Polşanın döyüş helikopterlərinin pilotları Belarusla sərhəddə fövqəladə hallar zamanı tərəddüd etmədən silahlarından istifadə etməyə hazırdırlar.
Elchi.az xəbər verir ki, bu sözləri Polşa ordusunun generalı Marek Sokolovski deyib.
Sokolovski bildirib ki, müdafiə naziri Mariuş Blaşçakın əmrinə əsasən, helikopterlər sərhəddə fövqəladə hallar zamanı dərhal reaksiya vermək üçün iki yerdə yerləşdiriləcək.
Qeyd edək ki, Polşa bir neçə gün öncə Belarus helikopterlərinin hava məkanını pozduğunu iddia edib. Ötən gün isə Polşa Belarusla sərhədə döyüş helikopterləri göndərib.
Qətərin Baş naziri Hörmüz boğazı müzakirələri üçün İrana gedir
Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Saninin bu gün Hörmüz boğazı ilə bağlı danışıqlar aparmaq...






















Son şərhlər