"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Prezident `ASAN Kommunal` Mərkəzinin açılışında – Yenilənib (FOTOLAR)

28 Dekabr 2016 - 14:30
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

Azərbaycan prezidenti İlham Əliyev Bakıda 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında iştirak edib və Biləcəri stansiyasında səyyar “ASAN qatar”la tanış olub.
Prezident Administrasiyanın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov mərkəzdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdilər. “ASAN kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin bu ilin mayında imzaladığı Fərmanla bu mərkəzlərin yaradılması Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb. Pilot layihə çərçivəsində 1 saylı “ASAN kommunal” Mərkəzi paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan 653 600 vətəndaşa xidmət edəcək.

Mərkəzdə dövlətimizin başçısının “ASAN xidmət” binalarının açılışı, həmçinin “Azərişıq”, “Azərsu”, “Azəriqaz” qurumlarının müxtəlif tədbirləri zamanı çəkilən fotolarından ibarət stend də var. Ümumi sahəsi 2800 kvadratmetr olan Mərkəzdə 3 qurum – “Azərişıq” və “Azərsu” Açıq Səhmdar cəmiyyətləri, həmçinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən vətəndaşlara 45 növ xidmət göstəriləcək. Burada, eyni zamanda, bank və sığorta xidmətləri də təşkil edilib. Mərkəzdə 85 əməkdaş və 20 könüllü xidmət edəcək. Müasir İKT avadanlığı ilə təchiz olunan binada istirahət və stres əleyhinə otaqlar, kafe, ana-uşaq otağı, uşaq əyləncə mərkəzi də fəaliyyət göstərəcək. Mərkəzdə növbə sisteminin tənzimlənməsi üçün xüsusi monitorlar, daim internetə açıq özünəxidmət kompüterləri, rüsumlar, xidmətlər haqqında məlumatları və ərizə nümunələrinin doldurulmasını əks etdirən “elektron məlumat köşkü”, “ASAN ödəniş” terminalları, “108 Çağrı mərkəzi”nə zəng köşkü quraşdırılıb.

Akademik Həsən Əliyev küçəsində yaradılan Mərkəzdə 40 avtomobil üçün yeraltı dayanacaq var. Bu Mərkəzin yaradılması Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə görülən əhəmiyyətli işlərin ardıcıl xarakter aldığını bir daha nümayiş etdirir. Belə layihələrin icrası dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanı formalaşdırıb. Bu isə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.

Prezident İlham Əliyevə “ASAN ödəniş” sisteminin mobil tətbiqi barədə məlumat verildi. Bu sistemlə istifadəçilər abonent kodlarını, bank hesablarını, protokol nömrələrini və digər ödəniş təyinatlarını tətbiqin yaddaşında saxlaya və bir toxunuşla ödəniş edə bilərlər. Mobil tətbiqdə nəzərdə tutulmuş avtomatlaşdırılmış ödənişlər imkanı vaxtı gəldiyində ödənişləri istifadəçilərin əvəzinə icra edərək, bu barədə istifadəçini məlumatlandıracaq. Bu, mobil əməliyyat sisteminin Azərbaycan dilində yazılmış dövlət ödənişləri sektorunun ilk mobil tətbiqidir.

Qeyd edək ki, “ASAN viza” portalı vasitəsilə elektron viza almaq istəyənlər ödəniş etdikdən sonra həmin şəxsin vizası 3 iş günündə elektron poçt ünvanına göndəriləcək. Bu xidmət Azərbaycana gələn turistlərin sayının artmasında da mühüm rol oynayacaq. “ASAN viza” sistemi “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN viza” sisteminin yaradılması haqqında” dövlətimizin başçısının 2016-cı ilin iyununda imzaladığı Fərmana uyğun olaraq Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində yaradılıb.

Prezident İlham Əliyevə “ASAN Radio”nun 1 illik fəaliyyəti ilə bağlı da məlumat verildi. 100 FM dalğasında yayıma başlayan radio dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Əsas missiyası maarifləndirmək olan radioda il ərzində 1200-dən artıq veriliş, 5500-dən çox ASAN xəbər buraxılışı, 18 mindən artıq maarifləndirici reportaj yayımlanıb.

Sonra dövlətimizin başçısına “ASAN könüllüləri” təşkilatının fəaliyyəti barədə məlumat verildi. Dörd il əvvəl Prezident İlham Əliyevin tapşırığı ilə fəaliyyətə başlayan ilk 10 nəfərdən ibarət “ASAN könüllüləri” hərəkatı bu gün 10 mindən çox gənci özündə birləşdirir. Ötən dövr ərzində 35 mindən çox gənc “ASAN könüllüləri” sırasına qoşulmaq üçün müraciət edib. Könüllülər mindən artıq müxtəlif mövzulu təlimlərdə iştirak ediblər. Onlardan 700-dən çoxu asankadr.az portalı vasitəsilə müxtəlif şirkətlərdə işlə təmin olunub.

Prezident İlham Əliyevə hazırda Bakı şəhərində inşa edilən 2 və 3 saylı “ASAN kommunal” mərkəzləri barədə də məlumat verildi. Bildirildi ki, 2 saylı “ASAN kommunal” Mərkəzi Bakı Dəmir yolu vağzalında, 3 saylı Mərkəz isə Ukrayna dairəsi yaxınlığında yerləşəcək. Bu mərkəzlərdə də vətəndaşlara yüksək səviyyədə xidmət göstərmək üçün bütün şərait yaradılacaq. Sonra dövlətimizin başçısı mərkəzin kollektivi ilə görüşdü. 1 saylı “ASAN kommunal” Mərkəzində çalışan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı Gülnar Allahverdiyeva burada yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Sonda xatirə şəkli çəkdirildi.

Previous Post

Prezident `ASAN Kommunal` Mərkəzinin açılışında – Yenilənib (FOTOLAR)

Next Post

DTX-dan `qara bazar`əməliyyatı – 10-dan çox adam tutuldu

Bənzər yazılar

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisi planlarını açıqlayıb. Elchi.az -ın məlumatına görə, o, bu...

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12

"Trudi" qasırğası bu gün sürətlə güclənib, saatda 195 kilometrə çatıb. Proqnozlara görə, o, həftəsonu Meksikanın Sakit okean sahillərinə yaxınlaşacaq və...

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10

İsveç 2026-cı ildə mülki əhaliyə dəstək məqsədilə Ukraynaya 522 milyon kron (52,3 milyon dollar) məbləğində yardım paketi ayırır. Elchi.az xəbər...

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08

Keniya Səhiyyə Nazirliyi bu gün ölkədə Ebola virusuna üçüncü yoluxma halını təsdiqləyib. Bu barədə Elchi.az "Xinhua"ya istinadən xəbər verir. Xəstələnən...

Next Post

DTX-dan `qara bazar`əməliyyatı - 10-dan çox adam tutuldu

DTX-dan `qara bazar`əməliyyatı - 10-dan çox adam tutuldu

Son xəbərlər

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27
Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12
İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

16 Oktyabr 2026 - 21:05
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

16 Oktyabr 2026 - 19:49
İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

16 Oktyabr 2026 - 19:40
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr 2026 - 19:27
“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

16 Oktyabr 2026 - 19:26
Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

16 Oktyabr 2026 - 19:22
Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

16 Oktyabr 2026 - 19:16
Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

16 Oktyabr 2026 - 19:07
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

16 Oktyabr 2026 - 18:55
Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

16 Oktyabr 2026 - 18:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.