Ağ Ev Polşada ABŞ-ın daimi hərbi mövcudluğunu təsdiqləyib.
Elchi.az xəbər verir ki, bu barədə Polşa Prezidenti Administrasiyasının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç ABŞ Dövlət Katibi Marko Rubio ilə görüşdən sonra açıqlama verib.
Məlumatda qeyd olunur ki, qoşunların dövri olaraq yerləşdirilməsini nəzərdə tutan əvvəlki rotasiya modeli yerini ABŞ kontingentinin daimi dislokasiyasına verəcək.
Pşidaçın vurğuladığı kimi, bu qərar təkcə ABŞ-ın Avropadakı hərbi strategiyasının deyil, həm də Polşa və ABŞ prezidentləri – Karol Navrocki və Donald Tramp arasında müstəsna yaxşı şəxsi münasibətlərin nəticəsidir.
Məqalədə qeyd olunur ki, ABŞ qoşunlarının mövcudluğunun xarakterinin dəyişməsi Polşanın həm şərq, həm də qərb qonşuları üçün güclü siqnal rolunu oynayacaq.
Mayın 21-də Tramp ABŞ-ın Polşaya əlavə 5000 hərbçi yerləşdirəcəyini elan etdi. O, bu qərarı Navrotski ilə olan yaxşı münasibətləri ilə əlaqələndirdi.
Yeganə





















