüsusi yerə malikdir. Artıq 7 mərkəz yaradılmışdır, 3 milyon 500 min müraciət edilmişdir. “ASAN xidmət” ictimai xidmətlər sahəsində, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə xüsusi rol oynayır. Bu xidmətin yaradılmasından cəmi iki il keçdiyini nəzərə alsaq, görürük ki, biz nə qədər böyük irəliləyişə nail ola bilmişik. Korrupsiya və rüşvətxorluğa qarşı bundan sonra da ciddi mübarizə aparılacaq, həm cəza tədbirləri, inzibati tədbirlər və sistem xarakterli tədbirlər görüləcəkdir.

Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır. Bu il mən Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ilə əlaqədar müvafiq Sərəncam imzalamışam. Dünyada Azərbaycanın nadir rolu yüksək qiymətləndirilir. Azərbaycan sivilizasiyalararası bir körpüdür. Həm coğrafi, həm siyasi, həm bütün başqa cəhətlərdən Azərbaycan nadir bir ölkədir. Bizim təcrübəmiz öyrənilir. Əminəm ki, başqa ölkələrdə Azərbaycan təcrübəsi tətbiq olunduqda o ölkələrdə də dinlərarası, millətlərarası münasibətlər sağlam zəmində öz həllini tapacaqdır.

Bu il sentyabrın 20-də biz “Əsrin müqaviləsi”nin 20-ci ildönümünü qeyd etmişik. Simvolik haldır ki, məhz 2014-cü il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. “Cənub” qaz dəhlizi Avropanın ən böyük infrastruktur layihəsidir. Bu nəhəng transmilli layihənin icrasında Azərbaycan öz liderlik keyfiyyətlərini bir daha nümayiş etdirmişdir. Məhz Azərbaycanın uzun illər ərzində apardığı enerji siyasəti nəticəsində, qətiyyətli siyasət nəticəsində bu böyük layihə artıq reallaşır. “Şahdəniz-2”, TANAP və TAP Azərbaycan üçün nadir və əvəzolunmaz layihələrdir və uzun illər, onilliklər bundan sonra bizim milli maraqlarımızı, iqtisadi və siyasi maraqlarımızı təmin edəcək. Azərbaycan beynəlxalq əməkdaşlıq məsələlərində olduğu kimi, bu layihədə də liderliyi öz üzərinə götürüb və bu missiyanı şərəflə yerinə yetirəcəkdir.

Əziz dostlar, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar haqlı olaraq fəxr edirlər ki, bu gün qüdrətli, müstəqil Azərbaycan dövləti vardır. Müstəqillik bizim üçün ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir. Biz 23 ildir ki, müstəqilik və müstəqil siyasət aparırıq. Milli maraqlar, milli dəyərlər üzərində qurulmuş bu müstəqil siyasət bugünkü Azərbaycan reallıqlarını təmin edir. Bu gün Azərbaycan dinamik, sürətlə inkişaf edən ölkədir. Azərbaycan demokratiya, azadlıq, müstəqillik, tərəqqi, inkişaf yolu ilə uğurla gedən ölkədir. Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar fəxr edirlər ki, bu gün dünya xəritəsində Azərbaycan kimi dövlət var, öz sözünü deyir, deyəcək və bizim uğurlu inkişafımız bundan sonra da təmin ediləcəkdir.

Mən bütün azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm. Hər bir Azərbaycan ailəsinə səadət, xoşbəxtlik, yeni uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!”

Previous Post

Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Next Post

Media rəhbərləri üçün 2014-cü ilin yadda qalan hadisələri… – SORĞU

Bənzər yazılar

Lukaşenko: “Müharibədən qaçmağa çalışırıq, lakin hazır olmalıyıq”

Lukaşenko: “Müharibədən qaçmağa çalışırıq, lakin hazır olmalıyıq”

22 Oktyabr 2026 - 18:04

Qərb istiqamətində müharibə nə Minskə, nə də Moskvaya lazımdır, lakin hər iki ölkə ehtimal olunan münaqişəyə hazır olmalıdır. Elchi.az xəbər...

“Çətindir, heç yatmıram” – Zelenski göz yaşlarına boğuldu

“Çətindir, heç yatmıram” – Zelenski göz yaşlarına boğuldu

22 Oktyabr 2026 - 16:00

Kiyev rejiminin lideri Volodimir Zelenski britaniyalı iş adamı və aparıcı Stiven Bartlettlə müsahibə zamanı göz yaşları töküb. Elchi.az xəbər verir...

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

21 Oktyabr 2026 - 19:53

Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir ki, telefon...

İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

21 Oktyabr 2026 - 17:15

Milan hakimiyyəti gənclərin iğtişaşlar törətdiyi şəhərə 500 hərbçinin göndərilməsini məmnunluqla qarşılayıb. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş fərmana əsasən, onlar həbs etmək...

Next Post

Media rəhbərləri üçün 2014-cü ilin yadda qalan hadisələri... - SORĞU

Media rəhbərləri üçün 2014-cü ilin yadda qalan hadisələri... - SORĞU

Son xəbərlər

Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

22 Oktyabr 2026 - 21:20
Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib

Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib

22 Oktyabr 2026 - 21:18
ABŞ və Danimarka dənizçilik sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar

ABŞ və Danimarka dənizçilik sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar

22 Oktyabr 2026 - 21:16
Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

22 Oktyabr 2026 - 20:14
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub

22 Oktyabr 2026 - 20:13
Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək

Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək

22 Oktyabr 2026 - 20:11
Azərbaycanda texnopark rezidentləri üçün vergi güzəştləri 20 ilədək uzadılıb

Azərbaycanda texnopark rezidentləri üçün vergi güzəştləri 20 ilədək uzadılıb

22 Oktyabr 2026 - 20:09
Çində 7 maqnitudalı zəlzələ olub

Çində 7 maqnitudalı zəlzələ olub

22 Oktyabr 2026 - 19:43
Kəmaləddin Heydərov yeni qərar imzaladı

Kəmaləddin Heydərov yeni qərar imzaladı

22 Oktyabr 2026 - 19:29
MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub

MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub

22 Oktyabr 2026 - 19:08
Bakıda Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib

22 Oktyabr 2026 - 18:51
DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

22 Oktyabr 2026 - 18:37
Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ilk dəfə 1 050 dolları ötüb

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ilk dəfə 1 050 dolları ötüb

22 Oktyabr 2026 - 18:24
Sabahdan Sahil qəsəbəsində ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək

Sabahdan Sahil qəsəbəsində ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək

22 Oktyabr 2026 - 18:16
Lukaşenko: “Müharibədən qaçmağa çalışırıq, lakin hazır olmalıyıq”

Lukaşenko: “Müharibədən qaçmağa çalışırıq, lakin hazır olmalıyıq”

22 Oktyabr 2026 - 18:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.