Polşanın paytaxtı Varşava yaxınlığındakı hava limanında kiçik təyyarənin anqara çırpılması nəticəsində 5 nəfər ölüb, 8 nəfər yaralanıb.
Elchi.az BBC-ə istinadən xəbər verir ki,, Cessna 208 tipli təyyarə Varşavadan 47 kilometr aralıda yerləşən Chrcynno kəndindəki anqarda qəzaya uğrayıb.
Qəza yerinə 4 helikopter və 10 təcili yardım maşını göndərilib.
Polis qəzada 5 nəfərin təyyarədə, 3 nəfərin isə anqarda olduğunu, anqarda olan 8 nəfərin yaralandığını açıqlayıb.
Qəzadan əvvəl 13 nəfərin pis hava şəraitindən qorunmaq üçün anqara sığındığı açıqlanıb.
Səlahiyyətlilər qəzanın ehtimal olunan səbəbinin pis hava şəraiti olduğu barədə məlumat paylaşıblar.
Şayəstə Hüseynova





















Son şərhlər