Prezident Belçika Kralını təbrik etdi

🗓 19.07.2014 21:13 ✍️ "Elçi" qəzeti
Azərbaycan Prezidenti İlham Əliyev Belçikanın Kralı Əlahəzrət Filippə təbrik məktubu ünvanlayıb.5485

Təbrikdə deyilir: "Əlahəzrət, Belçika Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Bənzər yazılar