"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Prezident İlham Əliyev: “Azərbaycan neftdən asılılığı tamamilə aradan götürəcək”

14 Fevral 2016 - 16:06
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Prezident İlham Əliyev:

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirədə iştirak edib.
Tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva da iştirak ediblər.
Panel-müzakirənin aparıcısı Melinda Kreyn tədbirin mövzusunun dünyada iqlim və enerji təhlükəsizliyinə həsr olunduğunu dedi. Daha sonra o, bu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin, bir çox mötəbər qonaqların iştirak etdiyini bildirdi və sözü dövlətimizin başçısına verərək dedi:
-Cənab Prezident, sualıma Sizdən başlamaq istəyirəm. Azərbaycanda səhralaşma, daşqınlar, quraqlıq müşahidə edilir. Uzun müddətdir sərhədyanı münaqişəniz olan Ermənistan ilə əhəmiyyətli su resurslarını paylaşırsınız. Sizcə, iqlim təzyiqi Qafqazda geosiyasi gərginlikləri daha da kəskinləşdirəcəkmi?
Prezident İlham Əliyev: Əlbəttə ki, bu, hamımızın üzləşdiyi bir təhlükədir. Azərbaycana gəlincə, müstəqilliyimizin son 25 ilində atmosferə qaz tullantılarını azalda bilmişik. 1990-cı ildə tullantılar 70 milyon tondan çox təşkil edirdi, indi isə təqribən 50 milyon tondan çoxdur və bu, iqtisadiyyatımızın həmin müddətdə kəskin şəkildə artmasına baxmayaraq, baş verirdi.
Lakin, əlbəttə, çağırışlar və təhlükələr mövcuddur. Bizim üçün əsas təhlükə ondan ibarətdir ki, bizi su ilə təchiz edən əsas çaylarımız mənbəyini qonşu ölkələrdən götürür və xüsusilə Ermənistanda Araz çayının çox ciddi çirklənməsi müşahidə olunur. Bu da bizim hamımız üçün təhlükədir. Çayın çirklənməsinin dayandırılması ilə bağlı etdiyimiz bütün müraciətlərimizə baxmayaraq, əfsuslar olsun ki, Ermənistan bu siyasəti davam etdirir. Sizin də qeyd etdiyiniz kimi, biz iyirmi ildən artıqdır ki, təcavüz və işğaldan əziyyət çəkirik. Ərazilərimizin 20 faizi işğal altındadır. İnsanların əziyyət çəkməsindən savayı, təbiətimiz də əziyyət çəkir. Çünki hər hansı beynəlxalq nəzarət altında olmayan bu ərazilərdə çoxlu qeyri-qanuni fəaliyyətlər, xüsusilə meşələrin qırılması baş verir. Çünki bu ərazilər öz qədim ağac və meşələri ilə çox məşhurdur. İndi isə bu meşələr kommersiya məqsədləri üçün kəsilir.
Biz ağac əkirik. Biz hər il milyonlarla ağac əkirik. Biz qazlaşdırma siyasətini davam etdiririk. Bu gün biz elektrik enerjisinin generasiyası üçün əsasən sudan və qazdan istifadə edirik. Baxmayaraq ki, Azərbaycanın Kioto protokoluna əsasən heç bir öhdəliyi yoxdur, bu, bizim bu işə töhfəmizdir. Biz bu məsələyə çox sadiqiq və müstəqillik illərində fəaliyyətimiz də bu prosesdə etibarlı tərəfdaş olduğumuzu nümayiş etdirir.
Aparıcı: Sualımı qısaca davam etdirmək istəyirəm. Vacib sayılan Kür-Araz hövzəsində su çatışmazlığı perspektivi ilə üzləşmə Azərbaycanı Ermənistan ilə bu resursların müştərək paylaşmasının idarə olunmasında daha da sıx əməkdaşlığa vadar edirmi?
Prezident İlham Əliyev: Əlbəttə, biz işğalı davam etdirən ölkə ilə daha da böyük anlaşmaya malik olmaq istəyirik. Sizə deyə bilərəm ki, bu yaxınlarda – yanvar ayında Avropa Şurasının Parlament Assambleyası qonşu regionlara suyun təchizatında problem törətməsinə görə Ermənistanı pisləyən qətnamə qəbul etmişdir. Parlament Assambleyasında əksəriyyət tərəfindən qəbul edilmiş bu qətnamədə əziyyət çəkən insanlara iztirab verməyə son qoymağa çağırış edilir. Əfsuslar ki, onlar Dağlıq Qarabağ Azərbaycanın hələ de-fakto hissəsi olanda tikilmiş su anbarından mülki əhaliyə problemlər törətmək üçün istifadə edirlər.
Əlbəttə ki, Kür və Araz çaylarından götürülən su bizim üçün çox vacibdir. Buna baxmayaraq, biz dağlarımızdan Bakı şəhərinə su nəql edən boru kəməri tikmişik və regiondan nisbətən az asılıyıq. Lakin yenə də bu, bizim üçün ciddi problemdir. Buna baxmayaraq, bizim Xəzər dənizi kimi böyük su hövzəmiz var. Biz dəniz suyunun irriqasiya məqsədləri və sonradan içməli su kimi istifadə edilməsi üçün onun duzsuzlaşdırılması prosesinə başlamışıq.
Aparıcı: Cənab Prezident, Paris razılaşmasında qeyd edildiyi kimi, Sizin üzərinizə götürdüyünüz iqlim öhdəliklərində enerji sektorunun müasirləşdirilməsi üçün bir neçə amil sadalanmışdı. Əgər ölkəniz Paris razılaşmasının öhdəliklərini həqiqətən də ciddi qəbul edirsə, onda enerji əsaslı iqtisadiyyatı şaxələndirmək üçün hazırda etdiyinizdən daha da çox səylər göstərilməməlidirmi? Zənnimcə, enerji ölkənizin gəlirinin 70 faizini təşkil edir.
Prezident İlham Əliyev: Biz bu məsələnin üzərində işləyirik. Lakin bir məsələni unutmamalıyıq, Azərbaycan müstəqilliyini bərpa edəndə iqtisadiyyat tamamilə məhv edilmişdi, yoxsulluq və durğunluq geniş vüsət almışdı. Odur ki, dünya xəritəsində yerimizi müəyyənləşdirməyin yeganə yolu ölkəmizin inkişafı üçün enerji ehtiyatlarımızdan istifadə etmək idi. Buna görə də müstəqilliyimizi bərpa etdikdən sonra üç ildən daha da az müddətdə – 1994-cü ildə biz dünyanın əsas enerji şirkətlərini Azərbaycana gəlməyə və sərmayə yatırmağa dəvət etdik. O zaman Xəzər dənizi ilk dəfə Amerika və Avropa neft şirkətlərinin birbaşa cəlb edildiyi ərazi olmuşdu. O zaman bizim üçün enerji təhlükəsizliyi və enerji siyasəti müasirləşmək, şaxələnmək və infrastruktura sərmayə yatırmaq yolu idi. Çünki neft satışından əldə etdiyimiz vəsait suveren rifah fondunda saxlanılırdı və eyni zamanda, neftdən asılılığı azaltmaq üçün infrastruktura sərmayə kimi yatırılırdı.
Bu şaxələndirmə siyasətinin nəticəsində indi ümumi daxili məhsulumuzun 70 faizindən çoxu artıq qeyri-neft sektorunun payına düşür. Əlbəttə ki, biz ixrac əməliyyatlarında neft qiymətlərindən asılıyıq. İxracımızın 90 faizini neft və qaz təşkil edir.
İndi isə biz özəlləşdirmə, iqtisadiyyatımızın şaxələndirilməsi və biznes mühitinin yaxşılaşdırılması da daxil olmaqla, neft və qazdan asılılığı azaltmaq üçün irimiqyaslı islahatlar həyata keçiririk. Yeri gəlmişkən, neftin qiymətinin kəskin şəkildə – dörd dəfə ucuzlaşması bizim üçün daha çox texnologiyaya, qeyri-neft iqtisadiyyatına, kənd təsərrüfatına, informasiya-kommunikasiya texnologiyalarına sərmayə yatırmaq baxımından fürsət idi. Növbəti illərdə bütün planlarımızı uğurla həyata keçirə bilsək, qəti əminəm ki, Azərbaycan neftdən asılılığı tamamilə aradan götürəcək.
Qeyd etdiyim kimi, bu yaxınlarda neftin qiymətinin aşağı düşməsi səbəbindən Azərbaycan üçün neftdən sonrakı dövr artıq başlamışdır və biz dünya bazarında təkcə neft və qaz ixrac edən ölkə kimi yox, digər məhsulları ixrac edən ölkə kimi yerimizi tapmalıyıq.
Aparıcı: Maraqlısı odur ki, Sizin iqlim öhdəliklərinizdə tərəfinizdən bəyan olunan məqsədlərə çatmaq üçün əngəl törədəcək əsas potensial məhdudiyyət kimi neftin qiymətinin ucuzlaşması göstərilir.
Prezident İlham Əliyev: Əlbəttə ki, bu, bizim gəlirlərimizə təsir edəcək. Lakin, eyni zamanda, düşünürəm ki, bu, bizi islahatların aparılmasına daha da ciddi sövq edəcək və Azərbaycanın gələcək inkişafı neftin qiymətindən, yaxud da hasilatın həcmindən asılı olmayacaq. Eyni zamanda, biz minlərlə, on minlərlə iş yeri yaradacaq və Avropaya şaxələnmək imkanını verəcək “Cənub” qaz dəhlizi layihəsini həyata keçiririk. Yeri gəlmişkən, Avropa əlavə həcmdə təbii qaz əldə edəcək və həm də istixana effektini yaradan karbon qazının atmosferə tullantısını azaldacaq. Bu enerji təhlükəsizliyi təkcə marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsi layihəsidir və biz istehsalçılara, tranzit və istehlakçı ölkələrə fayda verəcək bir layihədir.
Aparıcı: Uyğunlaşma üzərinə əsas diqqəti cəmləyərək yenə də sualımı Prezident Əliyevə vermək istəyirəm. Ekologiyaya mənfi təsirin aradan qaldırılmasına böyük vəsait yönəldilir. Lakin Azərbaycan kimi ölkələrə kömək etmək üçün uyğunlaşmaya kifayət qədər vəsait ayrılırmı? Fikrimcə, ölkəniz uyğunlaşma üçün tələb olunan xərclərin ən azı 3 milyard avro təşkil etdiyini təxmin edir. Əgər bu rəqəm bundan da artıq deyilsə, Siz sizə lazım olan köməyi əldə edirsiniz?
Prezident İlham Əliyev: Əslində, Azərbaycanın, ümumiyyətlə, siyasəti ondan ibarətdir ki, biz qazandığımızdan daha az xərcləməliyik. Əsas investisiya layihələri, o cümlədən enerji sahəsinə sərmayələr əsasən özümüzün və tərəfdaşlarımızın maliyyə resurslarından qaynaqlanırdı. Buna görə də biz heç bir əsaslı maliyyə dəstəyini gözləmirik.
Son zamanlar Azərbaycanın əsaslı dərəcədə maliyyə resurslarını topladığını nəzərə alaraq hətta neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim iqtisadi inkişafımıza təsir edə bilməmişdi. Ötən il ümumi daxili məhsulumuz 1 faizdən çox artmışdı və qeyri-neft sektorunda 8 faizdən çox artım qeydə alınmışdı. Bu da əsasən şaxələndirmə və qeyri-neft infrastrukturuna investisiyaların yatırılması siyasəti sayəsində mümkün olmuşdur. Ona görə də bu, bizim üçün, əlbəttə ki, regionda ümumi vəziyyət üçün çox vacibdir. Dayanıqlı inkişaf bizim məqsədimiz və hədəfimizdir. İqlim dəyişikliyi məsələsinə gəldikdə isə əvvəldə dediyim kimi, Kioto protokoluna əsasən heç bir öhdəliyimizin olmamasına baxmayaraq, bizim iqtisadi siyasətimiz, bərpa olunan enerji mənbələrinə yatırdığımız investisiyalar, 10-dan çox su elektrik stansiyasının tikilməsi, bütün bunlar bizim verdiyimiz töhfədir.
Yenə də qeyd edirəm ki, əgər tərəfdaşlarımızla birlikdə, məsələn, neft-qaz sahəsinə sərmayə yatırmasaydıq, bu gün bizim elektrik stansiyalarımız Sovet İttifaqı vaxtındakı kimi istismar edilərək maye yanacaqla işləyərdi. Bu gün bütün elektrik stansiyalarımız ya təbii qazla, ya da su ilə işləyir. Beləliklə, bunlar enerji sektoruna yatırılan investisiyalardır və onlar da öz növbəsində atmosferə karbon tullantılarının azalmasına müsbət təsir edir. Bütün bu məsələlər bir-biri ilə bağlıdır və əlbəttə ki, biz bu risklərin idarə edilməsində vacib rol oynamaqda davam edəcəyik.
Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şefçoviç, ABŞ Senatının ətraf mühit və ictimai işlər komitəsinin üzvü Şeldon Uaythaus, “Allianze SE” şirkətinin baş icraçı direktoru, Münxen Təhlükəsizlik Konfransının Məşvərət Şurasının üzvü Oliver Bate, “Green Peace International” təşkilatının sabiq icraçı direktoru Kumi Naydoo iqlim dəyişikliyi ilə bağlı ictimai rəyin yaradılması istiqamətində işlərin görülməsinin vacibliyini bildirdilər. Qeyd olundu ki, iqlim dəyişikliyi təbii sərvətlərə, insanların həyat tərzinə təsir göstərir, belə olan halda insanlar iqlim mühacirlərinə çevrilirlər. Bundan əlavə, dünyada suyun səviyyəsinin artması baxımından insanların təhlükəli ərazilərdə məskunlaşmasının qarşısının alınması ilə bağlı daha çox işlər görülməlidir.
Çıxış edənlər enerji təhlükəsizliyi ilə bağlı fikirlərini bölüşdülər. Sonra müzakirələr aparıldı.
Ermənistanın Xarici İşlər Nazirliyinin əməkdaşı: Mən Ermənistan Xarici İşlər Nazirliyindənəm və sualım Prezident Əliyevədir. Cənab Prezident, Siz Ermənistanı suyun çirkləndirilməsinə və digər ciddi siyasi məsələlərə görə günahlandırırsınız və bununla bağlı bizim Ermənistanda fərqli mövqeyimiz var. Azərbaycanda baş verən hər bir mənfi hala görə Azərbaycanın Ermənistanı günahlandırmasını necə izah edə bilərsiniz? Məsələn, beynəlxalq ictimaiyyət Azərbaycanı insan hüquqları sahəsində vəziyyətə görə tənqid etdikdə Azərbaycan Ermənistanı günahlandırır. Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti Azərbaycanla bağlı ciddi qətnamələr qəbul etdikdə Azərbaycan yenə də Ermənistanı və erməni lobbisini tənqid edir. Hətta Azərbaycanda neft istehsalı azaldıqda “British Petroleum” şirkəti Ermənistanla əlbir olmasına görə tənqid edilmişdi. Cənab Prezident, bütün bu çətin suallara bir cavabın verilməsi daha asan deyilmi?
Prezident İlham Əliyev: Əvvəla, qeyd etmək istəyirəm ki, sizin sualınızda ifadə olunan fikirlər tamamilə səhvdir. Biz Ermənistanı sizin qeyd etdiyiniz səbəblər üzündən günahlandırmırıq. Əvvəla, təkcə Azərbaycan deyil, Ermənistan da Avropa Şurası, Avropa Parlamenti tərəfindən insan hüquqlarının kobud şəkildə pozulmasına, prezident və parlament seçkilərinin saxtalaşdırılmasına və hökumətinizin törətdiyi bir çox digər işlərə görə tənqid edilir.
Biz Ermənistanı işğala görə günahlandırırıq və bunu təkcə biz etmirik. Bunu ən ali beynəlxalq qurum olan BMT Təhlükəsizlik Şurası da edir. BMT Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Biz Ermənistan xalqını yox, Ermənistan hökumətini yalnız azərbaycanlı olduqlarına görə günahsız insanların erməni vandalları tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımına görə günahlandırırıq və bu soyqırımı 10-dan artıq ölkə tərəfindən tanınır. Biz Ermənistanı öz doğma torpaqlarında qaçqına çevrilmiş bir milyon qaçqın və məcburi köçkünlərimizin iztirabına görə günahlandırırıq. Onların 40 mini Dağlıq Qarabağdandır, 750 mini Azərbaycanın digər işğal olunmuş rayonlarındandır, 200 mini isə Ermənistandan qovulmuşdur və etnik təmizləməyə məruz qalmışdır.
Bütün bunlar sizin işğalınızın nəticəsidir. Bu, sizin qonşu ölkəyə qarşı yürütdüyünüz siyasətin nəticəsidir və işğala son qoyulmalıdır. Regionda sülhə nail olmaq üçün birinci şərt Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir.
Aparıcı: Prezident Əliyev, icazə verin müzakirəmizin əvvəlində verdiyim sualın digər tərəfini Sizə ünvanlayım. Bəziləri hesab edir ki, su sahəsində konkret əməkdaşlıq üzərində işin aparılması tərəflərin bir-birinə qarşı etimadını artıra bilər və bəzi digər məsələlərdə daha böyük əməkdaşlığın aparılması istiqamətində atılmış bir addım ola bilər. Sizcə, bu, doğrudurmu?
Prezident İlham Əliyev: Əlbəttə ki, bir aydan da az müddət öncə Strasburqda Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilən qətnamədə bu məsələ üzrə çox vacib elementə diqqət yönəldilir və xüsusilə su resurslarının idarə edilməsi ilə bağlı törətdiyi problemlərə görə Ermənistanın üzərinə məsuliyyət qoyulur. Buna görə, Ermənistan və Azərbaycan arasında əməkdaşlığın qurulması üçün torpaqların işğaldan azad edilməsi prosesinə başlanılmalıdır. Etimadın artırılması üçün ən yaxşı yol torpaqların işğaldan azad olunmasına başlamaqdır. Çünki təkcə tarixən əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ yox, 7 ətraf rayon da tamamilə məhv edilib. İşğal 20 ildən artıqdır ki, davam edir.
Ermənistan status-kvonun dəyişilməz olaraq qalmasını istəyir. Biz isə status-kvonu dəyişmək istəyirik. Beləliklə, birinci addım torpaqların işğaldan azad edilməsidir, sonra isə biz əməkdaşlığa başlayacağıq.
Aparıcı: Çox sağ olun.
Previous Post

Prezident İlham Əliyev: “Azərbaycan neftdən asılılığı tamamilə aradan götürəcək”

Next Post

Hillari Klintonun gizli yazışmaları yayıldı

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Hillari Klintonun gizli yazışmaları yayıldı

Ərdoğan Bakıya yox, Gəncəyə gələcək

Son xəbərlər

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
“Qəbələ” kapitanı ilə yolları ayırdı

“Qəbələ” kapitanı ilə yolları ayırdı

04 İyun 2026 - 18:00
“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.