“PowerPoint” tərtibatçısı dünyasını dəyişdi

104

“PowerPoint” proqram təminatının rəhbəri Dennis Ostin 76 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə “The Washington Post” onun oğlu Maykala istinadən yazır.

Qeyd edilir ki, tərtibatçı sentyabrın 1-də Kaliforniya ştatının Los Altos şəhərindəki evində xərçəngdən vəfat edib.

Qeyd edək ki, “PowerPoint” proqramı 1987-ci ildə yaradılıb. Firma daha sonra Microsoft tərəfindən alınıb və Ostin proqramın hazırlanmasına rəhbərlik etməyə davam edib.

Havar Şəfiyeva