"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Prezident İlham Əliyev Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi sədrini qəbul edib – YENİLƏNİB

19 İyul 2022 - 11:04
in SİYASƏT
FacebookVatsap

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

Bunu da oxuyun

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

– Sabahınız xeyir. Yadımdadır, sonuncu görüşümüz beş il əvvəl olmuşdur.

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlister:

– Həmin il İslam Həmrəyliyi Oyunları keçirilirdi.

Prezident İlham Əliyev: Bəli, 2017-ci il idi. Çox vaxt keçib. Uzun müddət idi ki, Avropa Parlamentindən nümayəndə heyəti gəlmirdi. Yadımdadır, sonuncu nümayəndə heyəti 2018-ci ildə gəlmişdir. Səmimi desək, mən Azərbaycana səfərinizi planlaşdırdığınızı eşidəndə hətta bir az təəccübləndim. Ola bilsin, səbəb sizə məlumdur. Əməkdaşlığın inkişafı ilə bağlı geniş şəkildə müzakirə etdiyimiz görüş yadımdadır. Lakin, əfsuslar olsun ki, bu, baş tutmadı. Səbəb bizimlə yox, Avropa Parlamentinin bəzi üzvlərinin mövqeyi ilə bağlı idi. Biz həmin mövqeni tamamilə əsassız hesab edirik. Bizə qarşı ittihamlar, təhqirlər səsləndirildi və yalan məlumatlar yayıldı. Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi antiazərbaycan qətnamələrin sayını da yaddan çıxarmışam. Ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir. Xüsusən də Vətən müharibəsindən sonra bir qətnamə qəbul edilmişdir. Bu, ayrıca narahatlıq doğurur, çünki həmin qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad edilir. Bu isə həqiqətə uyğun deyil. Həmin qətnamə bu ilin mart ayında qəbul olunub. Yəni, müharibə bitəndən il yarım sonrakı vaxta təsadüf edir.

Müharibə bitəndən sonra səfirliklərin nümayəndələri, siyasətçilər, Avropanın bəzi ölkələrinin parlament sədrləri, jurnalistlər tərəfindən çoxsaylı səfərlər olub. Onların hamısı Azərbaycanın mədəni irsinin tamamilə məhv edilməsinin şahidi olmuşlar. Onlar hər hansı erməni mədəni irsinin dağıdılmasını görmədilər. Əksinə, erməni mədəni irsi həm Bakıda, həm də Qarabağda mühafizə olunur. Bununla belə, işğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən dağıdılmışdır. Bu barədə heç bir söz belə deyilmir. Onlar məscidlərimizdə donuz və inək saxlayırdılar, şəhərlərimizi və kəndlərimizi yerlə-yeksan ediblər.

Hazırda biz səfərlər təşkil edirik və Azərbaycanın hər bir vətəndaşı Şuşanı, Füzulini və Ağdamı ziyarət edə bilər. Hər kəs erməni vandalizminin, barbarlığının miqyasını görə bilər. Belə şəraitdə Azərbaycanı heç vaxt etmədiyimiz məsələlərdə ittiham edən Ermənistanın və ermənilərin ərazilərimizdə törətdiyinə göz yuman birtərəfli qətnamənin qəbul edilməsi tamamilə qəbulolunmazdır. Əfsuslar olsun, bu, baş verdi. Bilirəm ki, nümayəndə heyətinizin bir çox üzvləri həmin qətnamənin lehinə səs veriblər. Bu isə tamamilə əks-nəticə verən addımdır. Birincisi, bu, yalandır və uydurulmuş faktlara, böhtan və iftiralara əsaslanır. İkincisi, bu o qədər böyük əhəmiyyət kəsb etmir. Çünki siz yəqin bilirsiniz ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yaxşı tarixi var və xüsusilə hazırda əlaqələr çox uğurla inkişaf edir.

Siz Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin dünənki səfəri haqqında yəqin məlumatlısınız. Bizim çox yaxşı müzakirələrimiz oldu. Bu, Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin əhəmiyyətini bir daha vurğulayır. Eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə fəal şəkildə cəlb olunub. O, artıq Ermənistan və Azərbaycan rəhbərlərinin və özünün iştirakı ilə üç üçtərəfli görüşə ev sahibliyi edib. Beləliklə, bu, çox müsbət kontekstdir. Lakin bunu nəzərə alaraq, biz Avropa Parlamentinin hərəkətlərini başa düşə bilmirik. Əslində, Avropa Parlamenti Ermənistan parlamenti ilə müqayisədə Azərbaycana qarşı daha çox aqressivdir. Bəzən elə gəlir ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir və ya ola bilsin, bəzi erməni lobbi qruplarının onların üzərində müəyyən təsiri var. Əks halda, bunu başa düşmək çox çətindir. Təəccübləndiyimi deyəndə mən məhz bunu nəzərdə tuturdum.

Cənab MakAlister, Sizi görməyə çox şadam. Mən bizim görüşümüzü xatırlayıram. Bilirəm ki, siz bu qətnamənin lehinə səs verməmisiniz. Lakin əfsuslar olsun ki, bir çox Avropa parlamentariləri heç bir əsas olmadan bizi hücuma məruz qoyublar. Beləliklə, vəziyyət belədir. Biz real dünyada yaşayırıq, bu, bizim seçimimiz deyil. Siz mənim mövqeyimi bilirsiniz. Mənim mövqeyim 2017-ci ildə sonuncu görüşümüzdən bəri dəyişməyib. Biz Avropa ilə yaxın münasibətlər qurmaq istəyirik və bizim bütün etdiklərimiz, o cümlədən indicə qeyd etdiyim əməkdaşlığın nəzərəçarpan əlamətləri bunu nümayiş etdirir. Lakin Avropa Parlamenti belə bir yol seçməyi düşünürsə, bu, onların seçimidir. Amma onlar parlamentin bəzi üzvlərinin cəhdlərinə baxmayaraq, Avropanı Azərbaycandan və Azərbaycanı Avropadan təcrid etməyin mümkün olmadığını bilməlidirlər.

Yəqin ki, bu, mənim giriş nitqimin sonu olacaq. Düşünürəm ki, bu, zəruridir. Çünki mən səfərinizin indi – bu səhər başladığını bilirəm və özümü sanki heç nə baş verməyib kimi aparmaq istəmirəm. Baş verib, çox ciddi və bizi narahat edən məsələ baş verib. Buna görə də mən sizi özümün və Azərbaycan xalqının mütləq əksəriyyətinin baxışları haqqında məlumatlandırmağı qərara aldım. Onlar torpaqlarımızı özümüzün azad etməyimizdən, cəsur əsgərlərimizdən, Vətən uğrunda canından keçənlərdən, azərbaycanlı olmaqdan, işğala son qoyan, ədaləti, milli ləyaqətini bərpa edən və indi uğurla inkişaf edən xalqın nümayəndələri olmaqdan qürur hissi keçirirlər.

x x x

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlister:

– Cənab Prezident. Bizi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Bu, bizim üçün böyük şərəfdir. Söhbətimizin əvvəlində səmimi sözlərinizə görə də təşəkkür edirəm. Bizim nümayəndə heyətinə parlamentin altı üzvü daxildir. Cənubi Qafqaza səfərimiz bütün həftə boyu davam edəcək. Azərbaycana səfərdən sonra biz Gürcüstana, daha sonra isə Ermənistana səfər edəcəyik.

Cənab Prezident, Avropa Parlamentindən olan həmkarlarımı Sizə təqdim etmək istəyirəm. Avropanın Mühafizəkarlar və İslahatçılar Qrupundan olan xanım Assita Kankodur. Həmçinin Yaşıllar Qrupunu təmsil edən Viola Fon Kramon var. Masanın digər tərəfində Sosialist və Demokratların Proqressiv İttifaqının üzvü cənab Sven Vikser, masanın sonunda Demokratlar Qrupunun nümayəndəsi cənab Mariani əyləşib. Bu isə ölkənizdə Avropa İttifaqını təmsil edən, Sizin tanıdığınız səfir Piter Mixalkodur.

Buraya gəlişimiz bizim Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərə verdiyimiz əhəmiyyətin göstəricisidir. Bu münasibətlər hazırkı tarixi dəyişiklik dönəmində özünü daha aşkar şəkildə büruzə verir.

Cənab Prezident, fürsətdən istifadə edərək dünən Avropa Komissiyasının Prezidenti xanın Ursula Fon der Lyayenin ölkənizə səfəri ilə bağlı təəssüratlarınızı öyrənmək istərdik.

x x x

Dövlət başçısı Avropa İttifaqı Komissiyasının Prezidenti xanım Ursula von der Leyenin Azərbaycana səfərinin əhəmiyyətinə toxunub və səfərin nəticələrini müsbət qiymətləndirib. Prezident İlham Əliyev səfər əsnasında Ursula von der Leyen ilə enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını vurğulayıb.

Dövlət başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə aparılan danışıqlar prosesinə toxunub və Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyini qonaqların diqqətinə çatdırıb.

Söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi və bu xüsusda Avropa İttifaqının bütün institutları ilə qarşılıqlı anlaşma şəraitində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

***

10:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Previous Post

Prezident İlham Əliyev Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi sədrini qəbul edib – YENİLƏNİB

Next Post

FHN: Ötən sutka ərzində 135 yanğına çıxış olub, 11 nəfər xilas edilib

Bənzər yazılar

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08

Azərbaycanın Bəhreynə təyin olunmuş səfiri Cavidan Hüseynov etimadnaməsinin surətini Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyaniyə təqdim edib. Elchi.az...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

03 İyun 2026 - 19:10

Bu gün tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri...

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

03 İyun 2026 - 18:56

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar...

Aİ-nin Azərbaycan nümayəndəliyi: İkitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib

Aİ-nin Azərbaycan nümayəndəliyi: İkitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib

03 İyun 2026 - 18:31

Avropa İttifaqı (Aİ) və Azərbaycan tərəfdaşlığın 30 illiyini qeyd etdiyi bir vaxtda "Tərəfdaşlıq Prioritetləri" sənədinin mətnini ilkin olaraq yekunlaşdırıb və...

Next Post
Salyanda yaşayış binasında yanğın: Sakinlər təxliyə olundu

FHN: Ötən sutka ərzində 135 yanğına çıxış olub, 11 nəfər xilas edilib

Salyanda yaşayış binasında yanğın: Sakinlər təxliyə olundu

FHN: Ötən sutka ərzində 135 yanğına çıxış olub, 11 nəfər xilas edilib

Son xəbərlər

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

04 İyun 2026 - 16:56
“Bayer”də yeni baş məşqçi

“Bayer”də yeni baş məşqçi

04 İyun 2026 - 16:48
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Aİ Çin şirkətlərini hədəf alıb

Aİ Çin şirkətlərini hədəf alıb

04 İyun 2026 - 16:32
Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

04 İyun 2026 - 16:24
“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

04 İyun 2026 - 16:17
Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

04 İyun 2026 - 16:10
Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

04 İyun 2026 - 16:03
Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.