Polşada parlament seçkiləri 2023-cü il oktyabrın 15-də keçiriləcək. Elchi.az xəbər verir ki, bu barədə prezident Anjey Duda öz “Tvitter” səhifəsində yazıb.
“Seym və Senata seçkilərin təklif olunan tarixi ilə bağlı Milli Seçki Komissiyasının yenicə alınmış müsbət rəyinin məzmununa əsasən, mən bu seçkiləri 2023-cü il oktyabrın 15-nə təyin etmək qərarına gəldim. Polşanın gələcəyi hər birimizin işidir!” – deyə siyasətçi yazıb. Qeyd edək ki, “Politico”nun sorğusuna əsasən, polyakların 36 faizi Baş nazir Mateusz Moravieckinin hakim Qanun və Ədalət partiyasına səs verməyə hazırdır. Vətəndaşların 30 faizi Donald Tuskun sağ mərkəzçi Vətəndaş Koalisiyasını dəstəkləməyi planlaşdırır.
Havar Şəfiyeva