“Əliyev-Paşinyan görüşünün açıq hissəsində masanın üzərinə qoyulan kitab diqqət çəkir. Bir az araşdırma apardım: Kitabın müəllifi alban akademikdir. O, London İqtisadi Məktəbinin siyasi nəzəriyyələr üzrə professorudur”.
Elchi.az xəbər verir ki, bu barəsə siyasi şərhçi Aqşin Kərimov FB hesabında qeyd edib:
“Masanın üstündəki “Free” kitabı “The Sunday Times”in bestseller siyahısında yer alır. Kitab memuar tiplidir. Alban akademik kitabda tarixin dönüş nöqtəsində, yəni Albaniyada kommunizmin dağılması fonunda yetkinlik yaşına çatmasını və ondan sonra ailə həyatındakı sirləri təsvir edir.
Kitabda siyasi proseslərin xarakteri izah edilir. Kommunizm sisteminin çöküşünü kitabın adında da görmək mümkündür. “Azadlıq: Tarixin sonu və yeni dövrün başlanğıcı”.
Yeganə