Polska: ABŞ Şimal axınına zərbə vurmaqla Avropa ilə müharibəyə başladı

63

“Şimal axını”nda partlayışların təşkilinə görə ABŞ bütün Avropa ilə müharibəyə başlayıb.

Elchi.az xəbər verir ki, bu barədə Polşanın “Mysl Polska” nəşri məlumat yayıb.

“Avropalılar üçün amerikalı, norveçli və britaniyalı terrorçular tərəfindən təşkil edilən sualtı partlayış ABŞ-ın Avropaya qarşı genişmiqyaslı müharibəsində ilk atışdır”, – materialda deyilir.

Məqalə müəllifləri iddia edirlər ki, keçən il qaz kəməri partlayışlarının əsas məqsədlərindən biri Avropa, Asiya və Afrikanın Amerikanın mayeləşdirilmiş təbii qazından (LNG) enerji asılılığını artırmaq, həmçinin nüvə texnologiyaları bazarını əldə etmək olub.

Bundan əlavə, qeyd edilir ki, ABŞ hazırda silahlanma yarışını bərpa etməyə çalışır. Bu, Mərkəzi Avropanın nüvəsiz zona statusunu itirməsi deməkdir.

Yeganə