"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Prezident: “İdmançıların problemləri ilə daim maraqlanıram”

29 Sentyabr 2017 - 16:57
in SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

“Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən biri kimi özünü təsdiqləyib. Biz keçən ili Azərbaycanda “Multikulturalizm İli” elan etmişdik. Bu il isə “İslam Həmrəyliyi İli”dir. Bu iki təşəbbüs arasında sıx bağlılıq var. Yəni, biz, bu təşəbbüslə göstəririk və bildiririk ki, dünyada bütün məsələlər qarşılıqlı anlaşma, əməkdaşlıq şəraitində öz həllini tapmalıdır”.

Elchi.az məlumatına görə, bunu Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan 2008-ci ildə “Bakı prosesi”nə start verdi və bu gün “Bakı prosesi” BMT tərəfindən dəstəklənən çox geniş bir hərəkatdır: “Məhz 2008-ci ildə Azərbaycan Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etmişdi. Beləliklə, birinci dəfə hər iki təşkilat bir yerdə toplantı keçirmişdir. “Bakı prosesi” o gündən bu günə qədər çox böyük məsafə qət etmişdir və bu gün beynəlxalq aləmdə çox yüksək qiymətləndirilir. Yəni, idman ictimai həyatın önəmli amili kimi, əlbəttə, bundan sonra da öz rolunu oynayacaq. Azərbaycan idman yarışlarını keçirərkən, əlbəttə, eyni zamanda, bu məqsədi də güdür ki, idmançılar arasında, xalqlar arasında, ölkələr arasında münasibətlər qarşılıqlı etimad və hörmət əsasında qurulsun.

Bugünkü mərasim mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki mən iyirmi ildir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyət göstərirəm. 1997-ci ildə Azərbaycan idman ictimaiyyəti bu etimadı mənə göstərib. Hesab edirəm ki, mən bu şərəfli missiyanı bu günə qədər icra edirəm. Baxmayaraq ki, o vaxtdan altı il sonra mən ölkə Prezidenti seçilmişəm. Əlbəttə ki, mənim məsuliyyətim böyük dərəcədə artıb. Ancaq Milli Olimpiya Komitəsinin prezidenti kimi mən çalışıram ki, idmanın inkişafı ilə bağlı bütün məsələlərə diqqət yetirim. İdmançıların bütün yarışları demək olar ki, diqqət mərkəzindədir. Mən o yarışları imkan daxilində izləyirəm. İdmançıların qayğıları, problemləri ilə daim maraqlanıram. Mənim həyatımın iyirmi ili artıq Olimpiya Hərəkatına, idmana həsr edilib”.

İlham Əliyev deyib ki, Azərbaycanda dövlət və ictimai təşkilatlar idmançıların məişət problemlərinin həllində də fəal iştirak edirlər. Hər il ilin yekunlarına görə, iyirmidən çox görkəmli idmançıya dövlət tərəfindən mənzillər, digər mükafatlar, təqaüdlər verilir: “Yəni, biz daim çalışırıq ki, idmançılarımızı dəstəkləyək. Çünki bu gün idman Azərbaycanda, bizim cəmiyyətimizdə çox önəmli ictimai amilə çevrilib. İdmançı olmaq çox şərəfli peşədir. İdmançılara cəmiyyətdə hörmət böyükdür. Onu da qeyd etməliyəm ki, bizim idmançılarımız həm idman yarışlarında, həm məişətdə özlərini ləyaqətlə aparırlar. İdmançılar, onların uğurları, onlara dövlət tərəfindən verilən qiymət və dəstək əlbəttə ki, uşaqları da idman bölmələrinə cəlb edir. Çünki uşaqlar da görürlər ki, əgər sən idmanda böyük uğur qazanarsansa, onda həm xalq, həm dövlət səni yüksək qiymətləndirəcək.

Beləliklə, bu gün Azərbaycanda yeniyetmə, uşaq idmanı da uğurla inkişaf edir. Qeyd etdiyim kimi, bütün bölgələrdə idmanla məşğul olmaq üçün gözəl şərait var. Bizim çempionlarımızın uğurlu çıxışları, onların qələbələri gəncləri də, uşaqları da əlbəttə ki, idmana cəlb edir. Hər dəfə bizim idmançılarımız beynəlxalq yarışlarda bayrağımızı qaldıranda hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq qürur hissi keçirir. Bu qələbələrə, bu qələbə sevincini xalqımıza bəxş etdiklərinə görə Azərbaycan idmançılarına bir daha minnətdarlığımı bildirmək istəyirəm.

Çıxışımın sonunda bir məsələyə də toxunmaq istərdim. Bu gün biz Azərbaycanda idman uğurlarımıza bir növ öyrəşmişik. Bəziləri elə hesab edirlər ki, elə də olmalıdır. Biz gərək keçmişə də baxaq, müqayisə də edək və görək ki, əgər medalların sayına görə o qədər də böyük ölkə olmayan, əhalisi o qədər də böyük olmayan Azərbaycan Rio Olimpiya Oyunlarında 14-cü yerə layiq görülürsə, bu, doğrudan da tarixi nailiyyətdir. Bizim həmişə güclü idmançılarımız olub. Sovet vaxtında da Azərbaycan nümayəndələri xalqımızı SSRİ yığma komandalarında ləyaqətlə təmsil ediblər. Ancaq əlbəttə ki, indiki nailiyyətlərlə o vaxtkı nailiyyətlər müqayisəedilməz dərəcədə fərqlənir.

Bu gün biz müstəqil dövlət kimi medalların sayına görə dünya miqyasında 14-cü yerdəyik. Bu, nəyin hesabına mümkün olub? Əlbəttə, görülən işlər, apardığımız siyasət hesabına – bu barədə mən artıq öz fikirlərimi bildirdim. Mən görülən işlərin bir hissəsini qeyd etdim. Amma əsas səbəb və bunun əsas qaynağı bizim müstəqilliyimizdir. Biz 26 ildir ki, müstəqil ölkə kimi yaşayırıq, öz taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı, onun iradəsi bu gün bizim siyasətimizi şərtləndirir. Müstəqil siyasət aparan müstəqil Azərbaycan bütün başqa sahələrdə olduğu kimi, o cümlədən idman sahəsində də bu uğurlara imza atıb”.

Dövlət başçsısı qeyd edib ki, bir neçə gün bundan əvvəl dünyanın aparıcı iqtisadi qurumu olan Davos Dünya İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinin indeksini açıqlayıb. Azərbaycan il ərzində iki pillə irəli gedərək 37-ci yerdən 35-ci yerdə qərarlaşıb. Bu da MDB məkanında birinci yerdir: “Yəni, 140-a yaxın ölkənin iqtisadiyyatları təhlil edilib. Onların arasında Azərbaycan – gənc müstəqil dövlət 35-ci yerdədir. Bu, nəyin hesabına mümkün olub? Düşünülmüş siyasət hesabına, xalq-iqtidar birliyi hesabına. Bunun təməlində bizim müstəqilliyimiz dayanır. Müstəqilliyimiz ən böyük xoşbəxtliyimizdir, ən böyük sərvətimizdir. Bu gün medallar qazanan, idman şöhrətimizi dünyada artıran idmançılarımızın böyük əksəriyyəti müstəqillik dövründə doğulub, onların hamısı müstəqillik dövründə formalaşıb. Azərbaycan bundan sonra da müstəqillik yolu ilə uğurla gedəcək. Bizim gələcəkdə idman uğurlarımız daha da çox olacaq. Bütün idmançıları əldə edilmiş qələbələr münasibətilə təbrik edirəm və yeni qələbələr, uğurlar arzulayıram”.

Previous Post

Prezident: “İdmançıların problemləri ilə daim maraqlanıram”

Next Post

Millimizin Almaniya ilə oyun üçün heyəti açıqlandı — SİYAHI

Bənzər yazılar

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

06 Oktyabr 2026 - 19:04

XX əsr bəşəriyyətə ideyaların dövlətlər üçün nə qədər böyük qurucu gücə malik olduğunu, eyni zamanda milyonlarla insanın həyatı üçün ölçüyəgəlməz...

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

06 Oktyabr 2026 - 18:58

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın ölkəmizə yeni təyin olunmuş səfiri Qiorqi Zakaraşvilini qəbul edib. Elchi.az xəbər...

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

06 Oktyabr 2026 - 18:41

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov İsrailin Bakıdakı səfiri Ronen Kraus ilə mina təhlükəsi ilə mübarizədə...

Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

06 Oktyabr 2026 - 18:33

Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl Yəhya ilə görüşüb. Bu barədə Elchi.az-a...

Next Post

Millimizin Almaniya ilə oyun üçün heyəti açıqlandı — SİYAHI

Millimizin Almaniya ilə oyun üçün heyəti açıqlandı — SİYAHI

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.