Polşanın “Szlensk” futbol klubunun belaruslu azarkeşi bildirib ki, Polşa futbol çempionatının ikinci turunun “Zaqlebie” ilə oyunundan sonra yaylığı rusca danışdığı üçün cırılıb. Elchi.az xəbər verir ki, bu barədə o, “Twitter” hesabında yazıb.
Konstantinin dediyinə görə, o, dostu ilə matçdan sonra avtobus dayanacağına gedərkən, başqa bir Slask azarkeşi ona yaxınlaşaraq Polşadan olub-olmadıqlarını soruşub. “Belarusdan olduğumuzu cavablandırandan sonra yaylığımı cırıb getdi. Mən onunla döyüşmək fikrində deyildim “deyə o yazıb.
Konstantin yeni yaylıq tələb etməyəcəyini və ya günahkar axtarmayacağını vurğulayıb. Eyni zamanda, o, belə davranışa Polşa cəmiyyətinin diqqətini cəlb etmək istədiyini izah edib. Onun fikrincə, insanları yalnız danışdıqları dilə görə qiymətləndirmək pis yanaşmadır. Konstantin artıq iki ildir ki, Vrotslavda yaşadığını qeyd edib.
Havar Şəfiyeva