Polşada yaşayan ukraynalıların 51,1 faizi həyat səviyyəsinin əhəmiyyətli dərəcədə artdığını bildirib.
Elchi.az xəbər verir ki, “Gremi Personal”ın sorğusuna əsasən, Polşada yaşayan ukraynalıların yarıdan çoxu bu ölkəyə köçdükdən sonra həyat səviyyəsinin yaxşılaşdığına inanır.
Polşanın onlar üçün “Qərb” olduğunu vurğulayan ukraynalıların bir qismi öz ölkələrində ödəyə bilmədikləri məhsulları öz imkanlarının hesabına ala bildiklərini vurğulayıblar.
Polşada yaşayan ukraynalıların 51,1 faizi həyat səviyyəsinin əhəmiyyətli dərəcədə artdığını bildirib.
Digər tərəfdən, iştirakçıların 36,7 faizi həyat səviyyələrinin dəyişməz qaldığını, 12,2 faizi isə daha da pisləşdiyini bildirib.
Rəsmi məlumatlara görə, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 7,5 milyona yaxın ukraynalı Polşaya gedib. Onlardan 5,6 milyona yaxını Ukraynaya qayıdıb.
Şayəstə