"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Prezident benzinin bahalaşma qərarını niyə ləğv etdi?

15 Yanvar 2015 - 09:25
in XƏBƏR LENTİ
FacebookVatsap

Tarif Şurasının bahalaşma qərarının ömrü bir gün çəkdi$ Vətəndaşı narazı salan qərarı verənlər İlham Əliyevin müdaxiləsindən sonraimg1723310 benzinin qiymətindəki artımı dayandırdılar; iqtidar seçki ili kimi həssas dönəmdə ictimai rəyi öz əleyhinə kökləməyin hansı fəsadları ola biləcəyinin fərqindədir; hakimiyyət benzinin qiymətinin qalxması ilə müxalifətin “qızınma hərəkətinə” başladığını da görməmiş deyildi…

Bunu da oxuyun

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

Sabah 22 dərəcə isti olacaq

Azərbaycanda dizel yanacağı, benzin və maye qazın istehlak qiymətinin qaldırılması ilə bağlı yanvarın 12-də verilən qərar iki gün sonra dövlət başçısı İlham Əliyevin  məsələyə müdaxiləsindən sonra ləğv edilib və əvvəlki qiymət saxlanılıb.  Bu barədə yayılan rəsmi məlumatda bildirilir ki, Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq, yanvarın 14-də Tarif (Qiymət) Şurasının növbədənkənar iclası keçirilib. İclasda neft məhsullarının qiymətlərinə yenidən baxılıb və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib.
Qərara əsasən,  Tarif Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 12 yanvar 2015-ci il tarixli 1 nömrəli qərarı ləğv edilib.  Beləliklə, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə,  əvvəl olduğu kimi “Aİ-92″ markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib. Həmçinin maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilib və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib.
Əslində Tarif Şurasının 12 yanvar qərarı kifayət qədər ictimai rezonans doğurmuşdu, gözlənilirdi ki, yanacağın qiyməti ilə bərabər ərzaq məhsulları da bahalaşacaq.  Ancaq bu qərardan az sonra onun geri oxutdurulması razılaşaq ki, həm də kifayət qədər gözlənilməz oldu. Düzdür, Azərbaycanda bir sıra hallarda (məsələn, yumurtanın qiymətinin aşağı salınması ilə bağlı) dövlət başçısının şəxsi müdaxiləsi ilə qiymətlərin süni şəkildə bahalaşdırılmasının qarşısının alınması halları bundan əvvəl də müşahidə olunub. Hətta bundan öncə dövlət başçısı özəl bankların faizlərinin kifayət qədər yüksək olduğunu irad tutaraq bununla bağlı tədbirlər görülməsi barədə tapşırıq vermişdi. Ancaq benzinin 2 qəpiklik artımı ilə bağlı İlham Əliyevin  müdaxiləsi maraqlı nüansları ortaya çıxarıb. Düzdür, Tarif Şurası qiymət artımı barədə qərar verərkən yol vergisinin ləğvini əsas kimi götürmüşdü. Ancaq ayrı-ayrı müstəqil ekspertlər 2 qəpiklik bahalaşma ilə bağlı qərarın verilməsini xalqa qarşı addım sayırdılar. Dünyada neft məhsullarının qiymətində enmənin müşahidə olunduğu bir dönəmdə Azərbaycanda endirim əvəzinə qiymət artımı çoxsaylı suallar oraya çıxartsa da, rəsmi qurumlar bahalaşmaya gedilməsini ciddi şəkildə əsaslandıra bilmirdilər. 2014-cü ilin avqustundan bəri dünyada neftin qiyməti azı iki dəfə ucuzlaşıb və dünya bazarında 110 dollara satılan brend markalı neft yanvarın ortalarında 45 dollara düşüb. Neft ucuzlaşandan bəri isə benzinin qiyməti müxtəlif ölkələrdə 10-40 faiz arasında ucuzlaşıb. O cümlədən qonşu Gürcüstanda belə qiymətlər azı 10 faiz ucuzlaşıb. Hətta SOCAR-ın yanacaqdoldurma məntəqələrində Azərbaycan benzininin qiyməti aşağı salınıb. Hesablamalara görə, bu artımdan dövlət büdcəsinə təqribən 70 milyon manat vəsait daxil olacaqdı. Ancaq qərarın icrası dövlət başçısının müdaxiləsi nəticəsində cəmi bir gün çəkdi. Belə bir həssas məqamda prezidentin müdaxiləsini əksər müşahidəçilər məmnunluqla dəyərləndirir.
“Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan vətəndaşlarını narahat edən, onların sosial vəziyyətlərinə təsir göstərən məsələdə həssaslıq və diqqət göstərdi”. Bunu “Trend”ə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Vitse-spikerin fikrincə, prezidentin bu addımı yanacaq istehlakçılarının çətinliklərini, xüsusilə də onunla əlaqədar sahələrdə ortaya çıxa biləcək müəyyən problemləri aradan qaldırdı: “Hesab edirəm ki, cənab prezident hər zaman olduğu kimi, yürütdüyü daxili siyasətdə onun sosial mahiyyətinin, xüsusilə də ümumilikdə yeridilən siyasətin mərkəzi fiquru kimi Azərbaycan insanının və onun rifahının dayanması mövqeyinə bu dəfə də sadiqlik göstərdi. Bu, Azərbaycan prezidentinin yürütdüyü siyasətin mahiyyəti və məzmunudur ki, hər şey insan üçün, onun rahatlığı, rifahı, daha yaxşı təminatı üçündür. Prezidentin Tarif Şurasının qərarını ləğv etməsi münasibətilə bütün yanacaq istifadəçilərini təbrik edirəm! Hesab edirəm ki, bu qısa müddətdə onların büdcəsinə elə bir ciddi ziyan dəymədi. Lakin bu faktın özü cənab prezidentin nə qədər xeyirxah, nə qədər humanist, nə qədər Azərbaycan insanının qayğıları ilə yaşayan dövlət başçısı olduğunu bir daha ortaya qoydu. Bütün vətəndaşlar kimi mən də öz adımdan ona təşəkkür edirəm!”
Prezidentin bu qərarı ətrafında ən müxtəlif təxminlər var. “Turan”ın məlumatında deyilir: “Belə çıxır dövlət başçısı Tarif Şurasının niyyətindən xəbərdar deyilmiş və ya hakimiyyət qəbul olunan qərarın mənfi, müsbət tərəflərini nəzərə almayıb. Həm bu, həm də digər variant dövlət idarəçilyində ciddi problemlərin olmasından xəbər verir”.
İqtisadçı ekspert Azər Mehtiyev deyir ki, əslində məsələ Milli Məclisdə müzakirə olunanda bunun reallaşdırılması mexanizmi barədə düşünmək lazım idi: “Xüsusilə də dünya bazarında neftin qiymətinin aşağı düşdüyü indiki dövrdə əhalinin gözləntisi ondan ibarət idi ki, Azərbaycanda da neft məhsullarının qiyməti aşağı salınacaq. Ancaq belə bir vaxtda Milli Məclisin qəbul etdiyi qərara uyğun olaraq Tarif Şurası yol vergisinin toplanma mexanizmini dəyişdi və bunu əlavə olaraq benzinin qiymətində oturtdu. Təbii ki, bu, doğru qərar deyildi və haqlı narazılığa gətirib çıxartmışdı. Bu mənada indiki halda prezidentin həmin qərarı ləğv etməsi doğru addım sayılır. Onsuz da benzinin qiyməti kifayət qədər yüksəkdir və mövcud qiymətlərdə həmin 2 qəpiyin nəzərə alınması reallığa daha çox uyğun gəlir”. İqtisadi ekspert belə bir vəziyyətin yaranmasının izahını aşağıdakı kimi verdi: “Bu gün dövlət qurumları arasında əlaqələndirmə kifayət qədər təmin edilməyib. Təsəvvür edin ki, Tarif Şurası qərar verib və ali icra hakimiyyəti orqanı olan prezident ya bu barədə məlumatsızdır, ya da məsələ razılaşdırılmayıb. Nəticədə hökumətin qəbul etdiyi qərarın prezident tərəfindən ləğvinə gətirib çıxarıb”.  Ancaq bu da var ki, Tarif Şurasının verdiyi yanlış qərarın nəticəsində vətəndaşlar müəyyən miqdarda ziyana düşdülər, qiymətin artdığı elan olunan saatlarda yanacaqdoldurma məntəqələrində fasilə yarandı, ajiotaj, əsəb gərginliyi müşahidə olundu. Belə hallara görə məsuliyyəti kim və ya hansı qurum daşıyır? A.Mehdiyev deyir buna görə qərar verənlərin məsuliyyəti gündəmə gəlməlidir: “Mən inanmıram ki, hökumət daxilində kimdəsə təxribat etmək cürəti olsun. Sadəcə, hökumətin qəbul etdiyi həmin qərara və əlaqələndirmənin olmamasına görə məsuliyyət mexanizmi müəyyən edilməlidir. Təəssüf ki, hələlik belə bir mexanizm yoxdur. Təbii ki, razılaşdırılmadan qərar verən insanlar məsuliyyət daşımalıdır. Nazirlər Kabinetinin müşavirəsində dövlət başçısı özü etiraf etdi ki, bizi ağır bir il gözləyir, 2015 sınaq ili olacaq. Belə olduğu halda, hökumət qurumlarında kimlərinsə bu cür məsuliyyətsiz qərarlar verməsi çox pis vəziyyət yarada bilər, gələcəkdə çox ciddi məsələlərlə üz-üzə qala bilərik”.
Politoloq Zəfər Quliyev isə hesab edir ki, baş verənlər ölkə başçısı ilə hökumət arasında razılaşmanın olmadığını ortaya çıxarıb. Siyasi ekspert Ərəstun Oruclu isə minval.az-a deyib ki, bu addım piar xarakterlidir. Eyni zamanda onun fikrincə, ümumiyyətlə, situasiya yaxşı deyil və ehtiyatlılıq tələb edir. Ə.Oruclu bunu hakimiyyətin primitiv oyunu kimi də dəyərləndirib. Deputat Asim Mollazadə dövlət başçısının müdaxiləsindən sonra Tarif Şurasının öz qərarını ləğv etməsini normal sayır. Dediyinə görə, o, burada piar elementləri görmür, eyni zamanda siyasi bonus əldə etmək cəhdlərinin olduğunu güman etmir.
Yeri gəlmişkən, prezident İlham Əliyev 2015-ci ilin  “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Ölkənin qeyri-neft sektorunun inkişafına yönəlmiş sənədin prezident tərəfindən imzalanmasından cəmi bir neçə saat sonra Tarif Şurasının qiymət artımı ilə bağlı qərar verməsi və gecəyarısı bunu ictimailəşdirməsi təəccüb doğurur. Kənd təsərrüfatında yanacaq məsələsinin nə dərəcədə önəmli olduğu isə hər kəsə məlumdur…
Bu arada ölkə başçısı sənədsiz evlərlə bağlı da müvafiq sərəncam imzalayıb və on minlərlə vətəndaşı narahat edən problemlərin həlli ilə bağlı müvafiq qurumların qarşısında konkret vəzifələr qoyub. Görünən budur ki, son addımları və qərarları ilə Azərbaycan prezidenti daha çox vətəndaşın yanında olduğunu isbatlamağa çalışır. Bəzi ekspertlər prezidentin sadə vətəndaşı narahat edən məsələlərə həssas yanaşması ilə Azərbaycana qarşı xarici müdaxilələrin artmasının dolayı əlaqələrinin olduğunu güman edirlər. İddia olunur ki, xüsusilə də ABŞ-Azərbaycan münasibətlərinin kəskinləşməsi, Vaşinqtonda Azərbaycan dinləmələrinin keçirildiyi şəraitində Bakı təhlükələrə qarşı priventiv tədbirlər həyata keçirməyi əsas vəzifəsi hesab edir. Yəni bu addımlar təkcə ABŞ-ın burdakı təsisatlarının qapadılması, yaxud Qərbə bağlı adamların nəzarət alınması ilə yekunlaşmır, hətta sadə vətəndaşı ciddi şəkildə narazı sala biləcək addımlardan da imtina siyasətinə üstünlük verilir. Güman olunur ki, Amerikanın Azərbaycanda “rəngli inqilablar” həyata keçirmək istədiyi barədə rusiyalı ekspertlərin bugünlərdə açıqladığı məlumatlar Bakıda kifayət qədər ciddi qarşılanıb. Deməli, ölkədə hər an arzuolunmaz situasiyanın yarana biləcəyindən ciddi şəkildə ehtiyatlılıq mövcuddur. Rəsmi qəzetin dünyanın supergücünün prezidentinin ünvanına “ikiüzlü” yazdığı bir zamanda ehtiyatlı münasibət əslində anlaşılandır. Görünür, dövlət başçısı total narazılığın kütləvi xarakter almaması üçün il ərzində bir yeraltı keçidin tikintisinə belə bəs etməyəcək miqdarda vəsaitə görə vətəndaşı narazı salan qərarı ləğv edib. Xüsusilə də ölkə başçısının ilk dəfə olaraq ilin gərgin keçəcəyi ilə bağlı açıqlama verməsi onda real durumla bağlı kifayət qədər informasiyaların olmasından xəbər verir.
Bir məsələni də qeyd etmək lazım gəlir. 2011-ci ildə “Ərəb baharı” baş verəndə də Azərbaycan hakimiyyəti ölkədə çox ciddi şəkildə antikorrupsiya prosesinə start vermişdi və proses şəxsən dövlət başçısının nəzarətində idi. Hətta o zamandan nazir və komitə rəhbərlərinin bölgələrə səfər edib vətəndaşları şəxsən qəbul etməsi prosesi ənənəyə çevrildi və indiyə qədər davam edir.
Hakimiyyət seçki ili kimi həssas dönəmdə ictimai rəyi öz əleyhinə kökləməyin hansı fəsadları ola biləcəyinin də fərqindədir. Benzinin qiymətinin qalxması ilə hökumət çoxdan passiv olmuş müxalifətin “qızınma hərəkətinə” başladığını da görməmiş deyildi. Nəhayət, onu da unutmaq olmaz ki, 2 qəpik bəlkə də əhalinin gözündə o qədər də böyük rəqəm deyildi, amma “ərəb baharı” da bir göysatanın etirazı ilə başlamışdı…
2015-ci ilin Azərbaycan üçün kifayət qədər gərgin keçəcəyi elə 2 qəpiklik qiymət artımının geri oxunması misalında da bir daha təsdiqlənmiş oldu.
Cavid TURAN
Previous Post

Prezident benzinin bahalaşma qərarını niyə ləğv etdi?

Next Post

Xərçəngə qarşı universal vasitə

Bənzər yazılar

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41

Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Elchi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti...

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39

Azərbaycan Prezidenti İlham Əliyev əlcəzairli həmkarı Abdelmacid Tebbuna bu ölkənin 1 Noyabr – İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Elchi.az...

Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı...

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33

ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib....

Next Post

Xərçəngə qarşı universal vasitə

Xərçəngə qarşı universal vasitə

Son xəbərlər

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39
Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.