Eyni zamanda, Polşa hakimiyyəti Belarusdan gələn yük maşınlarının Litva və Latviya ərazisindən keçməsinə icazə verib.
Elchi.az xəbər verir ki, Polşa Daxili İşlər Nazirliyi bildirib ki, Polşa hakimiyyəti Belarusla sərhəddəki sonuncu əməliyyat keçid məntəqəsində yük maşınlarının hərəkətini məhdudlaşdırmaq qərarına gəlib.
“Nazir Mariuş Kaminski Kukuryki sərhəd-keçid məntəqəsində Belarus yük maşınlarının hərəkətini məhdudlaşdırmaq qərarına gəlib. Qərar 21 fevral 2023-cü il saat 19:00-dan qüvvəyə minir və Belarus hakimiyyəti Polşa daşıyıcıları üçün məhdudiyyətləri aradan qaldırana qədər qüvvədə olacaq”, – agentliyin saytında deyilir.
Bildirilir ki, tədbirlər Belarus tərəfindən əvvəllər Polşadan gələn yük avtomobillərinin Belarus-Litva və Belarus-Latviya sərhəd keçid məntəqələrində sərhədi keçməsinə qoyulan məhdudiyyətlərlə əlaqədar həyata keçirilib. Eyni zamanda, Polşa hakimiyyəti Belarusdan gələn yük maşınlarının Litva və Latviya ərazisindən keçməsinə icazə verib.
Şayəstə