"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Prezident Bakı dərin özüllər zavodunda… – Yenilənib

13 Dekabr 2022 - 14:03
in SİYASƏT
FacebookVatsap

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

Bunu da oxuyun

Dövlət başçısı Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib

Elchi.az xəbər verir ki, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Azərbaycan Dövlət Neft Şirkətinin – SOCAR-ın prezidenti Rövşən Nəcəf dövlətimizin başçısına layihə üzrə görülən işlər barədə məlumat verdilər, videoçarx nümayiş olundu.

Bildirildi ki, “Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə yekun investisiya qərarı 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. Dəyəri 6 milyard dollar olan layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində, ümumilikdə, 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.

Bu layihə çərçivəsində dənizdə suyun dərinliyi təxminən 140 metr olan sahəsində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında 48 şaxtadan ibarət yeni hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə, həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG “Faza 2” sualtı ixrac kəmərlərinə qoşulacaq.

“Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun çəkisi 16 min ton, hündürlüyü 153 metrdir. Bu qurğuya biri suvurma, biri neft ixracı, biri də qaz ixracı üçün nəzərdə tutulmuş üç dik boru daxildir. Dayaq bloku suyun 137 metr dərinliyində quraşdırılacaq.

BP-nin regional prezidenti Qəri Counz dedi: Bu, hər iki tərəfdə yerləşən nəhəng çənlərin idarəetmə modullarıdır. Hər tərəfində belə üç çən var. Olduqca nəhəng qurğudur.

Prezident İlham Əliyev: Bəli, həqiqətən də möhtəşəmdir. Video çox əhatəli idi. Sıfırdan nəhəng infrastruktur qurğusu yaradılıb.

Qəri Counz: Burada – zavodda gördüyünüz hər şey poladdan hazırlanıb.

Prezident İlham Əliyev: Bəli, bu da ən böyük nailiyyətlərdən biridir. Çünki başlanğıcda bu, heç də belə deyildi. Lakin bir müddət sonra bütün inşaat işləri burada həyata keçirildi. Bu, əhəmiyyətli nailiyyətdir. Bundan başqa, bir neçə gün əvvəl “Akademik Xoşbəxt Yusifzadə” tankerini istismara verərkən, biz faktiki olaraq bütün gələcəyimizə, neft-qaz layihələrinə mühüm töhfə vermiş bu ərazinin, zavodun keçmişi ilə bağlı xatirələrimizi bölüşdük. Çünki əgər o, 1970-1980-ci illərin sonunda yaradılmasaydı, hasilata başlamaq daha çox vaxt aparardı.

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə: Bəli, burada dərin özüllər zavodu Heydər Əliyevin sayəsində tikildi. O, olmasaydı, zavodu burada tikməyəcəkdilər.

Qəri Counz: Görüləcək çox iş var. Bilirsiniz ki, biz “Şahdəniz”də də dərində qazma işləri aparırıq. Çox maraqlıdır. Növbəti 30 il bəlkə də son 30 ildən daha da maraqlı olacaq.

Prezident İlham Əliyev: Bəli, xüsusilə beynəlxalq bazarlarda təbii qaza olan böyük tələbatı nəzərə alsaq, bu, düşünürəm ki, əsl vaxtında olacaq. Əlbəttə ki, potensialımıza dair böyük gözləntilər var. Biz həmişə bilirdik bizim nə qədər ehtiyatımız var. Ümid edirəm ki, qazmaya başlayanda “Azəri-Çıraq-Günəşli”də olduğu kimi, bu yataq da böyüyəcək. Praktik nəticələr ilkin proqnozdan ən azı iki dəfə artıq oldu. Bütün infrastrukturun, daşıma infrastrukturunun hazır olduğunu nəzərə alaraq hesab edirəm ki, mümkün olduğu qədər çox hasil etmək üçün səy göstərmək baxımından, Azərbaycan xalqına və beynəlxalq tərəfdaşlarımıza xidmət göstərmək üçün bu, həqiqətən də tarixi fürsətdir.

Qəri Counz: Bu, bizim məqsədimizdir.

Rövşən Nəcəf: Tərəfdaşlarla müzakirə etdiyimiz ideya ondan ibarət idi ki, tərəfdaş olmaq sadəcə mənfəət və xərclərin bölüşməsi deyil. Eyni zamanda, bilik və yeni texnologiyaların mübadiləsidir. Ona görə biz daha yaxşı nəticə əldə etmək üçün yeni mütəxəssisləri, yeni fikirləri və yenilikləri bir araya gətiririk.

Sonra Prezident İlham Əliyev, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə və BP-nin regional prezidenti Qəri Counz dayaq blokunun dənizə yola salınmasını bildirən düyməni basdılar.

Prezident İlham Əliyev: Bizim daha bir vacib mərasimimiz var. Qəri Counz təqribən iki ay yarım əvvəl “Dostluq” ordeni ilə təltif edilib. Hesab edirəm ki, bu gün həmin ordeni təqdim etmək üçün ən yaxşı fürsətdir.

Qəri Counz: Cənab Prezident, bu, mənim üçün gözlənilməz oldu. Sizə çox təşəkkür edirəm.

Prezident İlham Əliyev: Siz buna həqiqətən layiqsiniz. Bu, sizin Azərbaycanın neft-qaz sənayesinin inkişafına verdiyiniz mühüm töhfəniz, dostluğunuz və Azərbaycanın yaxşı sakini olduğunuza görədir. Siz demək olar ki, vətəndaşımızsınız və xalqımızın təməl ehtiyaclarını anlayırsınız. Bizimlə Şuşaya səfər etdiyinizə və bütün heyətinizin gördüyü işlərə görə sizi məmnuniyyətlə təltif etdim. Təltif sentyabrın 19-da olub, ancaq mən fürsət gözləyirdim və zənnimcə, bu gün əla gündür. Bu nəhəng qurğunun önündə sizə bu ordeni təqdim edirəm.

Qəri Counz: Çox təşəkkür edirəm. Bu, mənim üçün böyük şərəfdir. Şəxsən öz adımdan və bütün BP heyəti adından Sizə minnətdarlığımı bildirirəm.

Prezident İlham Əliyev “Dostluq” ordenini BP-nin regional prezidenti Qəri Counza təqdim etdi.

Previous Post

Prezident Bakı dərin özüllər zavodunda… – Yenilənib

Next Post

Prezident Qəri Counza “Dostluq” ordenini təqdim etdi – Foto

Bənzər yazılar

Dövlət başçısı Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

Dövlət başçısı Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10 Noyabr 2026 - 11:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Karol Navrotskiyə başsağlığı məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli...

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

10 Noyabr 2026 - 11:50

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Elchi.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab...

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib

10 Noyabr 2026 - 10:19

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim...

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

09 Noyabr 2026 - 18:00

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş konfrans keçirilib. Tədbirdə Türkiyə və Pakistanın...

Next Post
Prezident Qəri Counza “Dostluq” ordenini təqdim etdi – Foto

Prezident Qəri Counza “Dostluq” ordenini təqdim etdi - Foto

Prezident Qəri Counza “Dostluq” ordenini təqdim etdi – Foto

Prezident Qəri Counza “Dostluq” ordenini təqdim etdi - Foto

Son xəbərlər

SEPAH-ın yeni raket şəhəri təqdim olunub

SEPAH-ın yeni raket şəhəri təqdim olunub

10 Noyabr 2026 - 16:41
Əbu-Dabidə Ukrayna müharibəsi üzrə danışıqlar başladı

Əbu-Dabidə Ukrayna müharibəsi üzrə danışıqlar başladı

10 Noyabr 2026 - 12:25
BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

10 Noyabr 2026 - 12:12
Dövlət başçısı Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

Dövlət başçısı Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10 Noyabr 2026 - 11:57
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

10 Noyabr 2026 - 11:50
Flippində 6 əcnəbini daşıyan şəxsi təyyarə qəzaya uğradı

Flippində 6 əcnəbini daşıyan şəxsi təyyarə qəzaya uğradı

10 Noyabr 2026 - 11:30
Qazaxda avtomobil yanıb

Qazaxda avtomobil yanıb

10 Noyabr 2026 - 11:10
Dünya bazarında qızıl bahalaşıb

Dünya bazarında qızıl bahalaşıb

10 Noyabr 2026 - 10:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib

10 Noyabr 2026 - 10:19
Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

09 Noyabr 2026 - 18:00
Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 32 faiz artırıb

Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 32 faiz artırıb

09 Noyabr 2026 - 17:47
Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb

Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb

09 Noyabr 2026 - 17:34
“Zəfər nəsli” gənclər düşərgəsinin açılış mərasimi keçirilib

“Zəfər nəsli” gənclər düşərgəsinin açılış mərasimi keçirilib

09 Noyabr 2026 - 17:26
İrəvanla Bakı arasında münasibətlərin normallaşması… – Şoyqu

İrəvanla Bakı arasında münasibətlərin normallaşması… – Şoyqu

09 Noyabr 2026 - 17:19
Dağlıq ərazilərdə yollar buz bağlaya bilər – XƏBƏRDARLIQ

Dağlıq ərazilərdə yollar buz bağlaya bilər – XƏBƏRDARLIQ

09 Noyabr 2026 - 17:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.