Praqa bəyanatı Qarabağ müzakirəsini bitirdi – Bozoyan

34

Praqa Bəyannaməsini imzalamaqla Ermənistan hakimiyyəti Qarabağın Azərbaycanın tərkibində olmasına mahiyyətcə razılaşıb. İndiki vəziyyətdə isə əsas məsuliyyəti Rusiya tərəfinə yükləmək düzgün deyil, çünki Paşinyanın Praqadakı bəyanatın bəndləri ilə razılaşması son nəticədə indiki vəziyyətə gətirib çıxarıb. Bundan sonra rus sülhməramlıların Laçın yolunda maneəsiz hərəkəti təmin etmək üzrə öhdəliklərini yerinə yetirmədiyini söyləmək, ən azı, vicdansızlıqdır, bu, primitiv manipulyasiyadır.

Elchi.az xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib.

“Ermənistan hakimiyyəti daim “günah keçisi” axtarır. Əgər əvvəllər günahkar ölkənin keçmiş rəhbərliyi idisə, indi rus sülhməramlılarıdır. Ölkə rəhbərliyinin Rusiya ilə bağlı qiymətləndirmələri ikitərəfli münasibətlərə xələl gətirə və etimadın səviyyəsini aşağı sala bilər, münasibətlərin korlanması isə obyektiv olaraq Türkiyə-Azərbaycan tandeminin möhkəmlənməsinə gətirib çıxaracaq. Mənə elə gəlir ki, bu gün bu adamların (Ermənistan hakimiyyətinin – red.) əsas məqsədi Mixail Saakaşvili kimi Rusiyadan uzaqlaşmaqdır. Onların şəxsi maraqları bu gün dövlətin maraqları ilə ziddiyyət təşkil edir. Əgər İrəvanın bütün ümidləri Qərb paytaxtlarınadırsa, burada da məyus olacaq. Həm ABŞ, həm də AB dəfələrlə açıq şəkildə bəyan ediblər ki, onlar Ermənistanın coğrafi mövqeyinə görə onun təhlükəsizliyinə aydın təminat verə bilməzlər”, – Bozoyan bildirib.