Hüquq-mühafizə orqanları hələ də onun mənşəyini müəyyən edə bilməyiblər.
Elchi.az xəbər verir ki, Polşanın Rakov kəndində yaşayış binasının üzərinə göydən naməlum metal əşya düşüb, bu barədə RMF FM radiostansiyası məlumat yayıb.
“Kuyav-Pomeraniya Voyevodalığı ilə sərhədə yaxın Rakovda yaşayış binasının üzərinə naməlum metal əşya düşüb. O, damı ciddi şəkildə zədələyib, onu deşib və içəri düşüb”, – radiostansiyadan bildirilib.Onun sözlərinə görə, hadisə zamanı xəsarət alan olmayıb.
RMF FM-in məlumatına görə, evi zədələnmiş yerli sakin damda təqribən 100 ilə 70 santimetr ölçülü deşik, həmçinin iki hissəyə bölünmüş dairəvi metal əşya aşkar edib.
Radiostansiyanın məlumatına görə, əşyanın ümumi çəkisi 4 kq-dan çoxdur.

Belə ki, onun təyyarənin elementi olması istisna edilmir, lakin bu fərziyyə hələ ki, təsdiqini tapmayıb. Başqa bir versiyaya görə, obyekt kənd təsərrüfatı maşınının iş zamanı yerindən çıxa bilən hissəsidir.
Şayəstə Hüseynova