Polşa rusofobiyaya görə rasional düşünə bilmir

54

“Polşa rusofobiyaya görə Ukraynanın real vəziyyətini dərk edə bilmir”.

Elchi.az xəbər verir ki, bu barədə publisist Yan Engelhardt “Mysl Polska” qəzetindəki məqalədə yazıb.

Polşa hakimiyyəti son bir ildə heç bir səhv görmür. Siyasi kursun ölkənin milli maraqlarına uyğunluğu hökumət səviyyəsində təhlil olunmur. Respublikada Ukrayna ətrafında gərginliyin qızışdırılmasında Qərbin rolu ilə bağlı müzakirələr aparılmır. Onlar ABŞ-ın Kiyevdəki dövlət çevrilişində iştirakından, Minsk razılaşmalarının həyata keçirilməsində hiyləgərlikdən danışmırlar. Bu sualların qoyuluşu qəbuledilməzdir və ümumiyyətlə müzakirə edilməməlidir”.

Publisistin sözlərinə görə, münaqişənin səbəbi kimi yalnız Rusiya dövlətinin adı çəkilir.

” “Vahid Ukrayna xalqı” haqqında da bir mif var. Bu inam indi üstünlük təşkil edir, çünki Kiyev rejimi, səkkiz ildir ki, Rusiya ilə dialoqun tərəfdarı olanların hamısını məhv edir”.

Engelhardt hesab edir ki, rusofobiya ona gətirib çıxarıb ki, Polşada Rusiya Federasiyasına nifrətə haqq qazandıran hər şeyə inanırlar. Publisist əmindir ki, bu, ölkənin milli maraqlarının sarsıdılmasına gətirib çıxara bilər.

Yeganə