Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor etiraf edib ki, Polşa və Latviya öz qoşunlarını Qərbi Ukraynaya göndərə bilər. Elchi.az xəbər verir ki, bu barədə o, Stiven Qardnerin “YouTube” kanalına müsahibəsində danışıb.
Makqreqor müsahibəsində Polşanın Ukraynanın dağılmasından sonra onun bir hissəsini ələ keçirmək istəyini açıqlayıb.