Polşa Zelenskidən üzr istəməsini tələb edib

850

Departament qeyd edib ki, polşalılar ukraynalılara qarşı törədilən cinayətlərə görə məsuliyyəti öz üzərinə götürüblər.
Elchi.az xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukaş Yasina Ukrayna prezidenti Vladimir Zelenski ukraynalıların Polşa xalqına qarşı cinayətlərinə görə üzr istəməli olduğunu bildirib.
“Biz, polyaklar, dövlətimizin ukraynalılara qarşı törətdiyi cinayətlərə görə məsuliyyəti öz üzərimizə götürdük. Ukrayna tərəfindən kifayət qədər məsuliyyət yoxdur”, – o, “Onet”ə müsahibəsində deyib.
Diplomatın qeyd etdiyi kimi, üzrxahlıq iki ölkə arasında münasibətlərə müsbət təsir göstərir. Eyni zamanda, Yasina etiraf edib ki, Polşa və Ukraynada bir çox başqa məsələlər həll olunmamış qalır.

Şayəstə Hüseynova