Ukraynada münaqişə uzana bilər və bundan sonra Avropa İttifaqının daha yeni öhdəlikləri olacaq. Elchi.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk İspaniyanın “El Pais” qəzetinə müsahibəsində bildirib.
Siyasətçi həmçinin qeyd edib ki, hazırda Ukraynada vəziyyət bir il əvvəlkindən daha çətindir. Lakin onun fikrincə, bu, eyni zamanda, münaqişənin başlanğıcından qat-qat yaxşıdır.
“Ukraynadakı müharibəni uzunmüddətli perspektivdə düşünməli ola bilərik. Bu o deməkdir ki, Avropa ölkələrinin üzərinə getdikcə daha çox yeni öhdəliklər düşəcək”, – deyə Polşa hökumətinin başçısı yekunlaşdırıb.
Havar Şəfiyeva