"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Prezident Gəncə Memorial Kompleksinin açılışında…

27 Sentyabr 2025 - 14:39
in GÜNDƏM, MANŞET
FacebookVatsap

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.

Bunu da oxuyun

Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

Süni intellekt mütəxəssisləri: İnkişaf tempini yavaşladın

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

Elchi.az xəbər verir ki, əvvəlcə dövlət başçısı memorial lövhənin qarşısına əklil qoyub.

Azərbaycan Prezidenti Anım Günü ilə əlaqədar Gəncə Memorial Kompleksində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlət başçısına kompleks barədə ətraflı məlumat verib.

Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında təməlini qoyduğu bu kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.

Bu ilin martında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qızları Leyla və Arzu Əliyeva ilə birlikdə layihə ilə tanış olub, avqust ayında isə Prezident İlham Əliyev və birinci xanım kompleksdə görülən işlərin gedişinə baxış keçiriblər.

Xatırladaq ki, cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Gəncə şəhəri Vətən müharibəsi dövründə oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələrinin “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket sistemlərindən atəşə məruz qalıb. Bu amansız hücumlar nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs həyatını itirib, 142 dinc sakin isə yaralanıb.

Bildirildi ki, Memorial məhz həmin zərbələrdən birinin endirildiyi ərazidə – yaşayış binalarının yerində inşa olunub və 4 hektar sahəni əhatə edir. Orijinal memarlıq həlli ilə seçilən abidə spiralvari forması ilə raketin yerdə buraxdığı iz – krateri simvolizə edir. Kompleksin açıq meydanında isə dağıdılmış binaların qalıqları xüsusi instalyasiya şəklində qorunub saxlanılıb.

Aypara formalı ikimərtəbəli binanın ümumi sahəsi 2400 kvadratmetrdir. Birinci mərtəbədə muzey ekspozisiyası, ikinci mərtəbədə isə seminar, təlim və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş çoxfunksiyalı zal yerləşir.

Muzeydə “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və “İşıqlı gələcəyə doğru” mövzularına həsr olunmuş zallar fəaliyyət göstərir.

Ekspozisiya ziyarətçilərə əvvəlcə XX əsrin əvvəllərində baş verən faciələri, o cümlədən 1918-ci ilin mart soyqırımını tarixi faktlarla təqdim edir. Burada, həmçinin 1948–1953-cü illərdə soydaşlarımızın Qərbi Azərbaycandan kütləvi deportasiyası əks etdirilib. İnteraktiv bölmədə arxiv materialları, tarixi sənədlər və dağıdılmış mədəni irs nümunələri ilə tanış olmaq mümkündür.

Növbəti bölmələrdə 1987–1994-cü illərdə Azərbaycan xalqının üzləşdiyi etnik təmizləmə cinayətləri, dinc əhaliyə qarşı törədilmiş soyqırımlar və sistemli qırğınlar haqqında məlumatlar yer alıb. Muzeyin ayrıca hissəsi isə müasir dövrdə – atəşkəs illərində, Vətən müharibəsi günlərində və ondan sonrakı mərhələdə mülki əhalinin məqsədli şəkildə hədəfə alınması faktlarına həsr olunub.

Ekspozisiyanın son hissəsi uzun illər davam edən haqsızlıqlara baxmayaraq, mübarizliyini qoruyan Azərbaycan xalqının əzmkarlığının və qələbə əzminin təntənəsinə həsr olunub.

Sonra Prezident İlham Əliyevin Gəncə Memorial Kompleksində şəhər sakinləri ilə səmimi görüşü olub.Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Previous Post

Türkiyə Prezidenti: Qarabağ sonsuzadək Azərbaycandır

Next Post

Prezident Gəncə şəhər stadionunun açılışında – Foto

Bənzər yazılar

Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

29 İyul 2026 - 16:00

Rusiya tarixi irsi, iqtisadi potensialı və öz tarixinə olan hörməti sayəsində misli görünməmiş sanksiya təzyiqinə uğurla sinə gərir. Elchi.az xəbər...

Süni intellekt mütəxəssisləri: İnkişaf tempini yavaşladın

Süni intellekt mütəxəssisləri: İnkişaf tempini yavaşladın

29 İyul 2026 - 11:38

Aparıcı Süni İntellekt və texnologiya şirkətlərinin 1000-dən çox yüksək vəzifəli işçisi və tədqiqatçısı ABŞ hökumətini təhlükəsizlik və nəzarət mexanizmlərinin inkişaf...

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

28 İyul 2026 - 22:48

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb. Bu barədə Elchi.az - a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki,...

Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

28 İyul 2026 - 17:10

Amerika Prezidenti Donald Tramp İrandakı Nətənz yaxınlığında yerləşən və ABŞ-də "Kirka" adlandırılan Kolanq Qaz-La dağı altında gizlədilən ehtimal olunan yeni...

Next Post
Prezident Gəncə şəhər stadionunun açılışında – Foto

Prezident Gəncə şəhər stadionunun açılışında - Foto

Nazir dərslikləri pulla satan müəllimlərdən danışdı

Nazir dərslikləri pulla satan müəllimlərdən danışdı

Comments 5

  1. Ramin Sadıqov says:
    10 ay ago

    Bu gözəl xəbərdir ki, Prezidentimiz Gəncə Memorial Kompleksinin açılışında iştirak edib. Şəhidlərimizin xatirəsinə göstərilən bu hörmət çox təsirlidir. Belə bir kompleksin tikilməsi Vətən müharibəsi qəhrəmanlarımızı unutmayacağımızı göstərir. Hamıya başsağlığı diləyirəm.

    Cavabla
  2. Şahin Qasımov says:
    10 ay ago

    Prezidentimizin Gəncədə Anım Günündə bu möhtəşəm memorial kompleksi açması çox təsirlidir. Vətən müharibəsi şəhidlərimizin xatirəsini əbədiləşdirmək və bu hadisələri unutmamaq üçün böyük addımdır. Bu kompleks, gələcək nəsillərə müharibənin dəhşətlərini və qəhrəmanlarımızın şücaətini çatdıracaq. Çox gözəl düşünülmüş bir layihədir.

    Cavabla
  3. Aysel Zeynalova says:
    10 ay ago

    Prezidentimiz İlham Əliyevin Gəncə Memorial Kompleksinin açılışında iştirak etməsi çox sevindiricidir. Bu, şəhidlərimizin əziz xatirəsinə verilən böyük dəyərin göstəricisidir. Belə bir memarlıq abidəsinin yaradılması, müharibənin dəhşətlərini unutmamaq üçün çox əhəmiyyətlidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

    Cavabla
    • Sevil Quliyeva says:
      10 ay ago

      Prezidentimiz İlham Əliyevin Gəncə Memorial Kompleksinin açılışında iştirak etməsi çox sevindiricidir, bu, şəhidlərimizin xatirəsinə verilən dəyərin əsl göstəricisidi. Şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün belə bir möhtəşəm abidənin yaradılması çox əhəmiyyətlidi, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Kompleks müharibənin dəhşətlərini unutmamaq üçün çox vacibdir.

      Cavabla
  4. Şahnaz Məmmədli says:
    10 ay ago

    Əla bir xəbərdi, Prezidentimiz İlham Əliyev Anım Günündə Gəncədə bu önəmli kompleksi açıb. Şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaq. Bu möhtəşəm layihə Vətən müharibəsinin acılarını unutmamağımız üçün gözəl bir xatırlatmadır. Prezidentimizin bu cür addımları bizləri çox sevindirir.

    Cavabla

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Qeyri-neft sektoru üzrə ixrac 16,9% artıb

Qeyri-neft sektoru üzrə ixrac 16,9% artıb

29 İyul 2026 - 16:27
Medianın İnkişafı Agentliyi və BMTM yenidən təşkil olunur – SƏRƏNCAM

Medianın İnkişafı Agentliyi və BMTM yenidən təşkil olunur – SƏRƏNCAM

29 İyul 2026 - 16:15
Yol hərəkəti ilə bağlı bəzi qanunlarda dəyişiklik ediləcək

Yol hərəkəti ilə bağlı bəzi qanunlarda dəyişiklik ediləcək

29 İyul 2026 - 16:06
Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

29 İyul 2026 - 16:00
Azərbaycanın ən çox ziyarət edilən qoruq və muzeyləri açıqlandı

Azərbaycanın ən çox ziyarət edilən qoruq və muzeyləri açıqlandı

29 İyul 2026 - 15:53
Qarabağ Universitetində təhsil almaq istəyənlərə ŞAD XƏBƏR

Qarabağ Universitetində təhsil almaq istəyənlərə ŞAD XƏBƏR

29 İyul 2026 - 15:30
Əhali kartla daha çox ödəniş edir

Əhali kartla daha çox ödəniş edir

29 İyul 2026 - 15:14
Süni intellekt məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir – ŞƏRH

Süni intellekt məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir – ŞƏRH

29 İyul 2026 - 15:13
BMT-dən yeni epidemiya təhlükəsi barədə XƏBƏRDARLIQ

BMT-dən yeni epidemiya təhlükəsi barədə XƏBƏRDARLIQ

29 İyul 2026 - 15:00
Mənzil alanların diqqətinə: Çıxarışdakı kvadratmetr niyə az görünür?

Mənzil alanların diqqətinə: Çıxarışdakı kvadratmetr niyə az görünür?

29 İyul 2026 - 14:52
Dənizdə batan 4 nəfər AXTARILIR

Dənizdə batan 4 nəfər AXTARILIR

29 İyul 2026 - 14:45
Bakıda 2 avtobusun marşrut xətti dəyişdirilir

Bakıda 2 avtobusun marşrut xətti dəyişdirilir

29 İyul 2026 - 14:36
ÇL: Bu gün daha 8 oyun var

ÇL: Bu gün daha 8 oyun var

29 İyul 2026 - 14:27
Tək oğullara hərbi xidmətdə hansı güzəştlər veriləcək?

Tək oğullara hərbi xidmətdə hansı güzəştlər veriləcək?

29 İyul 2026 - 14:18
“Ukrayna İrandan QİSAS ALIR!” – Sıradakı hədəf hansı ölkədir?

“Ukrayna İrandan QİSAS ALIR!” – Sıradakı hədəf hansı ölkədir?

29 İyul 2026 - 14:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.