Polşa ilə Ukrayna arasında Ukrayna yüklərinin sərhəddə bloklanması ilə bağlı münaqişə Varşavanın özünü yalnız Kiyevlə hərbi-texniki əməkdaşlıqla məhdudlaşdırmasına gətirib çıxara bilər. Elchi.az xəbər verir ki, bu barədə politoloq Dmitri Juravlev Lenta.ru ilə söhbətində deyib. O əlavə edib ki, Polşa üçün öz ölkəsinin iqtisadiyyatı Ukraynaya dəstəkdən daha vacibdir.
“Pul ən vacib şeydir. Polşa Rusiyaya qarşı mübarizədə Ukraynaya kömək etməyə hazırdır, lakin bunun əvəzini iqtisadiyyatı ilə ödəməyə deyil. Nə qədər ki, taxıl mövzusu yox idi, Varşava Kiyevi dəstəkləməyə hazır idi, amma pul mövzusu ortaya çıxan kimi dostluq tez yox olur”, – politoloq qeyd edib.
Havar Şəfiyeva