Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə başsağlığı verib.
Başsağlığı məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
Abadan şəhərində onmərtəbəli binanın çökməsi nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”.
Bakıda Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin görüşü keçirilir
Hazırda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili arasında...




















Son şərhlər