Azərbaycan paytaxtında Bakıda “Port Baku” kimi tanınan ərazidə yeni metro stansiyasının inşası nəzərdə tutulur.
Elchi.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, metronun “Xətai” stansiyasının yaxınlığında “Yaşıl xətt”ə əlavə keçid imkanı yaradılması nəzərdə tutulur.
“Bununla yanaşı, Babək prospekti üzərində şəhər istiqamətində ilk stansiyanın tikintisi həyata keçiriləcək. Sözügedən layihə prospekt boyunca sərnişinlərin hərəkətini asanlaşdıracaq”, – deyə metro rəsmisi əlavə edib.






















Əla xəbər! Nəhayət “Port Baku” ərazisinə də metro gəlir, bu super olacaq. Artıq ora gedib-gəlmək çox asanlaşacaq. Babək prospektindən də metroya keçid imkanının olması əladır. Bu layihəni səbirsizliklə gözləyirəm.
Çox gözəl xəbərdir! Bu yeni metro stansiyası Port Bəkuda işləyənlər və oraya gedənlər üçün böyük rahatlıq olacaq. Xətai stansiyasından da keçidin olması çox yaxşı fikirdir, nəhayət ki, bu ərazilər də metronun şəbəkəsinə daxil olur. Bu layihənin tez bir zamanda həyata keçməsini gözləyirəm.