Praqanın mərkəzindəki Yan Palaç meydanında yerləşən Çarlz Universitetində atışma olub. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Çexiya polisi məlumat yayıb.
“Hazırda polis hadisə yerində işləyir, bütün Jan Palaç meydanı və ətrafı tamamilə bağlanıb”, – deyə polis bildirib.
İlkin məlumatlara görə, bir neçə nəfər həlak olub, yaralananlar var.
Çarlz Universitetinin İncəsənət fakültəsinin nümayəndəsi “Novinky.cz” portalına faciənin onların müəssisəsində baş verdiyini təsdiqləyib. “Aktu.cz” agentliyinin məlumatına görə, hücum edən şəxs optikası olan uzun lüləli silahdan istifadə edib.
Bundan əvvəl Dublinin mərkəzində bir nəfərin məktəb yaxınlığında uşaqlara hücumundan sonra etirazlar başlayıb. Qeyd olunur ki, naməlum şəxs qızlar məktəbinin yaxınlığında məktəblilərə hücum edib, üçü azyaşlı olmaqla beş nəfər yaralanıb.
Havar Şəfiyeva