Poroşenko ABŞ-ın vitse prezidenti ilə Ukraynanı müzakirə edib
Ukrayna prezidenti Petro Poroşenko bu ayda artıq 5-ci dəfə ABŞ-ın vitse prezidenti Cozef Baydenlə
Ukraynadakı situasiyanı müzakirə edib. musavat.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, tərəflər ölkədəki böhranlı durumun aradan qaldırılmasına yönəlik beynəlxalq addımları müzakirə edib. Bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti açıqlama yayıb.

Söhbət zamanı Poroşenko Baydenin diqqətini sülh planına yönəldib, bu planın ölkədə böhranın, o cümlədən Şərqi Ukraynadakı konfliktin dinc üsulla həlli aradan qaldırılması üçün yeganə yol olduğunu qeyd edib.
“Dinc əhalinin, xüsusən də Luqansk və Donetskin əhalisinin təhlükəsizliyi antiterror əməliyyatların aparılmasında mütləq prioritetdir. Məhz sülh planı Donbasda ənim-amanlığın və sabitliyin bərqərar olması üçün əsas üsuldur”, - deyə prezident vurğulayıb.