"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Prezident: “Biz var gücümüzlə müstəqilliyimizi qoruyuruq və qoruyacağıq”

27 Avqust 2014 - 00:53
in MANŞET
FacebookVatsap
Əgər biz müstəqilliyi 1991-ci ildə yox, 1971-ci ildə, yaxud 1950-ci illərdə qazansaydıq, bu gün2616707e68db6ab8ae31afc856de64bf Azərbaycan dünyada ən inkişaf etmiş ölkəyə çevrilərdi”

 

 “Xalça bizim milli sənətimizdir. Azərbaycanı xalçasız, xalçanı isə Azərbaycansız təsəvvür etmək mümkün deyil”. APA-nın məlumatına görə, bunu bu gün Xalça Muzeyinin yeni binasının açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki, ona görə layihələndirmə işlərinə böyük diqqət göstərilib və nəticədə Avstriya memarlarının zəhməti hesabına bu layihə təqdim edilib: “Bu layihə öz nadirliyi ilə seçilir, fərqlənir. Bu bina xalçanı əks etdirir və əlbəttə ki, Xalça Muzeyinin yerləşdirilməsi ilə bağlı məndə heç bir tərəddüd olmayıb. Çünki Xalça Muzeyi Bakının ən gözəl yerində, bulvarda olmalı idi. Bu, nadir memarlıq əsəridir”.

Prezident qeyd edib ki, Bakıda qədim memarlıq abidələri və müasir abidələr bir vəhdət, vahid ansambl təşkil edir və son illərdə Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Bayraq meydanı kimi müasir Azərbaycan simvolları yaradılıb: “Bu memarlıq əsərləri müasir Azərbaycanın gücünü, inkişafını göstərir. Əlbəttə ki, bu memarlıq əsərləri təkrarolunmaz əsərlərdir. Deyə bilərəm ki, Xalça Muzeyinin binası da bu sıradadır. Bu da öz nadirliyi ilə seçilir və ümid edirəm ki, gələcəkdə heç kim bu memarlıq nümunəsini təkrar etmək istəməyəcək. Çünki Azərbaycanda yaradılan müasir memarlıq əsərlərini bəzi hallarda başqa yerlərdə də görmək olur. Ancaq bu, artıq Azərbaycan məhsuludur və çox şadam ki, bu gözəl, möhtəşəm muzey bu gün açılır”.

Dövlət başçısı Bakı sakinləri, qonaqlar üçün burada nümayiş etdirilən ekspozisiyanın çox böyük maraq doğuracağına əmin olduğunu bildirib: “Çünki muzeydə 15 minə yaxın eksponat var. Burada həm ekspozisiya çox orijinal tərzdə nümayiş etdirilir, – mən burada tikinti zamanı dəfələrlə olmuşam, – eyni zamanda, saxlanma yerləri də müasir standartlara cavab verir. Burada əlbəttə ki, xüsusi temperatur rejimi də var. Yəni, bütün işlər ən müasir səviyyədə qurulub və burada həm daxili tərtibat, bizim milli sərvətimiz olan xalça nümunələri, eyni zamanda, nadir memarlıq birləşir və bu, məni çox sevindirir. Çünki bu, bizim xalqımızın nə qədər istedadlı xalq olduğunu bir daha göstərir. Çünki xalça bizim milli sənətimizdir. Biz hesab edirik ki, Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir. Təsadüfi deyil ki, muzeyin tikintisinə başlayandan sonra bizim təşəbbüsümüzlə Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun qeyri-maddi irsi üzrə reprezentativ siyahısına daxil edilib”.

Azərbaycanda xalçanın, xalçaçılıq sənətinin qoruduğunu bildirən prezident İlham Əliyev qeyd edib ki,  Azərbaycan xalçasının qorunması və inkişaf etdirilməsi haqqında müvafiq qanun da qəbul edilib: “Bu, bizim böyük sərvətimizdir və əlbəttə çalışmalıyıq ki, gənc nəsil bu sənətə maraq göstərsin. Biz bunu təşviq etməliyik”.

“Hazırda həm Bakıda, həm də müxtəlif bölgələrdə xalça muzeyləri fəaliyyət göstərir. Bakıda artıq bu gündən fəaliyyət göstərəcək. Eyni zamanda, son illər ərzində demək olar ki, bütün bölgələrdə Heydər Əliyev mərkəzlərinin nəzdində xalçaçılıq dərnəkləri fəaliyyət göstərir. Bu, bizə imkan verəcək ki, bu sənət inkişaf etsin və nəsillər arasındakı körpülər daha da möhkəm olsun. Bizim görkəmli xalçaçılıq ustaları əlbəttə ki, öz təcrübəsini gənc nəslə ötürməlidirlər. Eyni zamanda, bu gündən burada nümayiş etdirilən bizim gözəl xalçalarımız əminəm ki, gəncləri də bu sənətə gətirəcək və beləliklə, Azərbaycan xalçaçılıq sənəti bundan sonra da inkişaf etdiriləcək”, deyə dövlət başçısı qeyd edib.

Azərbaycanın mədəni irsinin, tarixinin, mədəniyyətinin çox zəngin olduğunu deyən ölkə başçısı son illər ərzində dünyanın müxtəlif yerlərində Azərbaycanla bağlı təqdimatların, sərgilərin, konsertlərin keçirildiyini qeyd edib: “Əlbəttə ki, xalça o təqdimatların mərkəzində yerləşir. Çünki bu, doğrudan da dünya miqyasında böyük bir dəyərdir. Mən hesab edirəm ki, Azərbaycan xalçası dünyada xalçaçılıq sənətinin etalonudur. Təsadüfi deyil ki, bizim xalçalarımız dünyanın ən məşhur muzeylərində nümayiş etdirilir”.

Prezident İlham Əliyev çoxsaylı xarici səfərlər zamanı müxtəlif yerlərdə, müxtəlif ölkələrdə prezident saraylarında Azərbaycan xalçasını gördüyünü qeyd edib: “Qeyd etmişəm, öz həmkarlarıma bildirmişəm ki, bax bu xalça Azərbaycan xalçasıdır və onlar bunu bilirlər. Yəni, bu gün Azərbaycan xalçası dünyada məhz Azərbaycan xalçası kimi tanınır”.

Dövlət başçısı qeyd edib ki, uzun illər, əsrlər boyu  Azərbaycan xalçaları dünyada nümayiş etdirilib, lakin Azərbaycan müstəqil ölkə olmadığı üçün bu xalçalar Azərbaycan xalçaları kimi təqdim edilmirdi: “Ona görə biz – həm dövlət, hökumət, müvafiq qurumlar, həm də ictimai təşkilatlar çox böyük iş apardıq ki, xalçamızı, Azərbaycan xalqına məxsus olan bu böyük sənəti məhz Azərbaycan xalçası kimi təqdim edək. Hesab edirəm ki, bu muzeyin fəaliyyətə başlaması bu işdə əlavə imkanlar yaradacaq. Çünki əminəm ki, Bakıya gələn qonaqların əksəriyyəti buraya gələcəklər. Eyni zamanda, hesab edirəm ki, biz bu muzeyin ekspozisiyasını və ümumiyyətlə, muzeylə bağlı məlumatları xarici ölkələrə də çatdırmalıyıq. Biz Azərbaycan xalçasının sərgilərini mütəmadi qaydada dünyanın aparıcı ölkələrində nümayiş etdirməliyik. Bunu biz indi edirik. Bu, sistemli xarakter almalıdır. Bir sözlə, haqlı olaraq fəxr edirik ki, bizim nadir sənətimiz – xalçaçılıq sənəti bu gün var, yaşayır, yaşayacaq. Hesab edirəm ki, Azərbaycan xalqının istedadını dünyaya təqdim etmək üçün xalça xüsusi yerə malikdir”.

Prezident İlham Əliyev, bütövlükdə, Azərbaycanın tarixi abidələrinin, tarixi irsimizin qorunması ilə bağlı müntəzəm olaraq işlərin aparıldığını qeyd edib: “Bu işlər öz nəticəsini verməkdədir. Milli dəyərlər – bizim mədəniyyətimiz, incəsənətimiz müstəqilliyimizin əsasıdır. Humanitar sahəyə Azərbaycanda çox böyük diqqət göstərilir. Təsadüfi deyil ki, Beynəlxalq Humanitar forumların Azərbaycanda keçirilməsi artıq ənənəyə çevrilib. Dünyanın ən məşhur adamları, Nobel mükafatı laureatları, alimlər, ictimai xadimlər bu forumlarda mütəmadi qaydada iştirak edirlər. Azərbaycanda dinlərarası dialoq forumları keçirilir. Bakıda ən məşhur sərgilər keçirilir. Bu gün Heydər Əliyev Mərkəzi dünya miqyasında bir sərgilər mərkəzinə çevrilib. Musiqi festivalları, müsabiqələr, beynəlxalq muğam müsabiqələri – bütün bunlar Azərbaycanın mədəni həyatını zənginləşdirir və Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir”.

“Bu gün biz Azərbaycanı həm inkişafda olan, eyni zamanda, böyük dəyərlərə malik olan və bu dəyərləri qoruya bilən ölkə kimi təqdim edirik. Azərbaycana gələn xarici qonaqlar əlbəttə ki, Bakının gözəlliyini qeyd edirlər. Ölkəmizin inkişafını görürlər, eyni zamanda, bizim dəyərlərimizlə tanış olurlar. Memarlıq dəyərlərimiz, musiqi sənətimiz, rəssamlıq məktəbimiz və əlbəttə ki, xalçaçılıq sənəti bizim qürur mənbəyimizdir”, deyə dövlət başçısı qeyd edib.

Dövlət başçısı qeyd edib ki,  praktiki həyatda belə gözəl əsərlər yaratmaqla ölkə zənginləşir: “Bütün dünyaya nümayiş etdiririk ki, Azərbaycan müstəqil ölkə kimi uğurla yaşayır. Müstəqilliyin bütün üstünlükləri Azərbaycan xalqı üçün artıq bəllidir. Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Biz var gücümüzlə müstəqilliyimizi qoruyuruq və qoruyacağıq. Biz məhz müstəqillik dövründə belə gözəl əsərləri yarada bilmişik. Qısa müddətdə – cəmi 23 illik müstəqillik dövründə Azərbaycan çox böyük və şərəfli yol keçib. Əgər biz müstəqilliyi 1991-ci ildə yox, 1971-ci ildə, yaxud 1950-ci illərdə qazansaydıq, bu gün Azərbaycan dünyada ən inkişaf etmiş ölkəyə çevrilərdi. Ancaq biz bu yolla gedirik. Ölkəmizi gücləndiririk, inkişaf etdiririk. Hər bir sahə üzrə konkret proqramlar var. Siyasi, iqtisadi islahatlar aparılır. Regional inkişaf proqramları icra edilir. Əlbəttə ki, mədəni həyatımızla, tarixi irsimizlə, mədəniyyətimizlə bağlı bütün işlər ardıcıl şəkildə aparılır. Bugünkü tədbir bunun bariz nümunəsidir”, deyə prezident İlham Əliyev qeyd edib.

Bunu da oxuyun

“Biləcəri” dairəsində yanğınla bağlı nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

“Avropa dövlətləri və təsisatları ilə əməkdaşlıq etməliyik”- Qüdrət Həsənquliyev

 

Previous Post

Prezident: “Biz var gücümüzlə müstəqilliyimizi qoruyuruq və qoruyacağıq”

Next Post

Putin və Poroşenko arasında ikitərəfli görüş baş tutub

Bənzər yazılar

“Biləcəri” dairəsində yanğınla bağlı nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub

“Biləcəri” dairəsində yanğınla bağlı nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub

24 İyul 2026 - 21:12

Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda otluq ərazidə yanğın baş verib. Elchi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi...

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

24 İyul 2026 - 11:16

İranın ABŞ tərəfindən istifadə edilən Britaniya bazalarını "qanuni hədəf" hesab etdiyini açıqlamasından sonra, Britaniya hökuməti özünü 24 saat müdafiə etməyə...

“Yeni Konstitusiyanın qəbuluna ehtiyac var” – Qüdrət Həsənquliyev

“Avropa dövlətləri və təsisatları ilə əməkdaşlıq etməliyik”- Qüdrət Həsənquliyev

24 İyul 2026 - 11:15

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Cəfəri ilə bağlı epidemiya xəbərdarlığı: Yoluxma sayı artır

Cəfəri ilə bağlı epidemiya xəbərdarlığı: Yoluxma sayı artır

24 İyul 2026 - 10:17

ABŞ-da cəfəri, keşniş və kahı kimi təzə göyərtilərlə əlaqəli olan Siklospora parazit xəstəliyi artmaqdadır. Səhiyyə rəsmiləri laboratoriyada təsdiqlənmiş halların sayının...

Next Post

Putin və Poroşenko arasında ikitərəfli görüş baş tutub

Putin və Poroşenko arasında ikitərəfli görüş baş tutub

Son xəbərlər

Latviya Rusiyaya etiraz notası təqdim edib

Latviya Rusiyaya etiraz notası təqdim edib

24 İyul 2026 - 21:55
Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

24 İyul 2026 - 21:54
Gürcüstanda genişmiqyaslı elektrik qəzasının səbəbləri araşdırılır

Gürcüstanda genişmiqyaslı elektrik qəzasının səbəbləri araşdırılır

24 İyul 2026 - 21:52
WSJ: Küveyt və Bəhreyn iyulda İrana gizli şəkildə zərbələr endirib

WSJ: Küveyt və Bəhreyn iyulda İrana gizli şəkildə zərbələr endirib

24 İyul 2026 - 21:49
Zelenski: Ukrayna PUA-larının uçuş məsafəsini 10 min kilometrə qədər artırmağı planlaşdırır

Zelenski: Ukrayna PUA-larının uçuş məsafəsini 10 min kilometrə qədər artırmağı planlaşdırır

24 İyul 2026 - 21:25
Xəzər rayonunda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub

Xəzər rayonunda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub

24 İyul 2026 - 21:13
“Biləcəri” dairəsində yanğınla bağlı nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub

“Biləcəri” dairəsində yanğınla bağlı nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub

24 İyul 2026 - 21:12
Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib

Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib

24 İyul 2026 - 21:08
Meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət…

Meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət…

24 İyul 2026 - 19:29
İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

24 İyul 2026 - 19:14
Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

24 İyul 2026 - 19:05
PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 İyul 2026 - 18:52
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib – FOTO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib – FOTO

24 İyul 2026 - 18:44
Müddəti bitmiş limonadları satan şəxslər ifşa olundu

Müddəti bitmiş limonadları satan şəxslər ifşa olundu

24 İyul 2026 - 18:31
Çin Filippini Cənubi Çin dənizindəki hərəkətlərini dayandırmağa çağırıb

Çin Filippini Cənubi Çin dənizindəki hərəkətlərini dayandırmağa çağırıb

24 İyul 2026 - 18:21
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.