Polşa Rusiyadan qorxduğu üçün bu sahəyə  məhdudiyyət qoydu

111

Polşa hakimiyyəti rus casusluğundan qorxduğu üçün bir çox obyektlərin foto və video çəkilişinə qadağa qoyub. Elchi.az xəbər verir ki, bunu köşə yazarı Konrad Baqinski “INN Poland” üçün yazdığı məqaləsində bildirib.

Jurnalistin sözlərinə görə, heç kim obyektlərin siyahısını görməyəcək, çünki müdafiə üçün vacib olan yerlərin siyahısının casuslar və təxribatçılar üçün vəsait  ola biləcəyinə inanılır. Baginski vurğulayıb ki, bu, məhz qadağanın absurdluğudur.

Köşə yazarı qeyd edib ki, ictimai yerlərdə çəkiliş aparmaq polislə problem yarada bilər, çünki asayiş keşikçiləri şəkli çəkən vətəndaşın telefonunu götürməyə məcbur olacaqlar.

Havar Şəfiyeva